Xəbər haqqında
04 Dekabr 2017 - Bazar ertəsi 15:03 196 nəfər oxuyub
 
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
BAXIŞ Xəbəri
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq

Sosial araşdırmaları ilə məşhur, Amerikanın nüfuzlu “Pew Research Center” şirkəti yeni araşdırmasını təqdim edib. “Avropada müsəlman əhalisinin artımı” adlanan araşdırmaya əsasən, 2010-2016-cı illərdə dünyada müsəlmanların sayı 19,5 milyondan artaraq 25,77 milyona çatıb. Bu rəqəmlərin dəyişməsində 2014 və 2016-cı illərdə İraq və Suriyada baş verən çoxmilyonlu miqrant dalğası da mühüm rol oynayıb.

 

Xeber365.com dünya mətbuatına istinadla yazır ki, amerikalı tədqiqatçılar 2050-ci ildə Qərbi Avropa ölkələrində müsəlmanların sayının 17 faizdən 30 faizə qədər arta biləcəyini yazıb. Bu statistika rəqəmlərdə təxminən 3 dəfəyə qədər artım olacağını deməyə əsas verir.

 

 

“Pew Research Center”in hesablamalarına görə, hazırda müsəlmanlar (türklər, kürdlər, ərəblər, albanlar, Şimali Afrikadan və İndostandan gələnlər) Avropa əhalisinin 4,9 faizini təşkil edir. Qərbi Avropada müsəlmanların daha sıx yaşadığı ölkələr  Fransa (8,8 faiz), İsveç (8,1 faiz), Belçika (7,6 faiz), Hollandiya (7,1 faiz), Avstriya (6,9 faiz), Böyük Britaniya (6,3 faiz) və Almaniyadır (6,1 faiz). İstənilən halda burada söhbət XX əsrin ortalarında Avropaya köçən müsəlman miqrantlardan və onların davamçılarından gedir.

 

Rəqəmlərdə müsəlmanların sayına nəzər yetirsək, Fransa 5,72 milyon nəfərlə siyahıya liderlik edir. Hazırda Almaniyada 4,95 milyon, Britaniyada 4,13 milyon, İtaliyada 2,87 milyon, Hollandiyada 1,21 milyon, İspaniyada isə 1,18 milyon müsəlman yaşayır.

 

 

Tədqiqatçılar Avropadakı müsəlman əhalinin sürətli artım tempi və rəqəmlər barədə üç mümkün ssenari təqdim edir. Birinci ssenariyə əsasən, 2050-ci ilə qədər bir nəfər belə olsun miqrant Avropaya ayaq basmasa da təbii artım yolu ilə müsəlmanların sayı 35,77 milyon nəfər çoxalacaq. Eyni yolla qeyri-müsəlman əhalinin sayı isə 495,1 milyondan 445,9 milyona qədər azalacaq. Beləliklə, Avropada müsəlmanlar ümumi əhalinin 7,8 faizi təşkil edəcəklər. İslam dininə inananların sayı xüsusən Fransa, İsveç, Britaniya, Avstriya və Almaniyada sürətlə artacaq.

 

İkinci ssenari Avropada miqrant axınına qarşı çıxan sağçı partiyaların populyarlıq qazandığı bir vaxtda o qədər də real görünmür. Ancaq tədqiqatçıların yazdıqlarına inansaq hazırda “qaçqınlar, xoş gəlmisiniz” siyasətini dəstəkləyən sol liberallara da inananlar az deyil.

 

 

Orta səviyyədə miqrasiya ilə Avropada müsəlmanıarən sayı 2050-ci ildə iki dəfə artaraq 57,88 milyona çatacaq və beləliklə onlar ümumi əhalinin 11,2 faizini təşkil edəcəklər. Bu ssenari reallaşsa müsəlman əhalinin sayına görə 20,5 faizlə İsveç siyahıya liderlik edəcək. Sonrakı pillələrdə Fransa, Britaniya və Norveç qərarlaşacaq. Bu zaman daha bir Skandinaviya ölkəsi Finlandiyada da müsəlmanların sayı əhəmiyyətli dərəcədə artacaq: 2,7 faizdən 11,4 faizə qədər.

 

Nəhayət yüksək miqrant axını adlanan üçüncü ssenari zamanı 2050-ci ildə Avropadakı müsəlmanların sayı 75,55 milyondan ibarət olacaq ki, bu da indiki rəqəmlərlə müqayisədə üç dəfə çoxdur. Bu zaman müsəlmanlar İsveç əhalisinin nə az, nə çox üçdə birini - 30,6 faizini təşkil edəcəklər. Avstriya əhalisinin 19,9, Almaniya əhalisinin 19,7, Fransanın əhalisinin 18, Norveç əhalisinin isə 17 faizi müsəlmanlardan ibarət olacaq.

Mənbə: Müəllif:
Avropa, xilafəti:, müsəlmanların, sayı, 3, dəfə, artacaq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı