The document has moved here.
|
||
AY Partiyadan Fransa Senatının qərarına etiraz | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Yüksəliş Partiyası Fransa Senatının qondarma rejimin tanınması barədə qətnaməsinə etiraz bəyanatı qəbul edib.
“Xəbər365”in məlumatına görə, bəyanatda deyilir:
“Dünyanın bütün ölkələri, o cümlədən Fransa Respublikası tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilən Dağlıq Qarabağ ərazisi ətrafında nail olunan razılaşma və həssas sülhyaratma prosesi yenidən təhlükə ilə üz-üzədir. Regionda uzunmüddətli ədalətli sülhün yaranmasını istəməyən qüvvələr hər vasitə ilə vəziyyəti gərginləşdirmək və yenidən müharibənin başlamasına nail olmaq istəyirlər. Belə qüvvələrdən biri Fransa Respublikasıdır.
Fransa Senatının 25 noyabr 2020-ci il tarixli iclasında qəbul edilən Fransa hökumətinə tövsiyə xarakterli “Dağlıq Qarabağın müstəqilliyini tanıma” sənədi Qafqaz regionunda onsuz da çətin və mürəkkəb olan hərbi-siyasi vəziyyəti bir az da gərginləşdirir, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının iflasına xidmət edir.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar aparılan müzakirələrdə və görüşlərdə Fransa özünün şansını tərəfsizliyini pozaraq itirdiyinin fərqindədir. Bu şansı yenidən əldə etmək üçün münaqişənin Azərbaycanın torpaq bütünlüyü çərçivəsində ədalətli həllinə uyğun mövqe tutmaq yerinə, Fransa senatorları region ölkələrindən fərqli olaraq, müharibə ocağını yenidən alovlandırmaq yolunu tutmaqdadır. Fransa hökumətinin daha realist mövqeyi, yəni Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının nə Ermənistan ilə Fransa xalqlarına, nə də Dağlıq Qarabağ əhalisinə fayda verməyəcəyinə dair mövqeyi senat üzvlərini ayıldacaqmı, bilmirik. Ancaq, Azərbaycanın Fransaya qarşı adekvat siyasi-iqtisadi əks-tədbirlərinin bu ölkəyə dərs olacağına əminik.
AYP olaraq Fransa senatının qəbul etdiyi sənədin həm region xalqlarının mənafeyinə, zidd olduğunu nəzərə alaraq təklif edirik:
1 – Fransanın Bakıdakı səfiri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılsın və nota təqdim edilsin; 2 – Fransada yaşayan soydaşlarımızın təşkilatçılığı ilə Azərbaycanın dostu fransızlarla birgə mitinq təşkil olunsun və senata etiraz bildirilsin; 3 – Fransa senatından Azərbaycanı qaneedici qərar gəlməyənə qədər Fransanın bütün şirkətlərinin yeni layihələrdə fəaliyyətinə moratorium gətirilsin, Fransa ilə bütün iqtisadi əlaqələrə yenidən baxılsın; 4 – Fransa senatının və rəsmilərinin ədalətli mövqe tutmayacaqları təqdirdə Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədrliyinin ləğvi üçün tədbirlərin görülməsinə başlanılsın. 5 – Fransa hökuməti Senatın tövsiyəsinə əməl edəcəyi təqdirdə Fransa ilə bütün əlaqələr (diplomatik, iqtisadi, siyasi, mədəni, elmi və sair) kəsilsin və Fransa torpaq bütünlüyümüzə təhlükə yaradan düşmən ölkə elan olunsun. 6 – Fransa hökuməti Dağlıq Qarabağın qondarma müstəqilliyini tanıyarsa Laçın koridorunun tamamilə bağlanılmasına, Dağlıq Qarabağın erməni icmasının həyati ehtiyaclarının ancaq Azərbaycan tərəfindən sülhməramlıların iştirakı ilə təmin edilməsinin və həmin ərazinin Azərbaycanın bütün infrastrukturuna inteqrasiyasının sürətləndirilməsinin təmini üçün Rusiya rəhbərliyi ilə danışıqlar başlanılmalıdır. Azərbaycanın ərazi bütövlüyünə qarşı uzanan əllər kəsilməli, atlan addımlar və əməllər durdurulmalıdır”.
Azərbaycan Yüksəliş Partiyasının Təşəbbüs Qrupu üzvləri
Bakı 26.11.2020 |
||
|
||
AY, Partiyadan, Fransa, Senatının, qərarına, etiraz, |
|