301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
19 Yanvar 2017 - Cümə axşamı 20:37 1458 nəfər oxuyub
 
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
BAXIŞ Xəbəri
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL

Artıq proses yekunlaşmaq üzrədir. Sabah Tramp ABŞ-ın qanuni prezidenti olacaq və biz də onun sözlərini və bəyanatlarını hələ ki, səlahiyyətlərinə başlamamış naşı prezidentin dedikləri kimi yox, ölkənin  siyasi kursunun əsas istiqamətləri kimi qəbul edəcəyik.

 

 

 

Bütün ölkələr böyük bir intizar içindədir. Hamıdan çox narahat olanlar isə, ilk növbədə, Rusiya siyasətçiləridir. Bu da təsüdüfi deyil. Onlar indi Trampdan üç istiqamətdə güzəşt gözləyirlər. Düşünürlər ki, yeni ABŞ prezidenti ölkələrinə qarşı sanksiyaları aradan qaldıracaq, Bəşər Əsəd rejimini qanuni hakimiyyət kimi tanıyacaq və Krımı da Rusiyanın ərazisi kimi qəbul edəcək...

 

Həqiqətən də böyük gözləntilərdir. Rusiyanın umacaqlarında dünyanı ABŞ-la bölüşmək istəyi açıq-aşkar sezilməkdədir. Bütün bunlar həyata keçə bilərmi? Rusiyanın arzuları çin ola bilərmi?

 

Xarici analitiklər belə hesab edirlər ki, ən azı dörd istiqamətdə siyasət dəyişməz qalacaq. Birincisi, həmişə olduğu kimi, ABŞ yenə də beynəlxalq azad ticarəti müdafiə edəcək. İkincisi, ABŞ qoşunları yenə də ölkədən kənarlarda yerləşməkdə davam edəcək və alyanslar sistemi qorunacaq. Üçüncüsü, 1991-ci ildən sonra bərqərar olmuş geosiyasi arxitekturanı heç kim dəyişmək fikrinə düşməyəcək. Nəhayət, dördüncüsü, Rusiya bu dönəmdə də ABŞ-ın əsas rəqibi kimi qalacaq...

 

Sadalanan tezislərin ilk üçünü asanlıqla qəbul etmək olar. Hərçənd, ABŞ prezidenti NATO-nu tənqid etməkdə və onu köhnəlmiş struktur adlandırmaqda davam edir. Amma ən mübahisəli məsələ dördüncüdür ki, adam bununla dərhal razılaşa bilmir. Ona görə ki, Trampın çıxışlarında Rusiyaya çox isti mesajlar sezilir. Düzdür, onun komandası düşünülən qədər də rusofil deyildir. Məsələn, yeni dövlət katibi Senatda çıxışında dedi ki, ABŞ bir halda Krımı Rusiya ərazisi kimi qəbul edə bilər – o halda ki, Ukrayna özü də bu addımı atmış olar...

 

Qərəz, vəziyyət düşünülən qədər də sadə və asan deyil. Elə digər məqamlar da heç də az mübahisə doğurmurlar. Yanvarın 23-də Astanada Suriya məsələsi müzakirə olunacaq. Tərəflər bu müzakirələrdə ABŞ-sız keçinmək niyyətindədir. Amma bu, mümkündürmü?..

 

ABŞ İRANI ƏZMƏK FİKRİNƏ DÜŞSƏ...

Rusiyanın məkrli və hiyləgər siyasəti burada da özünü çılpaq şəkildə göstərir. Bir daha deyirik ki, ruslar, nə az, nə də  ki çox, dünyanı ABŞ-la bölüşmək niyyətindədirlər...

Bu bölgünün ən böyük hissəsi isə, məhz keçmiş sovet məkanı ilə bağlıdr. Kreml hələ də belə hesab edir ki, nəhayət ki, bu mandatı Vaşinqtondan ala biləcəkdir...

 

Ona görə də keçmiş sovet ölkələrində də həyəcan və intizar böyükdür. Elə Azərbaycanda da ABŞ-ın Dağlıq Qarabağla bağlı yeni siyasətinin aşkar və açıq forma almasını səbrsizliklə gözləyirlər. Amma bu xüsusda indiyə qədər deyilənlər daha çox fəhm və təxminlərdir...

 

Qarabağ probleminin bir neçə nüansı var. Birincisi, bu problem ABŞ üçün bir o qədər də önəmli deyil. Bundan əvvəl sadaladığımız problem və məsələlər bu ölkə üçün daha vacibdir, nəinki Qarabağ problemi.

 

Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, istər respublikaçılar olsun, istərsə də demokratlar, onların hamısı üçün erməni əsilli seçicilərin səsi çox vacibdir.

 

Amma başqa bir detal da var. Tramp İrana qarşı sərt siyasət yeritməyə və bu ölkə ilə əldə olunmuş sazişi təftiş etməyə hazırlaşır. O səbəbdən ola bilsin ki, ABŞ-la Azərbaycan arasında münasibətlər bir az dərinləşsin və hətta hərbi müttəfiqlik çalarları almış olsun. Amma gəl ki, Azərbaycan buna gedərmi? Rəsmi Bakı buna razı olarmı?..

 

Düşünmürük ki, bu suallara “hə” deyən tapılsın. Ona görə ki, Azərbaycan Ermənistanı çıxmaq şərtilə, bölgədəki heç bir dövlətə qarşı hərbi-siyasi alyans yaratmır. Təsadüfi deyil ki, Bakı əvvəllər də Tehrana qarşı sanksiyalara qoşulmamışdı.

 

Bu siyasəti başa düşmək və hətta təqdir etmək olar. Amma böyük siyasət deyilən bir fenomen də var. O isə dəyişkəndir və bəzi hallarda onun haralara qədər rişə atacağını yalnız təxmin etmək qalır...

 

Fəqət, bir daha deyirik, çətin ki rəsmi Bakı ABŞ-ın İran siyasətinə dəstək vermiş olsun. Baxmayaraq ki, Azərbaycan İrana qarşı nəsə etmək üçün ən əlverişli bir məkandır...

 

Bakıda hamı daha çox Qarabağ konteksində özü üçün nəsə aydınlaşdırmağa çalışır ki, bunu da bir daha qeyd etmək zorundayıq. Bir məsələni də yadımıza düşmüşkən qeyd edək.

 

ABŞ-İran münasibətlərinin çox kəskin dönəmlərində bir konqresmen Güney Azərbaycan problemini qabartmağa cəhd etmişdi. Hətta buna görə Bakıya da gəlmişdi. Bakıda ona nə dedilərsə, həmin konqresmen bir daha bu mövzuya toxunmadı...

 

Düzdür, Bakının da siyasətində rasional cəhətlər var. Hər bir dövlətin milli təhlükəsizlik çabalarının, qayğılarının əsas məqsədi özünü dost və xoş məramlı ölkələrlə əhatə etməkdir. Üstəlik, böyük siyasi oyunların bir təhlükəli tərəfi də var – bu oyunlara qatılmaqla böyüklərin ayaqları altında qalmaq olar. Ona görə də baxıb görürsən ki, ən yaxşı siyasət elə bəzi siyasətlərdən kənar durmaqdır...

 

 

NÜVƏ MƏNTİQİ...

Burada bir daha Rusiya məsələsinə qayıtmaq istərdik. Doğrusu, biz də istərdik ki, Rusiya ilə ABŞ arasında bir anlaşma olsun. Amma güclü və ya böhransız, dirçəlmiş Rusiya bizə nə vəd edir?

 

Bax məsələ də elə bundadır. Hələ böyük Çörçill deyirdi ki, ruslar yeganə bir xalqdır ki, yalnız güclə hesablaşırlar. Hətta bu gün də rusların çabalarının əsas məqsədi heç də ədalətli və nizamlı dünya deyildir, “maraqlar balansı” və ya “nüfuz sferaları” əsasında qurulmuş dünyadır. Baxın, ABŞ hətta Ukrayna məsələsində də güzəşt təklif edir. H.Kissincer təklif edir ki, Kiyevə soyuq müharibə zamanı Finlandiyaya verildiyi kimi, neytral dövlət statusu verilsin, bu ölkə NATO-nun və ya Avropa Birliyinin üzvü olmasın, bircə şərtlə ki, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İttifaqına da qoşulmasın. Fəqət, bu cür variant Rusiyanın ağlına batırmı? O, buna razı olurmu? Təəssüf ki, yox...

 

Doğrusu, mən çox çalışıram ki, Rusiyanın tələblərində bir məntiq tapım. Amma onu tapa bilmirəm ki, bilmirəm. Baxın, bu ölkə guya ki, Bəşər Əsədin “qanuni haqları”nı tanıyır, onu legitim bir hakimiyyət kimi qəbul edir...

 

Di gəl, düz on illərdir, Azərbaycanın, Gürcüstanın və Moldovanın haqlarını heç bir halda tanımaq istəmir. Bu azmış kimi, Ukraynanı da böyük fəlakət burulğanına qərq etdi, bu ölkənin də haqlarını tapdaladı. Bəli, Kremlin bir məntiqi var: “Bizim nüvə silahımız var, ona görə də siz bizimlə hesablaşmalısınız!”...

 

Amma nüvə silahı Şimali Koreyada da var. Üstəlik, nüvə silahı digər dövlətlərin haqqını tapdamağa əsas verirmi? Mənə elə gəlir ki, Kiyev ən böyük səhvini 90-cı illərin əvvəllərində, nüvə silahından imtina etməklə etdi. Əgər dünya bir məntiq, yalnız nüvə məntiqi tanıyırsa, o halda nə səbəbə Ukrayna da nüvə dövləti olmamalıdır? Niyə görə İranın bu silahı əldə etmək üçün çalışması bu qədər təəccüb və etiraz doğurmalıdır? Axı yarım əsrdən artıqdır ki, dünya bir məntiqdən–nüvə məntiqindən savayı məntiq tanımır...

 

Qərəz, dünya daha bir tapmacalı dövrə qədəm qoyur. Bu tapmacaların da açılışı əhəmiyyətli dərəcədə ABŞ-ın yeni siyasi kursundan asılı olacaq və hamı da bunu səbrsizliklə gözləyir...

 

Çox istərdik ki, proses son nəticədə nizamlı və ədalətli bir dünya durumuna gətirib çıxarsın. Ona görə ki, heç kim, xüsusən də kiçik dövlətlər böyük dövlətlər arasındakı alış-verişin predmeti olmaq istəmir.

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif:
Azərbaycan, ABŞ-ın, xətrinə, İrana, qarşı, çıxacaqmı?, –, TƏHLİL,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı