The document has moved here.
|
||
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq” | ||
“Rusiya Ermənistandan da, Qarabağdan da getməli olacaq” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədli gündəmə dair fikirlərini bölüşüb, partiyanın gələcək planlarından danışıb.
"Xəbər365" AY Partiya Başqanının müsahibəsini təqdim edir:
Bunu ona görə söyləyirəm ki, qurulan yeni partiyalara qeyri-ciddi baxan insanlar ehtimal ki, həyatlarında heç vaxt heç nə qurmayıblar. Əks təqdirdə ən azından sərf olunan əməyin müqabilində partiya qurucularının işinə qiymət verər, hörmətlə yanaşarlar...
Partiya quruculuğu məhrumiyyətlərlə, fədakarlıqla, risklərlə əlaqədar məsələdir. Bəzən həyatının sonuna qədər ancaq mübarizə aparırsan və nəticəni əldə etmirsən. Nəticəni sonrakı nəsillər əldə edirlər.
O ki qaldı “özləri üçün” ifadəsinə, mən bununla razılaşa bilmərəm. Harda görmüsünüz ki, kimsə özü üçün partiyia qursun? Partiya quruculuğu məhrumiyyətlərlə, fədakarlıqla, risklərlə əlaqədar məsələdir. Həm bilik istəyir, həm enerji sərf etməyi, həm də cəsarətli olmağı. Bəzən də həyatının sonuna qədər ancaq mübarizə aparırsan və nəticəni əldə etmirsən. Nəticəni sonrakı nəsillər əldə edirlər. İnsan özü üçün biznes qursa, bundan daha çox şey əldə etmiş olmazmı? Belə olan halda, partiya qurmaq şəxsi ehtiyacları qarşılamaqdan ziyadə, cəmiyyətin, insanların problemlərinə çözüm axtarmaq, toplumun qurucu qüvvlərini təşkilatlandırmaq və sosial-siyasi problemləri həll etmək istəyindən irəli gəlir.
Çözüm yeni partiyalar, yeni siyasi hərəkatlar, ittifaqlar və yeni parlamentdir
Misal üçün, kimi danışdırsanız, gömrük rüsumlarından narazı olduqlarını deyərlər. Bu bir ya da iki adamın problemi deyil, cəmiyyətin problemidir. Bəs bunu necə həll edəcəyik? Sivil mübarizə yolunu seçmiş insanlar nə edə bilərlər? Ancaq parlamentdə bu məsələyə xalq ilə eyni bucaqdan baxan insanların – yəni millət vəkillərinin sayının çoxluğunu təmin etməklə həll edə bilərlər. Deməli, seçki vaxtı həm seçicilər, həm də siyasilər bu məsələdə ittifaqa getməlidirlər. Bəs o ittifaqın təməlində nə durmalıdır? Təbii ki, partiyalaşmaq, təşkilatlanmaq. Biz oturub seçkinin gəlişini gözləməməliyik. İndidən həm sıralarımızı, həm də prinsiplərimizi gücləndirməliyik ki, seçki günü eyni fikirdə olan yüzminlərlə insan doğru seçim etsinlər. Xalqın seçdiyi parlament əsla xalqın mənafeyinə zidd gömrük rüsumlarının və digər sahələrdəki qərarların qəbuluna imkan verməz. Yeni partiyaların qurulma zərurəti də bu təşkilatlanmanın Azərbaycanda istənilən səviyyədə olmamasıdır. Çözüm yeni partiyalardır, yeni siyasi hərəkatlardır, ittifaqlardır, yeni parlamentdir. Biz bu yeniliyin dalğasında qurulan partiyayıq. İnanıram ki, öz taleyinə biganə olmayan vətəndaşlarımız partiyamzı tanıdıqca onun üzvü olmağa çalışacaqlar. Hər halda, işimizin əsas mahiyyəti bu istiqamətdədir.
- Belə olan halda, deməli, siz həm quruluş olaraq, həm də iş üsulu olaraq yeniliyi təmsil edirsiniz. Amma Azərbaycanda bir çox problem köklüdür və köhnədir. Bu köhnəliyi hansı yeni üsullarla aradan götürməyə çalışacaqsınız?
Təklifimiz yoxdursa, tənqid də etmirik
Hərbi qulluqdan dövlət qulluğuna, seçki sistemindən iqtisadi təşviqlərə, yerli özünüidarəetmə sistemindən azad universitetlər formatına qədər Türkiyə ilə sinxronizasiya aparılmalıdır, deyirdik. Nə oldu, biz haqlı çıxdıqmı? Çıxdıq...
Biz ilk gündən deyirdik ki, Azərbaycanın xarici siyasətində əsas xətt avroatlantik inteqrasiya olmalıdır. Bu inteqrasiya isə mücərrəd şəkildə ünvansız formada yox, konkret bir ölkə ilə razılaşma və hər sahədə inteqrasiya ilə olmalıdır, yəni Türkiyə ilə. Hərbi qulluqdan dövlət qulluğuna, seçki sistemindən iqtisadi təşviqlərə, yerli özünüidarəetmə sistemindən azad universitetlər formatına qədər Türkiyə ilə sinxronizasiya aparılmalıdır, deyirdik. Nə oldu, biz haqlı çıxdıqmı? Bəli. 44 günlük müharibədə Türkiyənin hərb sənətində və elmində əldə etdiyi təcrübəni tətbiq edəndə necə zəfərlər qazana bildiyimizi gördükmü? Gördük. İndi düşünün, görün, başqa sahələrdə də onların təcrübəsini tətbiq eləsək, necə inkişaf edərik. Niyə etmirik? Çünki vacib vəzifələrdə bunu edəcək insanlar yoxdur, səlahiyyət sahibi deyillər. Bəs onları nəyə görə bu vəzifələrə təyin etmirlər? Çünki bizim ölkədə balans siyasəti var. Görürsünüzmü, xarici siyasətdəki yanlış yanaşma daxildə necə əks-səda doğurur? Ona görə də biz kompleks şəkildə baxırıq məsələlərə və təkliflərimizi də buna uyğun veririk. Fərqimiz, yeni yanaşma tərzimiz də budur. Tənqid etiyimiz bütün məsələlərə aid konkret təkliflərimiz var. Təklifimiz yoxdursa, tənqid də etmirik. Necə deyərlər, nəyisə bəyənmirsənsə, o zaman öz təklifini ver.
Məşhur bir aforizm var: gücdən haq doğular. Yəni, siz doğru da olsanız, gücünüz yoxdursa, haqqınızı da tanımayacaqlar. Və əksinə, doğru olmasanız belə, gücünüz varsa, haqqınızı alacaqsınız. İndi Qarabağ məsələsində biz yerdən göyə qədər doğruyuq. Qalır güclü olmaq. Rusiya sülhməramlıları ayrıca bir-iki minlik dəstə deyil, nəhəng rus ordusunun bir hissəsidir. Onlar regiona yerləşəndən bəri haqqı olmayan işlərlə məşquldular. Bu cəsarəti haradan alırlar? Biz onlara belə haqq verməmişik axı. Həmin o böyük ordunun parçası olduqları gerçəklilyindən alırlar bu haqqı. Çünki güclüdürlər. Deməli, biz də onların gücünə mütənasib güc qoymalıyıq ortaya. Bu isə Türkiyənin gücüdür. Ona görə də biz Azərbaycanda təcili şəkildə Türkiyənin quru, hava və dəniz bazaları açılmalıdır, deyəndə, bu günümüzü düşünüb deyirdik. Dövlət olaraq bunu eləsək, Rusiya sülhməramlıları da hədlərini aşmazlar və bizə daha böyük problemlər yaratmazlar.
Fransa anlayır ki, Ermənistana yardım etmək istəyirsə, onu Rusiyanın caynağından qutarmalıdır
AY Partiya olaraq, biz Azərbaycanımızın yolunun avroatlantik inteqrasiya olduğunu demişik və deyirik. Fransanın Türkiyəyə marağı, daha doğrusu ehtiyacı Britaniya Avropa Birliyindən ayrılandan sonra daha da artıb. Türkiyə rəhbərliyi də yenidən Avropa Birliyinə üzv olma yolunda görüşlərə açıq olduğunu bəyan edir. Görünən odur ki, Türkiyə Avropa Birlilyinə üzv olmadan nə Gürcüstan, nə Ermənistan, nə də Azərbaycan ora üzv ola biləcək, olsa belə, effektiv olmayacaq, çünki quru sərhədi olmadan bu üzvlük bir şey ifadə eləmir. Ona görə də, partiyamızın bu məsələdə mövqeyi addım-addım öz təsdiqini tapır. Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq. Başqa yolu yoxdur.
Bir başqa məsələ, deyək ki, soyadlarımızın sonluqlarıdır. Aydın məsələdir ki, bu sonluqlar çar-sovet dövrünün qalıntılarıdır. İndi 30 ildir, müstəqilik, ancaq hələ də bu məsələyə birdəfəlik həll yolu tapmamışıq. Dövlət, Milli Məclis bu haqda hər kəsin mükəlləfiyyətini müəyyənləşdirən qanun qəbul etməli və soyadların sonundakı –yevlər –ovlar silinməlidir. Rusiyanın xoşuna gəlməyəcək deyə, bunu niyə etməməliyik ki? Biz onun Quzey Qafqaz muxtariyyəti deyilik ki... Özümüz bilərik. Bizim yanaşmamız da budur. Biz bunları deyəndə elə təsəvvür yaranmasın ki, Rusiya ilə elmi, mədəni, ticari, insani münasibətlərin tərəfdarı deyilik. Qətiyyən belə deyil. Biz bütün qonşularımızla, o cümlədən Rusiya ilə də bərabərhüquqlu və qarşılıqlı ehtiram və etimada söykənən münasibətlərin tərəfdarıyıq. Yalnız bu, tək bizim istəyimizlə ola bilməz, qarşı tərəf də bu bilincdə olmalıdır. “Səni sevəcəyəm, sən məni sevməsən də” epoxası keçmişdə qaldı. Qısacası, Rusiya faktoru bizim daxili siyasət faktorumuz olmaqdan çıxarılmalıdır, ancaq xarici siyasət faktoru olaraq başa düşülməlidir.
Bu da bizim fərqimizdir. Lakin istənilən halda burada bir məsələ öz əksini tapmalıdır. Xalqın bütün potensialı səfərbər olunmalıdır. Lazımdırsa, könüllü tikinti briqadalarından tutun, məhəllə-məhəllə, kənd-kənd köçmək istəyənlərə meydan açıq tutulmalıdır. Xalqmızın potensialı deyəndə sadəcə Azərbaycanda və dünyada yaşayan vətəndaşlarımızı nəzərdə tutmuruq. Azərbaycan dillini danışan dünyadakı hər bir insan bu ərazilərdə nəsə eləmək istəsə, onun üzünə bütün qapılar açıq tutulmalıdır.
44 günlük müharibə dövründə Güney Azərbyacanda yaşayan soydaşlarımız bizə dəstək oldular
Qarabağda gedən 44 günlük müharibə dövründə bütün dünya gördü ki, Güney Azərbyacanda yaşayan soydaşlarımız sivil və qanuni metodlarla bizə dəstək oldular. Bəs buna cavab olaraq İranın rəsmi qurumları nə etdilər? İnsanları həbs etdilər, qazamata saldılar, təqib etdilər, şallaqladılar, əzab verdilər. O insanlar bizə görə, Qarabağa görə əziyyət çəkirlər. İndi biz onların bu fədakarlığını unuda bilərik mi? Xeyr, unuda bilmərik və unutmayacağıq. Hətta imkan düşən hər fürsətdə onların haqqını tələb edəcəyik. Necə ki, Qarabağın hüdudunu və hüququnu qoruyuruq, həmçinin Dərbəndin, Borçalının, Hələbin, Kərkükün, Təbrizin də hüququnu qorumalıyıq.
- Bu konteksdə daha çox ticari və biznes fəaliyyətini nəzərdə tuturam. Maliyyə adətən hara gedər? Qorunduğu yerə. Bu gün Azərbaycanda maliyyə qorunurmu? Xeyr. İnsanlar cəsarət edib buraya investisiya qoymurlar. Çünki ədalətli məhkəmə sistemi yoxdur. Vergilər necə, ədalətlidirmi? Yox, o da çox problemlidir və sahibkarlar birlmirlər dərdlərini kimə desinlər. Gömrük elə, rüsum siyasəti belə, yoxlamalar, əngəllər... Hansını deyəsən? Bir deyil, iki deyil. Bu mənada iqtisadi fəalliyyəti tənzimləyən bir çox qanun ləğv olunmalıdır. Dəyişməlidir, yeniləri qəbul edilməlidir. Bütün bu işləri kim görəcək? Təbii ki, ancaq yenilənmiş və xalqın səsi ilə seçilmiş Milli Məclis. Ona görə də, bizim cəmiyyət mütləqdir ki, hərb meydanında əldə etdiyi yeni sinerjini mülki həyatın bütün sahələrinə transformasiya etsin. O zaman Azərbaycanda qısa zaman dilimində qeyri-neft sektorunda bir sıçrayış, iqtisadi və ticari sahədə bir yüksəliş reallaşa bilər. Onda dövlətin də yükü azalar və vətəndaşlar özləri də bu prosesdə aktiv rol alarlar. Mən düşünürəm ki, Azərbaycanın yeni menecmentə ehtiyacı var. Kənd-kənd, şəhər-şəhər qlobal formada düşünə bilən, lokal formada işləyən bilən yönəticilərə ehtiyac var. Sosial liftimizi təmir etməyin vaxtı çatıb. Ən bacarıqlı və savadlılar, təcrübəli və cəsarətlilər artıq layiq olduqları vəzifələrə gəlməlidirlər. Müharibəni udan da bu keyfiyyətdə olan insanlarımız deyildimi? Əminəm ki, hərb meydanında bizə zəfər qazandırdıqları kimi, sülh dövründə də bizi yeni zirvələrə aparacaq olanlar həmin milli kadrlardır.
|
||
|
||
AY, Partiya, Başqanı:, “Avropa, Birliyi, və, NATO, Qafqaza, Türkiyənin, varlığı, ilə, daxil, olacaq”, |
|