The document has moved here.
|
||
AYP Prezident və Birinci Vitse-prezidentə müraciət etdi | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
“Gəncədə terror törədilən ərazidə xatirə kompleksi yaradılsın” Azərbaycan Yüksəliş Partiyası (AYP) Gəncədə düşmənin raket hücumuna məruz qalmış yaşayış binalarının bir hissəsində xatirə kompleksi yaradılması üçün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib. “Xəbər365”in məlumatına görə, Təşəbbüs Qrupunun üzvü Anar Əsədlinin adından edilən müraciətdə bildirilib ki, Azərbaycanın haqq savaşında cəbhədə əldə olunan uğurlarımızla tezliklə işğal olunmuş bütün torpaqlarımıza dönəcəyimizə əminliyimiz daha da möhkəmlənir. “Hər bir millətin tarixi yaddaşı onun tarixi şüurunu müəyyənləşdirir. Bu mənada, hazırda gedən proseslərin tarixi əhəmiyyəti yüz illərlə unudulmayacaq. Biz xalq olaraq tariximizin qürurverici hadisələri ilə yanaşı, həm də ağrılı-acılı məqamlarının xatirəsini yaşadan və unutmayan xalqıq. Belə hadisələrdən biri Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə oktyabrın 11-də xalqımıza qarşı törədilən növbəti qanlı terror və hərbi cinayət aktıdır. Azərbaycanın cəbhə zonasından xeyli məsafədə yerləşən ikinci böyük şəhəri, 500 mindən çox əhalisi olan qədim Gəncənin düşmən tərəfindən raket atəşinə məruz qalması nəticəsində 5-i qadın olmaqla 10 mülki şəxs həlak olub, aralarında uşaqların da olduğu 40-dək şəxs yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Bir çox ölkənin şəhərlərində, xüsusi ilə İkinci Dünya Müharibəsi dövründən qalan dağıntılar, hərbi düşərgələr, zərər görmüş binalar olduğu kimi qorunur. Onları qorumaqda məqsəd müasir nəsillərə həmin müharibənin qanlı-qadalı anlarını hiss etdirmək, unutdurmamaqdır. Çox vaxt belə məkanlar turistlərə və hətta rəsmilərə göstərilir və tanıtdırılır. Biz hesab edirik ki, bəşəriyyətə qarşı cinayət mahiyyətində olan Gəncənin raket atəşinə məruz qalması hadisəsinin unudulmaması, həlak olan vətəndaşlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün raket hücumuna məruz qalan binanın dağıntılarının bir hissəsində xatirə-yaddaş monumentinin və kompleksinin yaradılması tarixi yaddaş baxımından çox vacibdir. İllər keçəcək, amma Gəncə sakinləri ilə yanaşı, bütün Azərbaycan vətəndaşları, Gəncə şəhərinin yerli və xarici qonaqları bu kompleksi ziyarət edərək, hər il bu hadisənin ildönümündə əklillər və gül dəstələri qoyacaqlar. Bu hadisəni biz unutmayacağımız kimi, dünyaya da unutdurmayacağıq. Bu məsələ ilə əlaqədar fikrinizi bildirməyinizi, uyğun gördüyünüz halda bizim təklifimizə dəstək olmağınızı və bununla əlaqədar aidiyyəti üzrə əlaqədar qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirik”, - deyə müraciətdə qeyd edilib. |
||
|
||
, AYP, Prezident, və, Birinci, Vitse-prezidentə, müraciət, etdi, |
|