The document has moved here.
|
||
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır" | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
10 Noyabr razılaşmasından bəri dəfələrlə Azərbaycana qarşı sərt çıxışlar edən separatçı general-mayor Vitali Balasanyan Qarabağla bağlı növbəti dəfə həyasız ifadələr səsləndirdi. O, Qarabağdan əl çəkməyəcəklərini bildirdi: "“Artsax" problemi hələ həll olunmayıb. Mən, ən azı, Dağlıq Qarabağ Muxtar Vilayətinin əvvəlki sərhədlərinin bərpa olunacağına əminəm...Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Azərbaycan Artsaxa bir daha müdaxilə etməyə çalışarsa, adekvat cavab verəcəyik”.
Balasanyanın bu bəyanatının ardınca isə erməni mediası Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin Qarabağdan geri çəkilmə prosesinin başladığını yazdı. Qeyd olundu ki, Qarabağda yalnız yerli ermənlərdən ibarət bölmələr qalacaq. Ermənistandan çağırılanlar artıq Qarabağda xidmətə məcbur edilməyəcəklər. Ermənistandan çağırışçılar Qarabağa ancaq könüllülük prinsipi əsasında göndəriləcəklər. Bildirildi ki, Qarabağın bundan sonrakı taleyi yerli sakinlərdən, könüllülərdən və Rusiya sülhməramlılarından asılı olacaq.
Maraqlıdır, separatçıların həyasızlığı nə zamana qədər davam edəcək? Kimə güvənərək bu tipli bəyanatlar səsləndirirlər?
"Xəbər365" Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədlinin "Dominant.az"a müsahibəsini təqdim edir:
A.Əsədli qeyd etdi ki, ermənilər məğlubiyyətlərini heç cür həzm edə bilmədiklərinə görə bu tip bəyanatlarla özlərini psixolojik olaraq ovudurlar: "İddia edirlər ki, yaxın gələcəkdə Qarabağda təhlükəsizlik yalnız yerli erməni sakinlərdən, həmçinin Ermənistandan gələn könüllülərdən ibarət olan silahlı birləşmələrdən və Rusiya sülhməramlılarından asılı olacaq. Başa düşə bilmirlər ki, Qarabağda ermənilərin də, sülhməramlıların da, ərazilərin də, ekologiyanın da – hər canlının və cansızın təhlükəsizliyinin təminatçısı Azərbaycan Dövlətidir, Ordusudur, xalqıdır. Bu mənada Qarabağda yaşayan ermənilər də, Rusiyalı sülhməramlılar da Azərbaycanın siyasi və hərbi iradəsinin xaricində heç bir addım ata bilməzlər".
Partiya rəhbəri V.Balasanyanın bəyanatına da münasibət bildirdi: "Qondarma rejimin qondarma təhlükəsizlik şurasının katibi Vasili Balasanyan hələ birinci Qarabağ müharibəsində törətdiyi qanlı cinayətlərə ədalət qarşısında cavab verəcəyini bildiyindən revanşist motivli bəyanatları ilə siyasi dividentlər və quldur tərəfdarlar toplamaq niyyəti güdür. Düşünülmüş taktiki gedişlərlə mərhələli şəkildə Qarabağın sülhməramlıların nəzarətində olan hissəsi tam olaraq öz yurisdisiyamıza keçəcək".
"Azərbaycanın Əsgəran bölgəsində doğulan 62 yaşlı cinayətkar "general" öz xəyallarını nə qədər gerçəklik kimi qələmə verməyə çabalasa da, bölgədə Ermənistanın da qoşulacağı böyük iqtsadi layihələrə və açılacaq kommunikasiya xətlərinə sərmayə qoyulmağa artıq başlanılıb. Sosial şəbəkələrdə ajotajlar yaratmağa çalışan Balasanyan nə qədər özünü Xankəndinin əsas söz sahibi hesab etsə də, Xankəndi də daxil bütövlükdə regionda əsas söz sahibi Azərbaycandır. Türkiyə, Rusiya və İran kimi regionun super gücləri Azərbaycanın təklif etdiyi regional iqtisadi əməkdaşlıq layihələrində nəinki iştirak edib bəhrələnmək, hətta təhlükəsizlik tədbirlərinə də öz töhfələrini verməyə hazır olduqlarını bildirirlər" - deyə müsahibimiz vurğuladı.
A.Əsədli düşünür ki, Azərbaycanın həyata keçirməyə başladığı Qarabağı dirçəliş çərçivəsindəki layihələr yaxın aylarda gerçəkləşdikcə, açılacaq kommunikasiya xətlərinin Ermənistan iqtisadiyatının inkişafına təsir reallığı anlaşıldıqca və Qarabağdakı ermənikökənli Azərbaycan vətəndaşlarının separatçı qüvvələrə deyil, rifahlı yaşayış şəraiti üçün təminat verən Azərbaycanın qanunlarına tabe olmağın bölgədə sülhün təminatına səbəb olacağına əminlikləri artdıqca, Balasanyan kimilər özləri özlərini ifşa edəcəklər. |
||
|
||
Anar, Əsədli:, "Qarabağda, ermənilərin, də,, sülhməramlıların, da, təhlükəsizliyinin, təminatçısı, Azərbaycandır", |
|