The document has moved here.
|
||
AY Partiya Başqanından Ramazan bayramı təbriki | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Əziz Azərbaycan xalqı!
Sizi, müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram.
Xalqımız artıq iki ildir, Ramazan bayramını torpaqlarınının böyük hissəsini işğaldan azad edilmiş şəkildə qeyd edir. Bu zəfəri bizə bəxş edən Azərbaycanın qəhrəman ordusunu, şəhidlərimizi, qazilərimizi, bütün hərbçilərimizi daim hörmətlə xatırlayır, onlar üçün dua edirik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm.
İnanırıq ki, məhz qəhrəman ordumuzun sayəsində Azərbaycan Respublikasının suveren ərazilərinin hər yerində üçrəngli müqəddəs bayrağımız dalğalanacaq, azad edilmiş digər torpaqlarımızda olduğu kimi, Xankəndi, Xocalı, Xocavənddəki məscidlərdən də əzan səsi yüksələcək.
Əziz həmvətənlərim!
Sizi bir daha səmimi qəlbdən təbrik edir, Ramazan bayramının ölkəmizə, Türk Dünyasına, bütövlükdə dünyamıza əmin-amanlıq, barış gətirməsini arzulayıram.
Allah orucunuzu qəbul etsin, bayramınız qutlu olsun!
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
1 may 2022 |
||
|
||
AY, Partiya, Başqanından, Ramazan, bayramı, təbriki, |
|