Xəbər haqqında
12 Avqust 2017 - Şənbə 12:00 446 nəfər oxuyub
 
Antuan De-Sent Ekzüperinin “Dua”sı
YARADICI Xəbəri
Antuan De-Sent Ekzüperinin “Dua”sı

Məşhur fransız yazıçısı, bütün dövrlərin ölməz əsərlərindən biri olan “Balaca şahzadə”nin müəllifi bu duanı həyatının ən ağır anlarından birində yazıb. 

 

“İlahi, mən səndən möcüzə, ya da ilğım istəmirəm, hər gün güc verməyini istəyirəm. Mənə kiçik addımlar sənətini öyrət. 

 

Mənə müşahidə qabiliyyəti və zehin açıqlığı ver. Ki, bu həyatın rəngarəngliyi içində məni həyacanlandıran kəşfləri və təcrübəni vaxtında görə bilim. 

 

Mənə öz həyatımda zamanı düzgün idarə eləməyi öyrət. Birinci dərəcəli şeyləri ikinci dərəcəlilərdən fərqləndirə bilmək üçün mənə həssaslıq bəxş elə.

 

 

Mənə nəfsimi saxlamaq, həddimi bilmək  üçün güc ver. Güc ver ki, bu həyatda pərvaz eləməyim, sürüşməyim, günümü ağılla planlaşdırım, zirvələri, üfüqləri görə bilim və heç olmazsa, hərdən incəsənətdən həzz almağa vaxt tapım. 


Mənə kömək elə, arzuların köməkçi olmadığını anlayım. Nə keçmişlə bağlı arzular, nə də gələcəklə. Mənə kömək elə, burda və indi olum, bu dəqiqəni ən vacib an kimi qəbul eləyim.
 

Məni, “həyatda hər şey hamar olmalıdı” kimi sadəlövh inanclardan qoru.
 

 

Mənə aydın şüur ver ki, anlayım: çətinliklər, məğlubiyyətlər, yıxılmalar və uğursuzluqlar həyatın təbii tərkib hissəsidi, biz onların sayəsində böyüyürük və kamilləşirik.
 

Mənə, ürəyin ağılla tez-tez mübahisə elədiyini xatırlat. 

 

Mənə elə bir adam göndər ki, ən vacib anda həqiqəti deməyə cəsarəti çatsın, ancaq onu sevgiylə desin!
 

 

Bilirəm ki, heç bir tədbir görməyəndə bir çox problemlər həll olunur. Odur ki, mənə səbrli olmağı öyrət. 

 

Bizim dostluğa nə qədər ehtiyacımız olduğunu sən bilirsən. Mənə, Taleyin bu ən gözəl və zərif bəxşişinə layiq olmaq gücü ver. 

 

Mənə zəngin təxəyyül ver. Qoy, lazımi anda, lazımi zamanda, lazımi yerdə  susaraq, ya da danışaraq kiməsə ehtiyac duyduğu hərarəti bəxş edə bilim. 
  

Məni, tamamilə “aşağıda” olanlara səsini çatdırmağı bacaran bir insana çevir.

 

Məni, həyatda nəyisə ötürmək qorxusundan qoru.

 

Mənə öz arzuladıqlarımı yox, həqiqətən gərək olanları ver.
 

Mənə kiçik addımlar sənətini öyrət”.

 

http://xochu-vse-znat.ru/interesnoe/maloizvestnaya-molitva-ot-antuana-de-sent-ekzyuperi.html

Mənbə: Müəllif: XƏBƏR365
Antuan, De-Sent, Ekzüperinin, “Dua”sı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort