The document has moved here.
|
||
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba? | ||
Arvadını döyən kişinin qulağını kəsmək nə dərəcədə doğrudur? | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda əri tərəfindən döyülən arvadın qohumları kürəkənin qulağını kəsiblər. Hadisə rayonun Kotanarx kəndində baş verib.
Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edib və N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır. Xeber365.com son zamanlar bu kimi halların artmasını, Azərbaycanda ailə inisitutunun sütunlarının bu tip məsələlərlə sarsılmasını nəzərə alaraq məsələni araşdırmaq qərarın gəldi. Zorakılıq və ya oğurluq edən, cinayət törədən şəxsin cəzasını qanun özü verməli deyilmi? Bu səlahiyyəti fərdlərin öz üzərinə götürməsi nə ilə bağlıdır?
“Ailə terroru” kimi xarakterizə edilən bu hadisənin ilk olaraq sosioloji tərəfi ilə maraqlandıq. Görəsən, bizi cəmiyyət olaraq bu cür davranmağa məcbur edən nədir? Bəziləri elə düşünür ki, bu kimi faktlar cəmiyyətimizin geriyə qayıdışını göstərir.
“Qadını müdafiə və mühafizə edəcək bir orqanın olduğuna inam yoxdur”
Sosioloq Cavid İmamoğlu deyir ki, cəmiyyət geriyə qayıtmır, bu, elə o vaxtdan bu vaxta kimi davam edən prosesin nəticəsidir:
Cavid İmamoğlu hesab edir ki, cəmiyyətdə zorakılığı formalaşdıran elə ailələrdə baş verən məişət zorakılığıdır:
“Ailə institutu çox önəmlidir. Çünki ailə təkcə iki fərddən ibarət deyil. Ailənin bir nömrəli missiyası şəxsiyyət yetişdirməkdir. Yəni düşünün, zorakılıq baş verən ailədə yetişən uşaq necə şəxsiyyət olacaq? Təbii ki, o da zorakılığa meyilli olur və nətəcədə zorakı bir cəmiyyət formalaşır. Amma bizim cəmiyyət belə olmamalıdır. Nə qanunlarımız, nə mənsub olduğumuz din, nə də ki, adət-ənənələrimiz, kökümüz, menatl dəyərlərimiz qadına qarşı zorakılığa rəvac vermir. Bu baş verənlər sadəcə geriqalma, eqodan irəli gəlir”.
Cəmiyyətin qisas almaq istəyi...
Psixoloq Limunət Əmrahlı isə bu kimi halların baş verməsinə və nəticələrə görə hər kəsin məsuliyyət daşıdığını deyir:
Bütün bunların baş verməməsi üçün sistemli işlər aparılmalıdır. Yəni həm ailədə, həm təhsil sistemində, həm də cəmiyyətdə, bir sözlə, hər yerdə bununla bağlı iş aparılmalıdır. İnsanlarımızda düzgün düşüncə tərzi, analiz qabiliyyəti formalaşdırılmalıdır. Baş verən hadisələrdə cəmiyyət olaraq bizim də günahımız var”.
Zorakılıqda cinayət əməlləri varsa...
Ailə-məişət zəminində baş verən münaqişələri, zorakılığın tənzimlənməsi prosesi ilə bağlı qanunvericilikdə boşluqmu var? Əgər yoxdursa, nə üçün zorakılığa məruz qalanlar qarşı tərəfi özləri cəzalandırmağa çalışırlar?
Hüquqşünas Asif Abdullayev deyir ki, qanunvericilik ailə münasibətlərində kişi və qadına hüquq bərabərliyi verməklə yanaşı, həm də bu hüquqların pozulmasından müdafiə mexanizmləri müəyyən edib:
Ekspert bildirir ki, ailənin zorakılığa məruz qalan üzvünün qorunması, mühafizə edilməsi üçün də lazımi prosedurlar nəzərdə tutulub. Sadəcə vətəndaş hüquqlarını bilməli və lazım olan zaman istifadə etməyi bacarmalıdır:
“Zorakılığa məruz qalan ər və yaxud arvad, əks tərəfin zorakılığından qorunmaq üçün qısamüddətli və uzunmüddətli mühafizə orderi ala bilər. Qısamüddətli mühafizə orderini almaq üçün ərazi üzrə icra hakimiyyəti orqanına müraciət etmək lazımdır. Ərizəyə 5 gün müddətində baxılır. Əgər zorakılıqda cinayət əlamətləri varsa, müraciət polisə aid olacaq və onun tərəfindən araşdırılacaq. Uzunmüddətli mühafizə orderini isə zorakılığa məruz qalmış şəxsin yaşayış yeri üzrə məhkəmə tərəfindən verilir.
* Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:
- məişət zorakılığının təkrar törədilməsi;
* Uzunmüddətli mühafizə orderində qeyd olunanlarla yanaşı aşağıdakılar da nəzərdə tutula bilər:
- məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;
Nicat Abdullayev
|
||
|
||
Arvadını, döyən, kişini, kim, cəzalandırmalıdır:, qanun, yoxsa, qohum-əqrəba?, |
|