Xəbər haqqında
06 Dekabr 2017 - Çərşənbə 13:11 440 nəfər oxuyub
 
“Aranfilm”dən yeni film - Həqiqət sorağında
ART-ŞOU Xəbəri
“Aranfilm”dən yeni film - Həqiqət sorağında

ARB Aran televiziyasının “Aranfilm”  Yaradıcılıq Mərkəzində bəstəkar Rauf Əliyev haqqında filmin istehsalı bitib.

 

"Aranfilm"dən Xeber365.com-a verilən məlumata görə, bəstəkarın həyat və yaradıcılığından bəhs edən sənədli film bu ilin sonunda ekranlara çıxacaq. Əsasən kino bəstəkarı kimi tanınan Rauf Əliyev onlarla filmə musiqi bəstələyib. O, bu ilin yayında dünyasını dəyişib. “Həqiqət sorağında” adlanan filmin ssenari müəllifi və rejissoru Mübariz Nağıyev, operator Habil Məmişov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. 

 

Rauf Əliyevin bəstəkar olduğu filmlər sırasına "Qara Volqa", "Biz qayıdacağıq" , "Kənar adamlar", "Vahimə", "Təsadüfü görüş", "Ölüm növbəsi", "Küçələrə su səpmişəm", "Çölçü", "Köşk" daxildir.

Mənbə: Müəllif:
“Aranfilm”dən, yeni, film, -, Həqiqət, sorağında,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı