Xəbər haqqında
13 Sentyabr 2017 - Çərşənbə 18:14 69 nəfər oxuyub
 
Asiya İnkişaf Bankı Azərbaycana yeni kreditin ayrılması məsələsinə baxacaq
GÜNDƏM Xəbəri
Asiya İnkişaf Bankı Azərbaycana yeni kreditin ayrılması məsələsinə baxacaq

Sentyabrın 22-də Asiya İnkişaf Bankının (ADB) menecmenti Azərbaycanda dəmir yolu sahəsinin inkişaf etdirilməsinə kredit ayrılması məsələsinə baxacaq.


Xeber365.com “Report”a istinadən məlumat verir ki, layihə üzrə kreditin məbləği 400 mln. ABŞ dolları təşkil edə bilər.


Məlumata görə, avqustun 28-dən sentyabrın 8-dək Bankın faktaraşdırıcı missiyası Bakıda olub və “Dəmiryolu sektorunun İnkişaf Proqramı Layihəsi" ilə bağlı bir sıra görüşlər keçirib.


Xatırladaq ki, layihə ilə bağlı faktaraşdırıcı missiyanın ilk öncə avqustun 1-11-i tarixlərində Azərbaycana gələcəyi gözlənilirdi. Sentyabrın 13-də isə Bankın menecmentinin qiymətləndirmə yığıncağının keçirilməsi planlaşdırıldı.

Mənbə: Müəllif: XƏBƏR365
Asiya, İnkişaf, Bankı, Azərbaycana, yeni, kreditin, ayrılması, məsələsinə, baxacaq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı