301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
17 May 2016 - Çərşənbə axşamı 00:29 1184 nəfər oxuyub
 
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Bilmirik ki, komanda bu çıxışda nəyi əsas tutub: mahnınımı, geyimimi, işığımı, rəqsimi? Biz bunu bilmirik. Buna qərar verən insanlar var. Burda nəyəsə üsyan etmək gecdir. Məncə, hər detala bu qədər böyük təpki verilməməlidir. Ən başlıcası, bu qədər mübahisə yaranmasın deyə işin başından hər şeyi yaxşı düşünmək lazımdır
MÜSAHİBƏ Xəbəri
 Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?

“Avroviziya 2016” mahnı müsabiqəsi başa çatdı, Azərbaycan təmsilçisi Səmra Rəhimli “Miracle” mahnısı ilə 17-ci yerdə qərarlaşdı. Ukraynanı “Avroviziya”da təmsil edən Cəmala müsabiqədə öz hekayəsindən, Krım tatarlarının 1944-cü ildə Sovet hökuməti tərəfindən Orta Asiyaya sürgün edilməsindən bəhs edən mahnı oxudu və qalib gəldi. O və komandası bu mahnıyla Rusiyaya bir mesaj ötürdü, bütün dünyadan ona dəstək gəldi. Ukraynanın qalibiyyəti Avropanın da onu və ötürdükləri mesajı dəstəklədiyini bəlli etdi. 

 

“Avroviziya”nı həm də siyasi oyun hesab ediriksə, elə müsabiqənin məqsədi, məramı da bu deyilmi? 
Belə olanda bu qalibiyyətdən ruhlanan Azərbaycan cəmiyyəti ortaya belə bir sual qoyur: Bəs biz neylədik? “Siyasi meydan” dediyimiz “Avroviziya” səhnəsində səsimizi hansı şəkildə duyura bildik? Müsabiqəyə sərf olunan pullar ancaq ölkə təmsilçisinin Avropanı gəzməsi, geyimləriylə cəmiyyətin müzakirə mövzusu olması üçün idimi? Tutaq ki, Səmra Rəhimli və komandası bunu düşünmədi, bəs gözləntiləri böyük olan ictimaiyyət? O,  niyə tənqid hədəfini düzgün seçmədi? Səmranın dekoltesindənsə onun mahnısını müzakirəyə çıxara bilməzdimi? Başqa vaxt dolma, “Sarı gəlin” davasına çıxan xalq indi niyə bu fürsətdən istifadə edə bilmədi? Bizim də Cəmalanın nənəsi-babası kimi yurd-yuvasından zorla çıxarılan nənə-babamız yoxdurmu? Biz niyə onların haqqını dünyadan sormadıq?
Yox, əgər Səmranın geyimini müzakirə etmək istəyirdiksə, onu qapalı geyim, əsgər forması geyinməməkdə yox, daha orijinal, daha zövqlü əlbisə geyinməməkdə qınamaq olardı. Ümumiyyətlə, bu müzakirədə tənqid hədəfinin Səmra olması nə dərəcədə ədalətlidir?  Təşkilatçı komitə bütün bu detalları gözardı edirsə, bu müsabiqədə iştirak etməyə ehtiyac varmı? Bu və digər suallara cavab tapmağa çalışdıq.

 
 

“Bu müsabiqənin mayasında siyasi oyun var”

Tanınmış media eksperti Zeynal Məmmədlinin fikrincə, belə müsabiqələrlə bağlı fikirlər birmənalı olmur: “Bu, bir mahnı yarışmasıdır, kütləvi tədbirdir deyə cəmiyyətdə qalibə və ya digər iştirakçılara qarşı birmənalı fikir olmur. Bir qisim qalibi qəbul edir, bir qisim etmir. Bu yarışmanı sırf mahnı müsabiqəsi hesab etmək də doğru olmazdı. Bir vaxtlar SSRİ sosialist düşərgəsi ölkələriylə bir yerdə televiziya müsabiqəsi keçirirdi. Qərb də “Avroviziya” müsabiqəsi keçirirdi.Yəni bunun mayasında bir siyasi oyun var idi. Mən çox arzulardım ki, bu müsabiqəni sırf mahnı yarışması saymayaq. Xalqların ünsiyyətini artırmaq, bir-birinə musiqi diliylə öz dərdini açmaq, mesajını ötürmək kimi qəbul etsək, daha yaxşı olardı. Ancaq çox təəssüf ki, Azərbaycanın əsas məqsədi bu yarışmada sadəcə özünü göstərmək, “mən də varam” deməkdir. Məqsəd bundan uzağa getmir.

Mahnının sözləri, ruhu geyimə təsir göstərə bilər. Burda ifaçının müstəqil seçiminə mane olmaq lazım deyil. Söhbət vokal keyfiyyətlərdən də getmir. Burda müzakirə mövzusu Səmranın səsi deyil. Onsuz da siyasiləşmiş bir müsabiqədə biz də bəlli həcmdə siyasi mesaj verə bilərdikmi? Məsələ budur. Məsələn, Şuşanın dərdini danışa bilərdikmi? Belə olanda sən qalib gəlməsən belə, sözünü demiş olursan.
Biz siyasi mesajla musiqi mesajı arasında bir uzlaşma nöqtəsi tapa bilərdik. Musiqi dəyərlərinə qalsa, bizim qalib gəldiyimiz yarışmada da başqası qalib gələ bilərdi.
Krım faciəsi, siyasi baxımdan Ukraynaya diqqət çəkmək istəyi, digər bütün məqamlar Cəmaləyə kömək elədi. Onun qalib gəlməsini təbii sayıram. Bəs biz bundan necə nəticə çıxara bilərik? Biz də başlamışıq ki, ay qızın anası ermənidir, o, özünü türk saymır. Nəinki XXI əsr, heç XVIII əsrə yaraşmayan mənasız sözlər. Media gündəmə məhz bunu gətirir”.

 

“İctimai Televiziyada peşəkar müzakirəsi görmədik”

 

Zeynal Məmmədli İctimai Televiziyanın üzərinə götürdüyü vəzifədə səhlənkarlıq etdiyini düşünür: “Bu işlə İctimai Televiziya məşğul olur. Bu kanal insanların əmək haqqından alınan vergiylə formalaşır. Ona görə də cəmiyyətin fikirlərinə daha həssas yanaşmalıdır. Bu mövzu ətrafındakı müzakirələr də, turlar da cəmiyyətin gözü qarşısında olmalıdır, cəmiyyətdəki ayrı-ayrı baxışlar əksini tapmalıdır. Görün, neçənci dəfədir, bu müsabiqədə iştirak edirik. Ancaq İctimai Televiziyada haqlı və ya haqsız şəkildə yarışmanın peşəkar müzakirəsini görmürük. Xüsusi verilişlərdə müzakirə oluna bilərdi ki, Azərbaycan nə edə bilərdi, etmədi? Belə etsə, nə itirərdi, əks halda nə qazanardı? Bütün bunlar ağıllı şəkildə müzakirə oluna bilərdi. Gələcək iştirakçılar üçün də hazırlıq olardı.
Biz bunları görmürük. İctimai televiziya sanki bu məsələni öz inhisarına alıb. Başa düşürəm, təcrübəsizlik var. Həyacan var, vaxt azdır. Ancaq buna pullar xərclənirsə, elə bir insan yoxdurmu ki, bu ukraynalı qız kimi olsun, yaşanmış hekayəsini oxusun? Bizim üçün də Şuşa haqqında mesaj önəmli olardı. Oranın keçmişindən, tarixi abidələrindən danışa bilərdik. Biz orada erməniləri söyüb-aşağılamayacaqdıq ki. Bizə qarşı fikir səslənməsinə bəhanə yaratmış olmayacaqdıq. Məsələn, gürcülər birbaşa Putinə mesaj ötürdüyü üçün onları kənarlaşdırdılar. Ancaq biz niyə birbaşa mesaj ötürməliydik ki? Sadəcə Şuşa  ilə bağlı mesaj verəcəkdik, öz dərdimizi danışacaqdıq”.


 

“Azərbaycan “yumşaq güc” yolu ilə mesajını çatdırmalıdır”

İctimai fəal Bəxtiyar Hacıyevin fikrincə, bu siyasi meydanda Azərbaycan da müsabiqənin qaydalarına zidd getməyərək sözünü deyə bilər: “ Birincisi, “Avroviziya” təmsilçisinin geyiminin və görünüşünün müzakirə mövzusu olması məni məyus etdi. Görünür, cəmiyyətimiz, hətta ziyalılarımız belə mövzu qıtlığı yaşayır. Əks halda, hər il “Avroviziya”da Azərbaycan və digər ölkə təmsilçilərinin bənzər geyimlərdə səhnəyə çıxdıqlarını xatırlayardılar. İkincisi, bu müsabiqədə iştirakın iki hədəfi ola bilər.
1. Ya qalib olmaq hədəflənir və Avropa izləyicisinin zövqünə uyğun mahnı və səhnə göstərisi seçilir, una uyğun təbliğat aparılır;
2.  Qalib olmağı hədəfləmədən ölkənin milli musiqisini, alətlərini, mədəni irsini Avropa tamaşaçılarına tanıtmaq, yaxud ölkənin müəyyən probleminə diqqət çəkməkdir. 
Azərbaycan bir dəfə bu müsabiqədə qalib olub, bu müsabiqəyə ev sahibliyi edib. Bundan sonra qələbə haqqında düşünməkdənsə, nümayəndə heyəti ikinci hədəf barədə düşünməlidir. Bunu etmək isə Səmranın, yaxud digər iştirakçının yox, Azərbaycanın nümayəndə heyətinin rəhbərliyinin vəzifəsidir. “Avroviziya”nın builki finalı müsabiqənin təkcə musiqi yarışması yox, həm də siyasi mesajların ötürülməsi üçün bir imkan olduğu göründü. Məsələn, Rusiya və Ukraynanın sonda saxlanması, Ukraynanın qalib edilməsi, zənnimcə, Avropanın ustalıqla hazırladığı və icra etdiyi “yumşaq güc” nümunəsi idi. Azərbaycan siyasi mesaj ötürmək istəsə, Qarabağla bağlı hər hansı bir məsələni bu müsabiqədə çatdırmaq istəsə, bu da incə və “yumşaq güc” yolu ilə olmalıdır. Elə edilməlidir ki, müsabiqə qaydalarına zidd addım atmayaq, Avropa tamaşaçıları açıq siyasiliyi ilə qıcıqlandırmasın, ancaq öz hədəfinə də çatsın”. 

 

“Qarabağ problemini çatdırmaq üçün ümidimiz “Avroviziya”yamı qalıb?”

Avroviziya 2008”də Azərbaycanı təmsil edən “Day after day” mahnısının müəllifi, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə bu müsabiqənin Qarabağ probleminin qabartmaq üçün münasib yer olmadığını deyir: “Qarabağ problemimizi dünyaya duyurmaq üçün tək ümid yerimiz “Avroviziya” müsabiqəsi deyil. Onsuz da bütün dünya problemimizi və haqlı olduğumuzu bilir. Mahnı müsabiqəsi vasitəsilə bu mesajı ötürməyə nə ehtiyac var ki? Biz sözümüzü açıq şəkildə demişik, deyirik. Problem göz qabağındadır, biz o mərhələni keçmişik. Bəlkə tatarların buna ehtiyacı var idi...

“Avroviziya” səhnəsində bu mövzunun böyük effekt doğura biləcəyinə inanmıram. Müsabiqədə səsvermə, mahnının mətninə görə  yox, musiqiyə, görüntüyə, ölkənin iqtisadi durumuna görə aparılır. Ölkələrin bir-biriylə münasibəti, dəstəyi sərgilənir. Burada səsvermə sistemi çox fərqlidir, heç bir proqnoz özünü doğrultmur. Əsas tamaşaçının seçimi başqa nəticələri ortaya çıxardır. Bir il roka, bir il klassikaya, bir il şouya üstünlük verilir. Məncə, Cəmalə müsabiqədə qalib gəldiyinə görə oxuduğu mahnı bu qədər müzakirə olunur. Onun hər addımını müzakirəyə çıxaracaqlar”.

 

“Bu geyimlərin azərbaycançılıqla nə əlaqəsi?”

 

Bəstəkar Azərbaycan təmsilçisinin Cəmaləylə müqayisə olunmasını doğru saymır: “Səkkiz il əvvəl ilk dəfə bu müsabiqəyə Azərbaycan məhsulu ilə qatılmışdıq, məsuliyyətimizi dərk edirdik. Həm də ilk dəfə idi, vizit-kartımızı təqdim edirdik. Ondan sonra proses avropalı peşəkarların  öhdəsinə buraxıldı ki, bu da daha çox kommersiya xarakteri daşıyırdı. Kommersiya xarakteri daşıyan layihələrin hansı effekt verdiyi də göz qabağındadır. Biz artıq onluğa düşə bilmirik. Avropa sənət adamları Avropa tamaşaçısına daha yaxındır, onlar nəyin daha lazımlı olduğunu bilirlərsə, biz niyə bu yerdəyik? Bu da bir sual doğurur. Azərbaycanın gözləntilərini doğrultmağı kimlər öz öhdəsinə götürübsə, onlar da ortaya çıxan suallara cavab verməlidirlər. Həmçinin hər dəfə təmsilçilərimizi eyni tərz geyimlərdəmi görəcəyik? Bu geyimlərin azərbaycançılıqla nə əlaqəsi?
2008-ci ildəki çıxışımıza mən cavabdeh idim. Yaxşı tərəflərinə, qüsurlarına görə də mən məsuliyyət daşıyırdım. Çünki məhsul mənim idi. Yenə də bütün medianın gündəmini zəbt edirsə, deməli, hələ də maraqlıdır. Avropanın ən böyük auditoriyasının toplaşdığı səhnədə təqdim olunmaq maraqsız ola bilməz. Maraq da var, dəstək də var. Sadəcə məhsulun hazırlanıb səhnəyə çıxarılmasına məsuliyyətlə yanaşmaq, milli kadrlara, elementlərə üstünlük vermək lazımdır ki, səhnədə Azərbaycana aid çox şey olsun, təkcə ifaçı yox. Avropanın hər gün eşitdiyi öz mahnısını bir azərbaycanlı müğənninin ifasında eşitmək onun üçün maraqlı deyil. Bir də var, avropalı Azərbaycan yaradıcılarının baxışını görsün. Bu, onlara daha ekzotik görünəcək. Yəni müsabiqəyə maraq ölməyib, münasibət dəyişib”.

