The document has moved here.
|
||
AY Partiya Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Yüksəliş Partiyası Təşəbbüs Qrupu 25 Noyabr – Kəlbəcər rayonunun erməni işğalından azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.
"Xəbər365"in məlumatına görə, təbrikdə deyilir:
"Bu gün - 25 Noyabr 2020-ci il tarixində Şanlı Azərbaycan Ordusu 28 il davam edən işğala son qoyaraq, Azərbaycanın ən böyük rayonlarından olan, zəngin maddi-mənəvi sərvətlərə sahib Kəlbəcər rayonunu azad etmişdir.
Əziz millətimizin gözü aydın olsun!
Bu tarixi günlərdə torpaqlarımızın hər qarışı üçün canından keçən şəhidlərimizə Tanrıdan rəhmət, doğmalarına səbir, yaralılarımıza şəfa diləyirik, onların qarşısında baş əyirik.
Torpaqlarımızın bütövlüyü işində xalqımıza və ordumuza uğur diləyir, Azərbaycan xalqını yeni zəfərləri münasibəti ilə təbrik edirik!
Qələbələrin mübarək, Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!" |
||
|
||
AY, Partiya, Kəlbəcərin, işğaldan, , azad, olunması, münasibətilə, Azərbaycan, xalqını, təbrik, edib, |
|