The document has moved here.
|
||
AY Partiya Başqanı Şəkiyə səfər edib | ||
- Xəbəri | ||
![]() |
||
|
||
2021-ci ildə təşkilatlanma istiqamətində fəaliyyətini genişləndirməyi hədəfləyən Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli bölgələrə ilk səfərini Şəki şəhərinə edib.
"Xəbər365" bu barədə partiyanın rəsmi saytına istinadən xəbər verir.
Anar Əsədli burada AY Partiya Baş Məclisinin üzvü, partiyanın rayon təşkilatının qurucusu Vüqar Lətifli ilə görüşüb, onunla regional təşkilatların yaranmasına dair müzakirə aparıb.
AY Partiya Başqanı Şəkidəki Şəhidlər xiyabanını, I və II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.
Anar Əsədli səfər çərçivəsində Azərbaycanın böyük şairlərindən Bəxtiyar Vahabzadənin büstünü, alim, ziyalı, Xalq Hərəkatının önəmli simalarından olan və “Dədə Aydın” kimi tanınan Aydın Rzayevin məzarını da ziyarət edib. |
||
|
||
AY, Partiya, Başqanı, Şəkiyə, səfər, edib, |
|