301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
07 May 2016 - Şənbə 00:20 2927 nəfər oxuyub
 
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Mən suala Məhəmməd Füzulinin misralarıyla cavab verərdim. Vaiz sözünə tutma qulaq qafil olma kim, Qəflət yuxusunun səbəbi ol fəsanədir”.
MÜSAHİBƏ Xəbəri
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”

Vaxtilə qılıncının dalı-qabağı kəsən, hamının qorxulu röyasına çevrilən bəzi məmurların çoxu bir müddət sonra ifşa olunur, vəzifəsindən uzaqlaşdırılır, yolları həbsxanaya düşür. Tez-tez mətbuatdan onların da həbs olunduqlarını, işgəncəyə məruz qaldıqlarını, cəmiyyətdən mədəd umduqlarını görürürük. Şair demişkən, göy üzü daş saxlamır. 

Di gəl, bu durum digər məmurlara görk olmur. Onlar “gözü çıxmış qardaşlar”ından nəticə çıxarmaq istəmirlər. Bunun mənəvi-psixoloji, fəlsəfi səbəbləri nələrdir?
Bizdən VII əsr əvvəl yaşamış şair İmadəddin Nəsimi dövrünün qafillərini bu cür oyatmaq istəyirdi:


Ey özündən bixəbər qafil, oyan!
Həqqə gəl ki, həqq deyil batil, oyan!
Olma fani aləmə mayil, oyan!
Mərifətdən nəsnə qıl hasil, oyan!


Bəs bu günün ziyalıları nə düşünür:  Bu mesajı hansı şəkildə ötürməli, necə etməli ki, o, ünvanına çatsın və nəticə çıxarılsın? 

 

“Konfutsini nə sağlığında eşitdilər, nə də indi”

Filosof Müşfiq Şükürov: “Məmur əxlaqı ilə xüsusi məşğul olan bir filosof olub qədimdə - Konfutsi. Digər şərq filosofları tərki-dünyada azadlıq axtaranda Konfutsi özünü cəmiyyət içərisində sülhün aranmasına həsr edib. Cəmiyyət içərisində sülhü pozan əsas şəxslərin də vəzifə adamları olduğunu Konfutsi göstərirdi. İlk dəfə o dedi ki, insanlar məişət cinayətkarlığını çox qınayır, ancaq ən təhlükəlisi məmurların cinayətkarlığı, oğurluğu, namussuzluğudur. Çünki onlardan bütün xalq nümunə götürür. Onlar xalqı poza bildikləri kimi, düzəldə də bilərlər. Lakin bunun üçün insanlığa xidmət ruhunda yetişmiş nəcib kişi olmalıdırlar. Yalnız nəcib insanlar, ürəyinin təbiətini, mahiyyətini, fəlsəfəsini dərk etmiş müdriklər məmur ola bilər və xalqa xidmət edə bilərlər. Yoxsa savad almış canavar, tülkü, ilan işlədiyi yerdə də elə canavarlıq, tülkülük, ilanlıqla məşğul olacaq. Konfutsinin dövründə də məmur olmaq üçün adamlar savada can atırdılar və Konfutsi də dövlət qulluğuna adam hazırlayırdı. Lakin o gördü ki, adamlar içlərindəki acgözlüklə, təkəbbürlə vəzifəyə gedincə, ölkəni məhv etməyə başlayacaqlar və öz təlimini yaratdı.

Təəssüf ki, Konfutsini nə sağlığında eşitdilər, nə də indi. Bu gün də bəzi məmurlarımız acgöz qədim çinlilərdən çox fərqlənmirlər. 
Bizdə əksəriyyət oxumağa, əsasən, vəzifə tutmaq, sonra daha çox soyğunçuluqla məşğul olmaq üçün can atırlar. Xidmət ruhu, təəssüf ki, yoxdur. Onların “fəaliyyətinin” nəticəsi isə acınacaqlı olur. Ölkə zəlil vəziyyətə düşür.
Konfutsi deyirdi ki, ölkənin çiçəklənməsi onun nəcib fərdlərinin potensialından istifadəyə əsaslanır. Onlar bundan dərs alırlarmı? Yox. Acgöz adamlar isə düşünülmüş addımlar ata, müdrik davrana bilmirlər. Ancaq xalq ağıllanmalıdır, dərs almalıdır”.

 

“Xalqa qan udduran şeytanları müdafiə eləməyin əleyhinəyəm”

Şair Rüstəm Behrudi: “Məşhur bir deyim var: “Ağıllı adamlar başqalarının, axmaqlar öz səhvlərindən nəticə çıxarırlar. Heç bir tiran xoşluqla hakimiyyətdən əl çəkmir. Bizim məmurlar balaca tiranlardır, daha doğrusu, axmaqlar ordusudur. Hamı öləcəyini bilir, ancaq yanındakının ölümü belə onları diksindirmir. Çünki adamlara elə gəlir ki, ölümün onlara dəxli yoxdur. Bu zavallı məmurlar da eləcə. Və mən əlində vəzifə olan zaman xalqa qan udduran bu şeytanları müdafiə eləməyin əleyhinəyəm. Onları təkbaşına buraxmaq lazımdır. Çünki günah işləmiş adamın tövbəsi yeni günah işləmək istəyidir”.

 

 

“Bizim məmurlar barmaq əvəzinə qolu qoparırlar”


Professor Qulu Məhərrəmli: “Bu, insan əxlaqı, insan kamilliyi və məmur düşüncəsinin zədələnməsi ilə bağlıdır. Bizdə bir çox məmurlar yanlış olaraq belə düşünür ki, vəzifə onlar üçün əbədidir, istədikləri özbaşınalıqları edə bilərlər və hamı da onların iradəsini qəbul etməlidir. Təbii ki, yanlış və qüsurlu yanaşmadır. Məmurun işi dövlətin ona həvalə etdiyi vəzifələri, verilmiş səlahiyyətlər çərçivəsində reallaşdırmaqdır. Ancaq bizim bir çox məmurlar barmaq əvəzinə dartıb qolu qoparırlar. Mən bu davranışın psixoloji səbəbini həmin məmurların vəzifələrindən sui-istifadə etmələri, işlərində ciddi nöqsanların olması, hər hansı səbəbdən gözükölgəli olmaları, bir növ sərt davranışları ilə hansısa “günahlarını” yumaq cəhdləri ilə izah edərdim. Məncə, belə davranışların qarşısını almaq üçün insan – məmur bir həqiqəti bilməlidir: heç bir zorakılıq, heç bir yaramazlıq cavabsız qalmır, insan hətta heç kimin görmədiyi hansısa bəd əmələ görə Allah qarşısında cavabdehdir. Bax, bu həqiqəti unudaraq kabinetində daim şirə dönən məmurlar taleyin hökmü ilə bir zaman kəsiyində başqa şəkil alır, zavallı günə qalırlar. Bunu isə mən şəxsən heç kimə arzulamazdım”.

 

“Məmurların bu xəstəliyini sağaltmaq dövlətin vəzifəsidir”

Yazıçı Əkrəm Əylisli: “İnsanda naqis xüsusiyyətlər varsa, onlar heç vaxt aradan götürülmür. Naqislik yazmaqla, ədəbiyyatın köməyi ilə aradan götürülsəydi, onda dünyada naqis insan qalmazdı. Dünya xəlq olunandan ədəbiyyat xeyirlə şərin bir-biriylə mübarizəsi üstündə qurulub. Məmurluq dövlət sistemi içində olan bir şeydir. Dövlət sağlam olanda ictimai sağlamlıq da olur. Əgər ədəbiyyat bu kimi problemləri həll edə bilsəydi, indi tamam başqa mərhələyə gəlib çıxmış olardı. Bu problem geniş düşüncə tələb edir. Məmur naqisliyi bizim milli keyfiyyətimiz deyil. Bu, ruslarda da olub, digərlərində də. Rus yazıçıları da bunu kəskin tənqid ediblər. Əgər məmur naqisliyini tənqid edən insanlara yüksək qiymət verilsə, cəmiyyətin o biri tərəfindəki naqislik azalar. 
Bu, çiban kimi bir şeydirsə, dövlətin özü bunu görməli, o yaranı sıxıb cəmiyyətin varlığından çıxarmalıdır. Bəşəri naqisliklər başqa şeydir, ancaq məmurların görməmişliyi, nadanlığı başqa şey. Onları bir-birindən ayırmaq lazımdır. Ədəbiyyat böyük naqisliyə qarşı mübarizə aparır. Felyeton janrı məmurlara qarşı mübarizədə güclü olur. Ancaq böyük mənada naqisliklərlə ədəbiyyat məşğuldur. Məmurların bu xəstəliyini sağaltmaq dövlətin vəzifəsidir. Dövlətin borcudur ki, bu məsələyə həssas yanaşsın, ciddi nəzarət etsin. Yazıçılar yalnız dövlətin arxasında dayana, ona köməkçi ola bilər. İndi söz heç vaxt olmadığı qədər eşidilməz olub. Sovet dövründə bir nazirin, məmurun haqqında hər hansı mətbuat orqanında kiçik bir yazı çıxsaydı, məlumuydu ki, onun taleyi həll olunacaqdı: ya o məmur vəzifəsindən uzaqlaşdırılacaq, ya həbs ediləcək. Ancaq artıq söz o gücdə deyil, sözün mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur. Bax problem burda meydana çıxır”.

 

 

“Məmurları muzey-hotel həbsxanalara göndərmək olar”

İctimai fəal Bəxtiyar Hacıyev: “Azərbaycanda yaxşı bir atalar sözü var: başına gələn başmaqçı olar. Nəinki həbs, xəstəlik, işsizlik, kasıblıq, depressiya və digər bir çox şey insanın başına gəlməsə, onu tam olaraq öz üzərində hiss edə bilmir. Bunu yalnızca ağılla düşünmək və müəyyən nəticəyə gəlmək olar. Məsələn, dəfələrlə öz maddi imkanlarına, vəzifəsinə, səlahiyyətinə güvənərək çox lovğa, başqalarına yuxarıdan aşağı baxan, aşağılayıcı tərzdə danışan məmurlara həbsdə olmuş nazirləri misal göstərib “onlar sizdən daha güclü, daha imkanlı, daha böyük dəstəkli, daha geniş əhatəli olublar, ancaq onlar sığortalanmayıbsa, siz də bu hadisələrdən sığortalanmayıbsınız” dedikdə bunu anladıqlarını, hiss etdiklərini müşahidə etmişəm. Dünyanın bir neçə yerində muzey-hotel kimi həbsxanalar fəaliyyət göstərir. Həbsxana həyatını sözün əsl mənasında hiss etmək istəyənlər müəyyən bir müddət ora qeydiyyata düşürlər və həmin müddət bitməmiş çıxa bilməzlər. Bəlkə də sadə vətəndaşlara yuxarıdan aşağı baxan, maddi imkanlarına, vəzifəsinə, səlahiyyətlərinə güvənərək onları sıxan məmurları belə muzey-hotel həbsxanalara göndərmək olar”.

 

“Yaxşı məmur, pis məmur anlayışı yoxdur”

Millət vəkili Aydın Mirzəzadə: “Dövlətçiliyinə şərəf və məsuliyyətlə xidmət edən məmurlar çoxdur. Azərbaycanda öz işinə məsuliyyətlə yanaşan minlərlə, onminlərlə məmur var. Məmurlar gündəlik ölkə vətəndaşlarının problemini həll edir, onlarla təmasda olurlar. Öz vəzifəsinə məsuliyyətlə yanaşmayanlar isə gec-tez işindən uzaqlaşdırılır və onların yerinə gənc, perspektivli şəxslər qəbul edilir. 
Yaxşı məmur, pis məmur anlayışı yoxdur. Məmur anlayışı var. Hər bir məmur öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Yerinə yetirənlər cəmiyyətdə hörmətə malikdirlər. Daima adları müsbət hallanır. Yetirməyənlər isə əksinə”.
 

“Daşa dönmüşlərə əks eyləmədi fəryadım”

Şair Musa Yaqub: “Sual asandır, ancaq onları qəflət yuxusundan oyatmaq çətindir. Bu, ancaq onların öz işidir. Necə ayılacaqlarını özləri bilir, biz yox. Kimsə onlara öz mesajını, tənqidini çatdırır, ancaq təsiri olurmu? Məhəmməd Hadinin bir sözü var, deyir:  
...Dağa dersən eşidər, sonra verir əks-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım.
Ancaq bu, kimə təsir edir, etmir, biz bilmirik. Onların vicdanına, əksi-vicdanına qalıb... Bir də onları kimin oyatmaq istədiyinin əhəmiyyəti var. Yəni deyən adam haqqına deyir, yoxsa yox? Məsəl var, deyir ho var dağa qaldırar, ho var dağdan endirər. Deyənlərin özündən də çox şey asılıdır”.

 

“Şah qanundan o vaxt yüksək olur ki...”

Tarixçi Dilavər Əzimli: “İnsan bütöv olmalıdır, bütov olanda onda iman olur. İmanlı insan qanuna əməl edir. Qanun işləyən cəmiyyətdə bu cür hallar çox az olur. O cəmiyyətdə belə hadisələr baş verir ki, orda qanunlar işləmir, şah qanundan yüksək olur. Qanun işləməyəndə insan özünü qanundan yüksək sayır. Yəni vəzifədə olanda gözü heç nə görmür, istədiyini eləyir. Rüşvət, korrupsiya inkişaf edir. “Burda mənəm, Bağdadda kor xəlifə” məsəli boşuna deyilməyib. Yəni xəlifə kor olsa da, qanuna tabe deyil. Çünki o xəlifədir, taxtda oturub, hökm edir. Hamı da onun qarşısında baş əyir, ancaq qanun qarşısında baş əymir. Məsələ budur. 
İndi məmurlar da düşünmür ki, sabah mən həbsxanaya düşə bilərəm. Allah Qurani-Kərimdə də buyurur ki, insanların gözləri kor, qulaqları kar olar. Yəni heç nə görməz, heç nə eşitməz özündən başqa. Dara düşəndən sonra peşman olur, ancaq onun peşmanlığı qanun işləməyən cəmiyyətdə kimsəyə örnək ola bilmir. Çünki o cəmiyyətlər başqa cür işləyə bilməz. Çünki başqa cür vəzifədə çox otura bilməzlər. Məsələnin kökü, bax, burdan qaynaqlanır. Ancaq yenə də məmurlara bir təsiri yoxdur. Çünki sistem bu cür qurulub. Təəssüf ki, bu hallar bizdə də var”. 

 

 

“Breyvikin göz yaşları yadınızdadırmı?”

Psixoterapevt Elmir Əkbər: “Əksər məmurlar o qədər azğınlaşıblar ki, qəlblərini iblisə satıblar. Quyruqları qapı arasında qalan kimi xalqa üz tuturlar. Əllərindən qurbanların qanı qurumamış xalqdan mərhəmət umurlar. 
Xüsusi şöbədə işləyəndə müşahidə etmişdim ki, qeyri-adi qəddarlıqla insanları qətlə yetirən manyaklar özlərinə qarşı mərhəmət göstərilməsinə çox ümidli olurlar. Yadınızdadırmı, norveçli qatil Anders Brevikin məhkəmədə axıtdığı göz yaşları? Yaxud da iri maxinasiyalarda böyük məbləğdə pul oğurlayan dələduzlar onları ifşa edənləri qınayırlar ki, mənə kişi sözü vermişdi. Belə insanlar daxildə özlərinə nifrət edirlər. Ona görə çirkabın dərinliyinə kimi gedirlər ki, insanlıqlarına heç bir ümidləri qalmayıb. Ancaq cəmiyyətdən ona görə mərhəmət umurlar ki, digər insanları özlərindən xoşbəxt və dürüst bilirlər. Hesab edirlər ki, hiyləgər göz yaşları ilə nəyəsə nail ola bilərlər. Amma onların insaniyyət mərkəzi çoxdan atrofiyaya uğrayıb. Əgər onlara kimsə yardım edirsə, fürsət düşən kimi ilk zərbəni də onun kürəyinə vururlar”. 

 

“Qəflət yuxusunun səbəbi ol fəsanədir”

Tənqidçi Əsəd Cahangir: “Mən suala Məhəmməd Füzulinin misralarıyla cavab verərdim. Vaiz sözünə tutma qulaq qafil olma kim, Qəflət yuxusunun səbəbi ol fəsanədir”.

 

Hazırladı: Sevinc Fədai

 

 

 

*Yazıdakı fikirlərə görə redaksiya məsuliyyət daşımır.

 
Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: Sevinc Fədai
“Artıq, söz, o, gücdə, deyil,, mənası, itib., O, sözü, deyən, adamların, özlərinin, təmizliyinə, inanmaq, olmur”, ,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən...
Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır – Anar Əsədli
Prezident İlham Əliyev İspaniyanın El Pais qəzetinə müsahibə verib - TAM MƏTN
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı