The document has moved here.
|
||
AYP Azərbaycan xalqını təbrik edib | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Yüksəliş Partiyası Təşəbbüs Qrupunun 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
“Xəbər365”in məlumatına görə, təbrikdə deyilir: “Əziz həmvətənlilərimiz,
9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Bu gün xalq olaraq, Bayrağımızı məşəqqətli dövrlərdə yoxdan yaradan qurucu atalarımızın xatirəsini ehtiramla yad edirik. İldən ilə anlayırıq ki, onlar necə imkansız görünən bir iş görüblər və bizə hansı miqyasda bir miras qoyublar.
Hazırda millətimiz qurucu atalarımızın ruhu qarşısında müvəffəqiyyətlə imtahan verir. O imtahanın adı Qarabağın azad olunmasıdır. O dahi ataların mərd övladları və nəvələri azad etdikləri Azərbaycan torpaqlarında ilk iş olaraq, üç rəngli Bayrağımızı qaldırır və dalğalandırır. Bu deməkdir ki, Bayrağımız əmin əllərdədir.
Minlərlə canın uğrunda qurban olduğu bu Bayraq milli şərəfimizin və namusumuzun rəmzidir. Onu uca tutmaq hər birimizin ümdə vəzifəsidir.
Belə bir yüksək şüur və ruh yüksəkliyi ilə Bayrağımızın əsir ellərimizdə dalğalandırılması hamımızın arzusudur. Bu arzu bizi birləşdirməli, aktivləşdirməli və irəli aparmalıdır.
Bu yolda hər birinizə uğurlar diləyir, xalqımızı 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edirik.
Bayrağımız ucalarda dalğalansın!
Yaşasın Azərbaycan!”
|
||
|
||
AYP, Azərbaycan, xalqını, təbrik, edib, |
|