The document has moved here.
|
||
AY Partiya rəhbərliyi niderlandlı tədqiqatçı ilə görüşüb | ||
İŞ DÜNYASI Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Yüksəliş Partiyasının rəhbərliyi bu gün ölkəmizdə səfərdə olan niderlandlı tədqiqatçı, Azərbaycansevər Henri Van Rens ilə təkrar bir araya gəlib.
Çay süfrəsi arxasında səmimi şəraitdə keçən görüşdə partiya Başqanı Anar Əsədli, Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Aynur Qəzənfərqızı, Rəşad Bakuvi, Gülşən Hacıyeva iştirak ediblər. Görüşdə Azərbaycan və Niderland arasındakı münasibətlərin perspektivi, AY Partiya və Niderlandın siyasi partiyaları arasında əlaqələrin qurulması, bölgədə və dünyada gedən proseslər barədə danışılıb.
Henri Van Rens AY Partiya Başqanı və təmsilçiləri ilə tanışlıqdan məmnun olduğunu dilə gətirib, partiya rəhbərliyi ilə mütəmadi əlaqə saxlayacağını vurğulayıb. O, AY Partiyanı Niderlanda dəvət edib.
|
||
|
||
AY, Partiya, rəhbərliyi, niderlandlı, tədqiqatçı, ilə, görüşüb, |
|