The document has moved here.
|
||
AY Partiyanın Pakistan dövlətinə təşəkkür mesajı | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Yüksəliş Partiyası Pakistan xalqına və dövlətinə təşəkkür mesajı verib.
"Xəbər365"in məlumatına görə, təşəkkür mətnində deyilir:
"Azərbaycanın hər zaman yanında yer alan, müstəqilliyini ilk tanıyanlardan olan, daima haqq işimizə dəstək verən Pakistan İslam Respublikası bu gün də dostluq və qardaşlıq ruhuna uyğun olaraq xalqımıza yardım kampaniyalarını davam etdirir.
Bunun ən gözəl nümunəsi Pakistan hökumətinin Azərbaycana işğaldan azad edilmiş ərazilərdə işləyən hərbçilər və digər insanlar üçün nəzərdə tutulmuş humanitar yardımın göndərməsidir. Pakistanın atdığı bu addım ölkələrimiz arasında qardaşlığı, dostluğu, əməkdaşlığı daha da gücləndirəcək, möhkəmlədəcək.
Azərbaycana olan sevgisinin və sayğısının ifadəsi olan bu dəstəyə, həmçinin uzun illər boyunca ölkəmizin haqqını və hüququnu bütün beynəlxalq platformalarda müdafiə etdiyinə görə AY Partiyası rəhbərliyi bütün üzvlərimiz adından qardaş və dost Pakistan xalqına və dövlətinə dərin təşəkkürünü bildirir və inanır ki, ölkələrimiz arasında əməkdaşlıq bundan sonra da bütün sahələr üzrə, xüsusi ilə azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı artacaq, birlikdə yeni sahələrdə uğur qazanacağıq.
Yaşasın Azərbaycan-Pakistan qardaşlığı və dostluğu!"
|
||
|
||
AY, Partiyanın, Pakistan, dövlətinə, təşəkkür, mesajı, |
|