Xəbər haqqında
15 Dekabr 2017 - Cümə 13:07 889 nəfər oxuyub
 
Arabir gücündən yıxılır adam... - Ramiz Rövşən - VİDEO
YARADICI Xəbəri
Arabir gücündən yıxılır adam... - Ramiz Rövşən - VİDEO

Azərbaycanın tanınmış və görkəmli şairi Ramiz Rövşənin 71 yaşı tamam olur. Xeber365.com bu münasibətlə şairi təbrik, oxucularını isə onun "İçindən yıxılır adam" şeirini oxumağa dəvət edir: 

 

Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.

 

Dünya qaçır ayağının altından – 
yıxılmır,
Bu dünyanın ən dəlisov atından
yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam.

 

…Gülmə hər yıxılana,
atam balası, gülmə, –
Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən
ya da ki, acından yıxılır adam…

 

 

Mənbə: Müəllif:
Arabir, gücündən, yıxılır, adam..., -, Ramiz, Rövşən, -, VİDEO,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı