Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 17:20 204 nəfər oxuyub
 
Atatürk olmasaydı 5 vaxt azan oxunmazdı
DÜNYA Xəbəri
Atatürk olmasaydı 5 vaxt azan oxunmazdı

“Qazi Atatürk və dostları olmasaydı indi minarələrimizdə 5 vaxt azan oxunardımı?” 

 

Xeber365.com Türkiyə mediasına istinadən bildirir ki, bu sualı CHP lideri Kamal Kılıçdaroğlu partiyasının TBMM-də keçirilən iclasında səsləndirib:

 

 

“Qazi Mustafa Kamal Atatürk və dostları bizim baş tacı etdiyimiz dəyərlərdir. Düşmanları belə bu dahi insana hörmət ediblər. Çünki o, müharibəni qaydalara uyğun aparıb. Bir başqa ölkənin bayrağının tapdanmasına əsla icazə verməyib. Atatürk sadəcə bizim deyil bütün dünyanın ortaq dəyəridir”. 

 

CHP lideri bildirib ki, həmin zamana aid bəzi tənqidlər səslənir. "Məscidləri Atatürk zamanında bağladılar deyirlər.  Bunlar hamısı yalandır, rəvayətdir. Atatürkə nifrətlərini bu rəvayətlərlə əsaslandırırlar. Ancaq bilmirlər ki, Qazi Atatürk və dostları olmasaydı indi məscidlərdə 5 vaxt azan oxunmazdı". 
 
 
 

 

Mənbə: Müəllif:
Atatürk, olmasaydı, 5, vaxt, azan, oxunmazdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı