The document has moved here.
|
||
AY Partiyası Əli Bəy Hüseynzadənin anım günü ilə bağlı mesaj verib | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Yüksəliş Partiyası böyük türkçü Əli bəy Hüseynzadənin anım günü ilə əlaqədar mesaj verib.
"Xəbər365"in verdiyi xəbərə görə, mesajda deyilir:
"Bu gün Türk ictimai fikir tarixinin ən görkəmli nümayəndələrindən biri, böyük şəxsiyyət Əli bəy Hüseynzadənin anım günüdür. Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda anadan olub. 1875-1885-ci illərdə Tiflisdəki gimnaziyada təhsil aldığı illərdə türk, fars, ərəb, alman və rus dillərini öyrəni. Gənc Əli bəy Hüseynzadə, babası Şeyx Əhməd ilə onun dostu, Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin (1812-1878) söhbətlərindən faydalanır. Həmin dövrdən etibarən Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri ilə onda türkçülük düşüncəsi formalaşır. 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olur, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə İstanbula gedərək, əsgəri-tibbiyyə təhsili alır, yüzbaşı hərbi rütbəsinə yiyələnir. 1897-ci ildə Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir, üç il geri qayıdaraq İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur. Türkiyədəki təqiblərdən sonra Bakıda yaşayan Əli bəy türkçülük məfkurəsi uğrunda böyük mücadiləyə başlayır. "Kaspi", "Həyat" qəzetləri ilə əməkdaşlıq etdiyi dövrlərdə qələmə aldığı məqalələrdə türkçülüyün ideoloji əsaslarını hazırlayır. "Türkləşmək, müasirləşmək, islamlaşmaq" kimi böyük milli düşüncə kodeksinin formulu da Əli bəy Hüseynzadə tərəfindən məhz həmin dövrdə qələmə alınır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması prosesində fəallıq göstərən Əli bəy Hüseynzadə, həmin ilin iyun ayının 4-də keçirilən tarixi Batumi konfransının sənədlərinin hazırlanmasında iştirak edir. AXC-nin qəbul etdiyi müqəddəs üçrəngli bayrağın ideya müəllifi kimi böyük tarixi missiyanın daşıyıcısı da Əli bəy Hüseynzadə olur. AXC-nin süqutundan sonra Türkiyəyə dönən Əli bəy, nəhəng düşüncə adamı, fəal ictimai xadim və qüdrətli yaradıcı insan olaraq böyük işlər görür. Alım, rəssam, şair, tədqiqatçı, tərcüməçi, jurnalist, həkim, müəllim kimi fəaliyyət göstərir və bu sahələrin hər birində tarixi işlərə imza atır. Əli bəy Hüseynzadə 1940-cı il martın 17-də də İstanbulda vəfat edir. Azərbaycan Yüksəliş Partiyası dahi Əli bəy Hüseynzadəni sayğı və sevgi ilə yad edir. Ruhu şad olsun!" |
||
|
||
AY, Partiyası, Əli, Bəy, Hüseynzadənin, anım, günü, ilə, bağlı, mesaj, verib, |
|