The document has moved here.
|
||
AYP atəşkəs razılaşması ilə bağlı bəyanat yayıb | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Yüksəliş Partiyası Təşəbbüs Qrupu 10.11.2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistan dövlət və hökumət başçıları tərəfindən imzalanan atəşkəs bəyanatı ilə bağlı bəyanat yayıb.
“Xəbər365”in məlumatına görə bəyanatda deyilir:
“1. Azərbaycan Yüksəliş Partiyası olaraq Azərbaycanın Ali Baş Komandanının və Müzəffər Ordumuzun 27.10.2020 - 10.11.2020-ci il tarixlərində qazandığı çox böyük uğurları təqdir edir və onları alqışlayırıq.
2. Mübarizəmiz artıq yeni müstəviyə və mərhələyə qədəm qoyub. Hərbi sahədə qazandığımız uğurlarımız bizi nə qədər sevindirdisə də, sülhməramlı adı altında Rusiya hərbi birləşmələrinin Qarabağda yerləşdirilməsi bir o qədər narahatlıq doğurur. Rusiya Federasiyasının işğalçı Ermənistanla hərbi müttəfiq olması onun nizamlama prosesində tərəfsiz mövqe tutmasına imkan vermir. Aydındır ki, iki ölkə arasındakı hərbi ittifaq RF üzərinə bəlli öhdəliklər qoyur. Sülhməramlı missiyanı həyata keçirdiyi zaman Rusiyanın bu öhdəlikləri həyata keçirməyəcəyi böyük sual altındadır. Dəfələrlə xalqımıza qarşı işğalçı mövqedən çıxış edən, savaş zamanı ictimai institutlarında ölkəmizə qarşı qərəzi nümayiş olunan və ən əsası Azərbaycan Prezidentinin və digər rəsmilərinin də dəfələrlə vurğuladığı kimi Ermənistanı silahlandıran ölkənin silahlı qüvvələrinin sərhədlərimiz daxilində yerləşməsini təhlükə hesab edirik. Bu, təhlükəsizlik konsepsiyamıza ziddir.
3. Narahatlığın bir səbəbi də sülhməramlı rus qoşunlarının yerləşdirilməsi prosesinin çox tez bir zamanda, parlamentdə təsdiqini tapmamış gerçəkləşməsidir və cəmiyyətimizin bu barədə məlumat yetərsizliyidir.
4. Ərazilərimizin böyük bir hissəsinin azad olunması, Laçın, Kəlbəcər, Ağdam rayonlarının cədvələ uyğun boşaldılmasını, Naxçıvana quru yolun açılmasını təqdir edirik, lakin Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Əsgəran kimi qədim Azərbaycan torpaqlarının və dövlətimizin ayrılmaz parçası olan şəhərlərin taleyi naməlumdur. Orada azərbaycanlılarla bərabər yaşamalı olan ermənilərin hansı dövlətin vətəndaşı hesab olunacaqları ilə bağlı məlumat verilmir.
5. Dağlıq Qarabağa hər hansı statusun verilməməsini ciddi siyasi uğur hesab etsək də, uzun illər terrorist fəaliyyət göstərən və haqlarında Azərbaycan Respublikasının Baş Prokurorluğunun cinayət işi başladığı qondarma respublikanın rəhbərliyinin taleyi və məhkəməyə cəlb olunması açıq qalmış məsələdir.
6. Savaşda əldə olunan uğuru masada da təmin etmək üçün Azərbaycanın Türkiyə ilə hərbi-siyasi əməkdaşlığının daha da dərinləşidirilməsini və müzakirələrdə Türkiyə dövlətinin yer almasını zəruri hesab edirik. Əminik ki, bölgədə uzunmüddətli sülhün təminatı üçün güvənə biləcəyimiz ölkə Türkiyə Cümhuriyyətidir. Bu səbəbdən Türkiyə sülhməramlılarının bölgəyə cəlb olunmasını vacib hesab edirik.
7. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinin əleyhinə ola biləcək istənilən təhdidin və təhlükənin qarşısında duracağımızı və partiya olaraq Azərbaycan dövlətinin yanında yer alacağımızı bir daha bəyan edirik”. |
||
|
||
AYP, atəşkəs, razılaşması, ilə, bağlı, bəyanat, yayıb, |
|