Xəbər haqqında
08 Noyabr 2017 - Çərşənbə 11:25 137 nəfər oxuyub
 
Arda “Qalatasaray”a qayıdır
İDMAN Xəbəri
Arda “Qalatasaray”a qayıdır

Klub rəsmiləri bu mövsüm “Barselona”nın heyətində heç bir rəsmi matçda forma geyinməyən Arda Turanı komandadan uzaqlaşdırmaq istəyir.

 

Xeber365.com Türkiyə mətbuatına istinadən bildirir ki, transfer mövsümü başlayandan gündəmə gələn xəbər nəhayət öz təsdiqini tapıb. Belə ki, “Qalatasaray”ın sabiq oyunçusunu 1,5 illiyinə icarəyə götürəcəyi iddia olunur. “Barselona” ilə müqaviləsi 2020-ci ilə qədər qüvvədə olan Ardanın icarə müddəti bitdikdən sonra “Qalatasaray”a birdəfəlik qayıda bilər. Sarı-qırmızılıların “Barselona” rəsmiləri ilə apardığı danışıqların müsbət nəticələndiyi qeyd olunur.

 

Serbiyalı baş məşqçi İqor Tüdor Ardanın kluba qayıdışını gözləyənlər arasındadır, məşqçinin fikrincə, ciddi və ardıcıl təlim-məşq toplantılarından sonra Turan əvvəlki performansı göstərə biləcək.

Mənbə: Müəllif:
Arda, “Qalatasaray”a, qayıdır,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı