The document has moved here.
|
||
Anar Əsədli: "Səfir dediyin Azərbaycan xalqı adından danışa bilərmi" | ||
BAXIŞ Xəbəri | ||
![]() |
||
|
||
“Xarici işlər sahəsində görüləcək çox iş var. Ən önəmlisi də bəzi səfirlərimizin siyasi kamillik səviyyəsinin arzuolunan dərəcədə olmamaısıdr”.
”Xəbər365”in məlumatına görə, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli deyib.
AYP Başqanın bildirib: “Xalqımız 200 illik Rusiya imperializminin müxtəlif adlar altında (çarizm, kommunizm, demokratik liberalizm) bizə qarşı yürütdüyü siyasətin mübarizəsini apardığı dövrdə, bu mübarizənin ən qanlı səhifələrindən olan 20 Yanvar qırğınını yad etdiyi gündə Rusiyadakı səfirimiz açıqlama verir ki, Azərbaycan xalqı 20 Yanvar cinayətini işləyənləri indiki demokratik Rusiya ilə bir tutmur. Bu, nə həddini bilməzlikdir? Səfir dediyin Azərbaycan xalqı adından danışa bilərmi, xalqın nəyi necə qəbul etdiyinə dair açıqlama verə bilərmi? Sabah onlarla təşkilat və minlərlə azərbaycanlı səfirin sözlərinin əksini desə, həm səfirin özü, həm də təmsil etdiyi dövlət və hökumət biabır olmazmı? Məni üzən bundan ziyadə odur ki, eyni gün Ukraynanın Azərbaycandakı səfiri açıqlama verərək, Azərbaycan xalqının 20 yanvar dirənişi ilə SSRİ xalqlarına azadlıq bəxş etdiyini deyib. Buyurun, bizim səfirlə Ukrayna səfirinin fərqi. Necə deyərlər, aralarında beş fərq tapın... Bir məsələ dəqiqdir ki, səfirlərin dəyişdirilməsi və dəyişdirilərkən də daha professional, siyasi baxımdan yetişkin kadrların təyin olunması günümüzün tələbidir”. |
||
|
||
Anar, Əsədli:, "Səfir, dediyin, Azərbaycan, xalqı, adından, danışa, bilərmi", |
|