The document has moved here.
|
||
AY Partiya: “Bəzi media orqanlarında yayımlanan qərəzli materiallarla bağlı hüquqi müstəvidə tədbirlər görüləcək” | ||
İŞ DÜNYASI Xəbəri | ||
![]() |
||
|
||
“Ölkənin bəzi mətbuat orqanları Azərbaycan Yüksəliş Partiyası başqanı Anar Əsədlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunması ilə bağlı heç bir əsası olmayan, qərəzli və sifarişli xəbərlər yayımlayır”.
TNS xəbər verir ki, bu barədə AY Partiya məlumat yayıb.
Qeyd olunub ki, uydurma iddiaların yer aldığı xəbərləri tirajlayanlar arasında sahibi “qarşı tərəf” anlayışını çoxdan unutmuş mini-oliqarx olan media qurumları da var.
“Sifarişlə hazırlanan və konkret mənbəyə istinad olunmayan materiallarda AY Partiya başqanının şərəf və ləyaqətinə, ictimai-siyasi nüfuzuna ziyan vurulur. Diqqətinizə çatdırırıq ki, indiyə qədər yayımlanan və bundan sonra yayımlanacaq qərəzli materiallarla bağlı hüquqi müstəvidə tədbirlər görüləcək”, - partiyadan bildirilib. |
||
|
||
AY, Partiya:, “Bəzi, media, orqanlarında, yayımlanan, qərəzli, materiallarla, bağlı, hüquqi, müstəvidə, tədbirlər, görüləcək”, |
|