301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
16 Fevral 2017 - Cümə axşamı 19:04 2671 nəfər oxuyub
 
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Adətən dünyada prezidentlərin “yüz günlüyü”nü müzakirə edirlər. İlk yüz günlük başa çatandan sonra araşdırmalar, təhlillər və qiymətləndirmələr başlayır.
BAXIŞ Xəbəri
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL

 

 

Adətən dünyada prezidentlərin “yüz günlüyü”nü müzakirə edirlər. İlk yüz günlük başa çatandan sonra araşdırmalar, təhlillər və qiymətləndirmələr başlayır. Amma nə qədər qəribə olsa da, prezident D.Trampa münasibətdə bu ənənə bir az pozulub. Adi insanlar, təhlilçilər və siyasətçilər hətta onun hakimiyyətinin ilk on, iyirmi gününü müzakirə etməyə və nəsə bir nəticə hasil etməyə çalışırlar.

 

Bu da təsadüfi deyil. Bir tərəfdən siyasətə başqa bir partiyanın adamı gəlib və insanlar H.Klintonun seçiləcəyi təqdirdə müəyyən qədər əvvəlki hökumətin siyasətinin davam edəcəyini düşünürdülərsə, D.Trampın timsalında növbəti respublikaçının nələr edəcəyini təxmin etməyə cəhd edirlər.

 

Digər tərəfdən, D.Tramp ənənəvi siyasətçilər düşərgəsinə aid deyil. Təbii, bu amil də onun idarəçiliyinə marağı azacıq artırır. Amma bütün sadalanan detallardan da ciddi bir səbəb var – yeni ABŞ prezidenti o qədər qeyri-adi və qeyri-standart bəyanatlar verir ki, hətta siyasətdən uzaq adamları da maraq bürüyür, onlar da diqqət kəsilməyə başlayırlar...

 

Detallar isə olduqca çoxdur. Təkcə prezidentlə məhkəmələr arasında problemə çevrilmiş miqrantlarla bağlı məsələni günlərlə müzakirə etmək olardı və yaxud da Rusiya ilə bağlı, NATO haqda deyilən fikirlərin üstündə saatlarla baş sındırmaq mümkündür...

 

Amma bizi burada başqa məsələ maraqlandırır. Bu da D.Trampın BMT haqda dedikləridir. Artıq bir müddətdir, xəbərlər də yayılıb ki, guya ABŞ həmin təşkilata yönəlik maliyyəsini 40 faiz azaltmaq əzmindədir. Fəqət, buna qədər də, hələ seçki debatları zamanı da Tramp BMT haqqında çox tənqidi fikirlər demişdi.

 

Bunlar isə düşündürməyə bilməz, çünki BMT dünyanın ötən XX əsrdə formalaşdırdığı ən əsas beynəlxalq institutlardan biridir.

 

TRAMP HEÇ DƏ BİRİNCİ DEYİL, AMMA...

 

 

D.Trampı ağılsız hesab etmək üçün heç bir əsasımız yoxdur. Təbii ki, o ağılsız olsaydı, milyonlarla amerikalının səsini qazanmazdı və yaxud da ki, milyarder olmazdı.

 

Üstəlik, BMT ilə bağlı tənqidlər də heç də birinci dəfə deyil ki, səslənir. Müxtəlif vaxtlarda dünyanın sanballı politoloqları, siyasət və dövlət xadimləri bu təşkilat haqqında olduqca tənqidi fikirlər deyiblər və onun effektsizliyindən, dövrün tələblərinə cavab verməməsindən giley-güzar ediblər.

 

Elə özümüzü – Azərbaycanı götürək. On illərdir təşkilat işğal olunmuş ərazilərlə bağlı dörd qətnamə qəbul edib. Amma BMT funksionerləri bu günə qədər nəinki onların icrası ilə maraqlanmır, hətta özlərinin çıxış və bəyanatlarında belə onlara istinad belə etmirlər.

 

Amma ki, D.Tramp təşkilatı və onun perspektivini təftiş etməyə başlayanda hamı çox diqqət kəsildi. Səbəbi də budur ki, bunları ABŞ prezidenti deyirdi və bütün deyilənlərin arxasında ciddi siyasi qərarlar dayana bilərdi...

 

ABŞ DA PULLARINI SAYMAĞA BAŞLAYIB...

 

 

 

 

Trampın bir arqumentini – maliyyə məsələlərilə bağlı dediyini nəinki BMT, eləcə də NATO ilə bağlı da qəbul etmək olar. Bu təşkilatların əsas maliyyə yükünü ABŞ çəkir, digərləri isə ondan faydlanırlar. Amma belə bir vəziyyət əbədi olaraq davam etməlidirmi?

 

Nəzərə alanda ki, dünyanın bir çox ölkələrilə ABŞ arasındakı iqtisadi fərqlər son dövrlərdə xeyli azalıb, indi mövcud olan münasibəti təbii ki, ədalətsiz saymaq lazımdır.

 

Hamı, necə deyərlər, əlini cibinə salmalı, imkan daxilində beynəlxalq institutları maliyyələşdirmək üçün nəzərdə tutduqları xərclərini bir az artırmalıdır.

 

Deyək ki, artıq işlər buna doğru getməkdədir. Avropa ölkələri belə bəyanatlar verirlər ki, özlərinin NATO qarşısındakı maliyyə öhdəliklərini də artırmağa hazırdırlar. Görünür, bunu BMT ilə bağlı da etmək lazım gələcək...

 

İKİNCİ DÜNYA MÜHARİBƏSİNİN REALLIQLARI...

 

 

Bu konteksdə Trampla razılaşmamaq mümkün deyil. Amma ABŞ prezidentinin iradları təkcə maliyyə ilə bağlı deyil. O, BMT-nin effektsiz  təşkilat olduğundan gileylənir. Di gəl, bunun yozumunda bir qədər qeyri-səmimi davranır. Söhbət nədən gedir?

 

Əvvəldə dedik ki, dünyanın bir nömrəli təşkilatı ilə bağlı iradlar çoxçeşidlidir. Kimi onu münaqişələrin həll olunmamasına, kimi dövlətlər və millətlər arasında daha çevik arbitr ola bilməməsinə, başqa birisi də təşkilatın suverenlik prinsipinə daha çox diqqət yetirərək cəmiyyətlərin və fərdlərin hüquqlarına biganə qalmasına görə qınayır...

 

Amma sadalananların hamısı olmasa da, böyük bir qismi bir amillə bağlıdır – BMT operativliyini itirib. Elə D.Tramp da bunu deyir. Fəqət, bunun səbəbi nədir?

 

Bizə elə gəlir ki, BMT-nin əsas problemi beş daimi üzvün “əsarət”ində olmasıdır. Daimi üzvlərin veto hüququ təşkilatın operativ və real qərar qəbul etməsinə mane olur.

 

BMT 20-ci əsrdə yaranmışdı və əsrin reallıqları ona da özünün möhrünü vurmuşdu. “Reallıq” deyəndə də daha çox İkinci Dünya müharibəsinin nəticələri nəzərdə tutulur. Amma bu məsələ də əbədi olaraq bu cür qala bilməz və dünya da əbədi olaraq “qalib”lərə və “məğlub”lara bölünərək qalmamalıdır. Ona görə də daha düzgünü bu olardı ki, üzv dövlətlərin daimi və qeyri–daimi üzvlərə bölünməsi praktikasına son qoyulsun.

 

Digərləri başqa təkliflər edir. Məsələn, deyirlər ki, daimi üzvlərin sayı artırılsın. Amma düşünmürük ki, bu da təşkilatı siyasi instrument olmaq taleyindən qurtaracaqdır. Əsas odur, hazırda təşkilatda dövlətlərə qarşı  differensial münasibət var və ona son qoyulmalıdır.

 

Bir daha deyirik ki, BMT TŞ-sı böyük dövlətlərin – beş daimi üzvün çəkişmə meydanına çevrilib. Onların “siyasət”inə baxanda isə əksər hallarda köks ötürməkdən savayı çarə qalmır.

 

Yenidən Azərbaycana qayıdaraq xatırlamaq olardı ki, bizim Bakı da bir müddət - iki il TŞ-sına sədrlik etmişdi. Bu müddətdə elə bir əhəmiyyətli iş görülmədi - təbii, əgər Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermə prosesini nəzərə almasaq...

 

Amma təsəvvür edin ki, Minsk Qrupunun üç həmsədrinin üçü də  (onların üçü də BMT TŞ -nın daimi üzvüdür!) Azərbaycanın ən əsas və haqlı tələbinə - ərazi bütövlüyünə dəstək vermədi!

 

Biz isə 25 ildir gözləyirik ki, həmin ölkələr Qarabağ problemini həll edəcək, o cümlədən də BMT – nin yardımı ilə! Onlar isə faktiki olaraq BMT-ni də iflic ediblər...

 

HƏR HALDA, HAMIMIZ BİR PLANETDƏ YAŞAYIRIQ...

 

 

O ki qaldı BMT-nin, ümumiyyətlə, gərəkli olub-olmamasına, müasir dünyada birgə qərarların vacibliyi və səylərin koordinasiya edilməsinin zəruriliyi kimsədə şübhə doğurmur.

 

Məsələ bundadır ki, qloballaşma zəruri prosesdir – texniki tərəqqi getdikcə məsafələri qısaldır və insanlarda planetar düşüncə artır. Bəli, qloballaşmanı da daha çox böyük dövlətlərin və trans-milli şirkətlərin ideologiyası kimi qələmə verirlər. Amma belə deyil, ən azı ona görə ki, hamımız bir planetdə yaşayırıq.

 

Düzdür, bir daha deyirik ki, BMT-ni qınamaq üçün əsaslar çoxdur və elə biz də bu fürsəti əldən vermədik. Bəli, hələ də bir çox münaqişələr həll olunmayıb. Onların eləsi var ki, hətta BMT ilə yaşıddır. Amma kim inkar edə bilər ki, BMT - nin olmayacağı təqdirdə bu münaqişələr bir az da çox ola bilərdi?

 

Kim inkar edə bilər ki, yeni dövlətlərin tanınmasında və oturuşmasında, son imperiyaların çökməsində təşkilatın böyük rolu olub? Məgər biz özümüz də digər keçmiş sovet ölkələri kimi Azərbaycanı bu təşkilatın tanımasını ən böyük siyasi hadisələrdən biri kimi yaşamadıqmı?  

 

Beləcə, çox arqument sadalamaq olar. Fəqət, bir fikirlə də məsələni yekunlaşdırmaq mümkündür. Filosoflardan birinin sözüdür ki, ağllı və tədbirli insanlar heç nəyi boşdan yaratmırlar, yaxşı nə varsa, onu bir az da təkmilləşdirməyə cəhd edirlər...

Mənbə: Müəllif: XƏBƏR365
Azərbaycan, 25, ildir,, nəyi, gözləyir?, -, TƏHLİL,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı