The document has moved here.
|
||
AY Partiya başqanı Türk Dünyası Parlamentarilər Birliyinin Başqanı ilə görüşüb | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Ankarada səfərdə olan Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli Türk Dünyası Parlamentarilər Birliyinin Başqanı, Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü Nail Çələbi ilə görüşüblər.
"Xəbər365" xəbər verir ki, görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, müavini Elşad Abdullayev, məsləhətçisi Rza Heyət və incəsənət xadimi, rəssam Mustafa Göral iştirak ediblər.
Görüş sırasında Türk dövlətlərində parlamentlərin siyasi həyatdakı rolu və əhəmiyyəti, parlamentlər arasında dostluq qruplarının işinin vacibliyi, parlamentlərimizdə təmsil olunan və olunmayan siyasi partiyalarımız arasında əməkdaşlığın yeni mərhələsi və gücləndirilməsinin yolları haqqında fikir mübadiləsi aparılıb.
Tərəflər AY Partiya ilə Birlik arasında davamlı əməkdaşlığa dair razılığa gəliblər. |
||
|
||
AY, Partiya, başqanı, Türk, Dünyası, Parlamentarilər, Birliyinin, Başqanı, ilə, görüşüb, , |
|