The document has moved here.
|
||
Anar Əsədli: “İnterpol axtarışda olan Araiki niyə Moskvada həbs etmədi?” | ||
BAXIŞ Xəbəri | ||
![]() |
||
|
||
“Qondarma "DQR" separatçılarının rəhbəri Araik Arutunyan Moskvaya səfər edib. Araik Rusiya sərhədlərinə daxil olub və görüşlər keçirib”. “Xəbər365”in məlumatına görə, bunu Azərbaycan Yüksəliş Partiyasının Təşəbbüs Qrupunun üzvü Anar Əsədli özünün Facebook səhifəsində yazıb. Anar Əsədli Arutunyanın beynəlxalq axtarışda olduğunu xatırladıb: “2020-ci il 30 oktyabrda özünü qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” elan edən Araik Arutunyan haqqında Cenevrə Konvensiyasının tələblərini birbaşa pozması, dinc əhalini qəsdən öldürməsi, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməklə ittiham olunaraq, haqqında kifayət qədər sübut toplanaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb, beynəlxalq axtarış elan edilib. İki sual: 1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyaya niyə etiraz bəyanatı vermədi? 2. İnterpol niyə Moskvada olan cinayətkarı həbs edib, Bakıya gətirə bilmədi? |
||
|
||
Anar, Əsədli:, “İnterpol, axtarışda, olan, Araiki, niyə, Moskvada, həbs, etmədi?”, , |
|