The document has moved here.
|
||
AY Partiyanın başqanı Cavad Zərifə cavab verdi | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
"Bir neçə saat öncə İranın xarici işlər naziri Cavad Zərifin paylaşımı ilə bağlı status yazdım. Paylaşımın tərcüməsin bizim media qurumları yaymışdı, mətn demək olar ki, eyni idi".
Bunu Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli özünün Facebook səhifəsində yazıb.
"Paylaşımdan dərhal sonra Ankarada yaşayan güneyli soydaşımız Mehsa Mehdili xanım zəng edərək, Zərifin twitter paylaşımının tam tərcüməsinin Azərbaycan mətbuatında təqdim edildiyi kimi olmadığını, təhrifə yol verildiyini dedi. Farsca təmiz bilən Məhsa xanımın sözlərinə görə, Zərif əslində fərqli şeylər deyibmiş. "Ərdoğana deməmişdilərmi Bakıda yanlış oxuduğu şeir Arazın quzey bölgəsinin ana vətənləri İrandan zorla ayrılığını izah edən bir şeirdir? O, başa düşmədimi Azərbaycan Cumhuriyətinin suverenliyinə qarşı danışdığını? Kimsə bizim əziz Azərbaycanımız haqqında danışa bilməz" - Cavadın sərsəmləməsinin tam tərcüməsi belədir. Zərifin kimliyini və mövqeyini bildiyimizdən onun rahatsızlığını hardasa normal qarşılamaq olar. Azərbaycan mətbuatının bu fikirləri təhrif etməsini necə başa düşək? Təxminən bir ildir, yazıram ki, Quzey Güneyə hazır olmalıdır, bunun üçün araşdırma mərkəzləri, siyasətçilər, tədqiqatçılar bir araya gəlməli, bir institut yaradılmalıdır. Orada fars dilini bilən ciddi mütəxəssislər olmalıdır. Təəssüf ki, hələlik nəticə yoxdur. Amma olacaq. Bax, belə bir institut olsaydı, indi heç kim yanlış mətnin təsirində fikir bildirməzdi. Dünən Ərdoğanın məlum çıxışından bir neçə saat öncədə yazmışdım ki, iki strateji məsələmizdən biri Quzeyin Güneyə hazırlığıdır. Və buradan güneyli qardaşlarıma, bacılarıma səslənirəm - biz bir-birimizlə istişarə edərək bir yol ala bilərik. O üzdən tezliklə belə mərkəzi yaradaq.
O ki qaldı Zərifin dediklərinə, Azərbaycanın paytaxtında keçirilən Qələbə paradında Türkiyə Respublikası Prezidentinin oxuduğu şeiri yanlış yorumlayan İİR-nın xarici işlər nazirinin ədəbiyyat tənqidçiliyi bizdə təbəssüm yaratmaya bilməzdi. Janrın məğzini və ifadələrin dramatikliyini tərsindən anlayan nazir Zərif xalq ədəbiyyatı ilə desək, arxadan daş atmaqla məşğuldur. Belə atılan daşların aqibəti ancaq topuğa dəymək olar. O da əgər atanın sərrastlığı yüksək səviyyədədirsə... Bu diplomatik cavabı...
Tarixi dərs almaq istəyirsə, ordan da bir neçə kəlimə deyək... Azərbaycan parçalananda İran projesi hələ heç çizilməmişdi. Asiyanın cahangir ölkəsi var idi o zamanlar Qacar İmperiyası. Parçalanan bir ana vətən varsa, o da Türk İmperiyası olan Qacarlar Dövlətidir.
Harada görünüb ki Aran İranın balası, İran Aranın anası sayılsın. Tarixdən də məlumdur ki, Aran Yaxın Şərqdə çağ açıb, çağ qapadanda, nə İran var idi, nə də aryanlar" - Anar Əsədli bildirib. |
||
|
||
AY, Partiyanın, başqanı, Cavad, Zərifə, cavab, verdi, |
|