Xəbər haqqında
14 Yanvar 2018 - Bazar 12:00 200 nəfər oxuyub
 
Axundov bundan ötrü boğazından kəsmiş, ac-susuz qalmışdı... - SORĞU
YARADICI Xəbəri
Axundov bundan ötrü boğazından kəsmiş, ac-susuz qalmışdı... - SORĞU

Nəsrlə nəzmin mübarizəsi və hansı janrda daha yaxşı nümunələrin yaranması, belə demək mümkünsə, daim müzakirə mövzusu olur. Bəs hazırda Azərbaycan ədəbiyyatının hansı janrında daha parlaq nümunələr yaranır? Ədəbiyyatımız dünyaya şeiri, yoxsa hekayə, povest, romanıyla çıxa bilər? Bu sualla ədiblərimizə müraciət etdik.

 

 

Yazıçı Məti Osmanoğlu: “Bu gün Azərbaycan ədəbiyyatında yaxşı nəsr, yaxşı nəzm əsərlərinin, əla esselərin, ədəbiyyatımıza fərqli düşüncə tərzi gətirən müəlliflərin adlarını çəkə, ciddi siyahısını təklif edə bilərik. Ancaq təəssüflər olsun ki, ümumilikdə Azərbaycan ədəbiyyatı özünün parlaq dövrünü yaşamır. Parlaq dövr deyəndə, məsələn, 1850-ci illəri nəzərdə tuturam – Mirzə Fətəli Axundzadə ilk komediyaları ilə bədii fikir tariximizdə böyük dönüş yaratmış, İslam mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan ədəbiyyatı Avropa bədii təcrübəsinin dilində “danışmağa” başlamışdı. Yaxud XX əsrin əvvəllərində Azərbaycanda publisistika, nəsr, dramaturgiya, şeir yeni keyfiyyət mərhələsinə keçmiş, bir-biri ilə rəqabətdə yaşayan ədəbi cərəyanlar formalaşmışdı. Azərbaycan ədəbiyyatının estetik sistemində mühüm “yerdəyişmə” hadisəsi baş vermişdi.

 

Картинки по запросу məti osmanoğlu

 

XXI əsrdən 1930-cu illərə baxanda öncə gözümüzün qarşısına amansız repressiyaların yaratdığı tragik mənzərə canlansa da, o illərdə dilimizin yeni keyfiyyətli şeirinin doğulduğunu, yeni bir başlanğıcın yarandığını görməmək mümkün deyil. Belə ki, Azərbaycan şeirinin dili yeni səviyyəyə yüksəlmişdi. 1950-ci illərin sonu-60-cı illərin əvvəlləri də Azərbaycan ədəbiyyatının daha bir parlaq dövrü kimi yada düşür: bədii fikirdə əsalı dönüş yaranmışdı, bədii söz yanar ürəkli insana doğru yeni tarixi dönüş etmişdi. Bu mənada, XXI əsrin ikinci onilliyində Azərbaycan ədəbiyyatının parlaq dövrünü yaşadığını söyləmək çətindir. Hər halda, mən belə bir iddia irəli sürməyə çətinlik çəkirəm.

 

Azərbaycan ədəbiyyatının dünyaya çıxması məsələsinə gəldikdə, mən bədii sözə “Made in Azerbaijan” meyarı ilə yanaşılmasının tərəfdarı deyiləm. Ədəbiyyat hər şeydən öncə dil hadisəsidir, sırf milli faktordur. Bu gün Məhəmməd Füzuli və ya Molla Pənah Vaqif bizim üçün hansı dillərə tərcümə edildiklərinə – dünyaya çıxdıqlarına (və ya çıxmadıqlarına) görə deyil, öz dilimizə və ədəbiyyatımıza nə verdikləri ilə qiymətlidir. Məncə, müasir ədəbiyyata da bu mövqedən yanaşmaq lazımdır. XIX əsrdə Azərbaycandan dünyaya çıxan Mirzə Şəfi Vazeh olub. Mirzə Şəfinin dünya ədəbiyyatına və oxucusuna nə verdiyini deyə bilmərəm, ancaq mənə görə, onun Azərbaycan ədəbiyyatına bəxş etdiyi Mirzə Fətəlinin və ya dünyada heç kimin tanımadığı Nəcəf bəy Vəzirovun verdiklərindən müayisəyəgəlməz dərəcədə azdır. Azərbaycan ədəbiyyatından hansı hekayənin, povestin, romanın, şeirin dünyaya çıxmasını, mənə elə gəlir ki, dünyanın öz seçiminə buraxmaq daha doğru olar”.

 

 

Yazıçı-tərcüməçi Kamran Nəzirli: “Bu gün dünya çox dəyişib, bizim əvvəllər düşündüyümüz romantik dünya deyil. Yeni qaydalar, yeni üsullar, yeni meyarlar, yeni dəyərlər o qədərdir ki, saymaqla qurtarmır. Ən başlıcası isə, Ədəbiyyat dünyanın bəyəndiyi və keçmiş Sovet həyat tərzinin bəyənmədiyi bazar prinsipləri ilə meydana gəlir, qarşılanır, təbliğ olunur və yayılır. İstəsək də, istəməsək də, bu, təxminən belədir. Bu "bazar"a girməyin bir, orda qalmağın iki, sonra da hansısa "piştaxtada" özünə daimi yer eləməyin üç çətinliyi var. Əvvəla, yaxşı əsər yazmaq (istər nəzm, istər nəsr) azdır. Sənin gərək başqa imkanların, imkan və istəklər arasındakı məsafədən asılı olaraq öz əsərini "satmaq" bacarığın da ola. "Alıcılar"ın siması, xarakteri, düşüncə tərzi, baxış bucaqları, maraq dairələri də dəyişib. Onlar Cek London, yaxud Tolstoy dövründəki "alıcılar"a heç bənzəmirlər. Onların son məqsədi və hədəfi də Ədəbiyyat deyil, GƏLİR və MƏNFƏƏTdir. Belə bir sistem qurulub və bu, bütün ölkələr üçün təxminən eynidir, o cümlədən, bizim üçün də.

 

Картинки по запросу kamran nəzirli

 

Həm də onu qeyd edim ki, bütün fəlsəfi sistemlərin rasional və mistik quruluşu məntiqə söykənir. Elmin quruluşu isə bir qayda olaraq fasiləsiz dəyişir, ona vaxtaşırı düzəlişlər edilir,  ziddiyyətlərlə dolu olur. Həyat kimi o da çevik şəkildə öz istiqamətini dəyişə bilir, onun məzmunu da çox mürəkkəb olur. Ədəbiyyat isə belə deyil. Ya gözəl olur (olmalıdır!), ya da çirkin! Fikir vermisinizsə, bazar piştaxtalarında gözəl məhsullar da olur, keyfiyyətsiz, çürük, ya da istismar müddəti ötmüş mallar da olur. Gözəl və reklam olunan məhsullar alınır, amma bəzən bu məhsulların görünüşü təkcə gözəl olur, adamı aldadır. Bu, onu satanları əsla maraqlandırmır, təki mal satılsın və mənfəət əldə edilsin. Baxın, hiyləgər bazar əxlaqı da elə budur və bu siyasət bütün dünya ədəbiyyatını da bürüyüb. Bunun siyasi-iqtisadi, ictimai-sosial, mənəvi-əxlaqi səbəb və nəticələri çoxdur. Bircə onu deyim ki, dünyaya çıxmaq üçün Azərbaycan ədiblərinin hər zaman problemləri və məhdudiyyətləri olub və bu gün də var. Söhbət heç də yaxşı və yaxud qlobal əhəmiyyət daşıyan əsərlərin yazılmasından getmir. Mirzə Fətəli bir əsərini fransız dilinə tərcümə elətdirib yaymaq üçün nələrdən imtina etməmişdi! Boğazından kəsmişdi, ac-susuz qalmışdı, ya da Fransada təhsil alan oğlunun ətrafı ilə çox çətinliklə əlaqələr yaratmışdı ki, heç olmasa bircə əsəri xaricdə dərc olunsun. Bizim işimiz elə hər zaman çətin olub bu sahədə. Çar vaxtı da, sovet vaxtı da... Amma indi bir balaca işıq ucu görürəm, əsərlər yazılır, tərcümə olunur, imkan daxilində yayılır, təbliğ olunur. Elə Tərcümə Mərkəzinin də elə əsas funksiyası və hədəfi budur. Bu sahədə də ardıcıl iş aparır, izləyirəm, müşahidə edirəm. Düşünürəm ki, nəzm və nəsr nümunələrimiz var və bundan sonra da olacaq. Amma bu işlərin daha sistemli, daha geniş miqyasda aparılması üçün təbii ki, maliyyə imkanlarının yaxşı olması vacibdir”.

 

“525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid: “Hər iki janrda dəyərli əsərlər yaranır. Poeziyamızın yaşı daha qədim, daha çoxdur. Nəsrimiz isə gənc olsa da, dünyaya çıxa biləcək yazıçılarımız və əsərlərimiz var. Bizə bunun üçün sadəcə səviyyətli tərcümə və təbliğat işi lazımdır”.

 

Картинки по запросу rəşad məcid

 

Şair Aqşin Yenisey: “Sözsüz ki, biz musiqili mədəniyyətin təmsilçiləriyik, çünki mifoloji yapımız rəqs edən hind tanrılarından qaynaqlanır. Fars dilinin yaşadığımız çoğrafiyda mədəni iqlimi yaratması da burdan qaynaqlanır. Biz istəsək belə, misranın ritmindən çıxıb cümlənin ritminə rahat düşə bilmərik. Ona görə də yaxın keçmişə qədər Hindistandan üzü yuxarı, məsələn, Füzulinin şeir səviyyəsində nəsr yazan yoxdu.

 

Картинки по запросу aqşin yenisey

 

Şərq şeiri çox ecazkardır. Şeirlə dünyaya çıxmaq çox çətindir, çünki şeirin ilk müəllifi dil özüdür, şeir vasitəsilə dil özü özünü yazır, şeirdə məna yox, dil tərcüməyə müqavimət göstərir. Amma dünyaya çıxa bilməməyimizi janra bağlamaq doğru deyil. Bizim ədəbiyyatın mövzuları dünya üçün maraqlı deyil”.

 

 

 

 

Mənbə: Müəllif:
Axundov, bundan, ötrü, boğazından, kəsmiş,, ac-susuz, qalmışdı..., -, SORĞU,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı