The document has moved here.
|
||
AY Partiya üzvləri şəhid və qazi ailələrini ziyarət edib | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Yüksəliş Partiyasının üzvləri şəhid və qazi ailələrini ziyarət edib."Xəbər365"in məlumatına görə, Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, müavini Ehtiram İlham, Baş Məclisin üzvləri Xatirə Cəfərova, Məhyəddin Yusifov və Ruhəngiz Cəfər şəhid və qazi ailələrinə baş çəkiblər.AY Partiya təmsilçiləri Hadrut uğrunda döyüşlərdə şəhid olmuş “Xocavəndin azad olunması”, “Vətən uğrunda” medalları ilə təltif edilmiş Əlizamin Mustafalı, Tərtərdə şəhid olmuş, “Vətən uğrunda” “Suqovuşanın azad olunması”, “Laçının azad olunması” medalları ilə təltif edilmiş Ruslan Məmmədov, Ağcabədidə şəhid olmuş, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Elnur Allahverdizadə, Füzulidə şəhid olmuş, “Vətən uğrunda” medalı ilə təltif edilmiş Sənan Abdullayev, Xocavənddə şəhid olmuş, “Vətən uğrunda, “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmiş Asiman Əliyev, qazilərimiz Anar Hüseynzadə, Polad Mədəni və Eyyub Nağıyevin ailələrini ziyarət edərək, onları bayram münasibətilə təbrik ediblər.
|
||
|
||
AY, Partiya, üzvləri, şəhid, və, qazi, ailələrini, ziyarət, edib, |
|