 

“Azərbaycan bu siyasi meydandan öz xeyri üçün istifadə edə bilib”

Piar mütəxəssisi Afət Yaqubova düşünür ki, müsabiqə Azərbaycan üçün aktuallığını itirdiyindən hazırlıq keyfiyyəti də gözlənilən səviyyədə deyil: “Hamımız bilirik ki, "Avroviziya", mahnı müsabiqəsindən daha çox siyasi yarışdır. Bu ilki yarışma da bunu təsdiqlədi. Hansı ölkə həmin vaxt aktual olursa, Avropa kiməsə mesaj ötürmək istəyirsə, qalib də buna uyğun  seçilir. İndiyədək qazandığımız təcrübə göstərir ki, bu yarışmadan siyasi mesajların verilməsi üçün istifadə olunur. Azərbaycan olaraq biz bu fürsətdən istifadə etməmişik desək, yalan olar. Biz mədəniyyətimizi tanıtmaq üçün istifadə etmişik. Tarı, muğamı, musiqi ritmlərimizi tanıtdıq. Əvvəlki illərdə bizə bu müsabiqədə qalib gəlmək və xariciləri Azərbaycana gətirmək vacib idi deyə daha çox səy göstərdik və bacardıq. Son 2 ildə bu müsabiqə bizim üçün aktuallığını itirib Ancaq müsabiqəyə qatılmağımız şərt olduğundan yenə də iştirak edirik, imtina etmirik. Qalib gəlmək və özünü bununla piar etmək artıq aktual deyil. Anladığım qədərilə artıq təmsilçilərimiz başlı-başına buraxılıb. Onlar hətta səhnədə hansısa mesaj versələr belə, biz qalib gəlmək istəyirikmi? O mahnının sahibini qalib edəcəklərmi? Bunun özü də şübhə altındadır”.

 

“Qarabağ dərdini hər məclisdə bayraq etmək olmaz”

 

Ekspert “Avroviziya” müsabiqəsinə qatılmaqdan imtina  fikrilə razılaşmır: “Beynəlxalq müsabiqələrdən birdən-birə imtina etmək düz deyil. Ölkələrin öhdəlikləri olur. Müəyyən müddət iştirak etməlisən, yayım müddəti var, hansı kanalın yayımlaması məsələsi var. İmtina etmək doğru qarşılanmır. Türkiyə müsabiqədə uzun müddət iştirak edəndən sonra müsabiqədən ayrılmağa qərar verdi. 
Geyimin müzakirəsini qabartmağa da ehtiyac görmürəm. “Filankəs bizi biabır elədi” kimi fikirləri doğru saymıram. Müsabiqədəki təmsilçimiz Avropanı, azadlığı bu cür görürsə, qoy, belə də iştirak eləsin. Biz hər şeydən əvvəl bu yarışdan nə gözlədiyimizi müəyyənləşdirməliyik. Yəni məqsədimiz, hədəfimiz nədir? Işimizi də   ona uyğun qurmalıyıq.  Qarabağ başqası üçün siyasətdirsə, bizim dərdimizdir. Dünən şəhid vermiş bir ölkənin Qarabağ dərdini homoseksualların rəqs etdiyi səhnədə işıqlandırması nə dərəcədə düzgündür? O qızın orda əsgər paltarında oxuyub-oynamasına oğlu şəhid olmuş ananın gözü ilə baxsınlar. Bunu da düşünmək lazımdır.
Qarabağ dərdini hər məclisdə bayraq etmək, ortaya atmaq doğru deyil. Problemimizi ağıllı şəkildə çatdırmalıyıq. Qarabağdan danışmağın öz yeri var. Biz Qarabağ haqqında mahnı oxusaq, bizi qalib etməyəcəkdilər.
Samir Cavadzadəylə Elnur Hüseynovun oxuduğu mahnı, onun təqdimatı, səs gözəl idi. Konsept vardı, söhbət xeyirlə şərin mübarizəsindən, bizə lazım olan mövzudan gedirdi. Cənubi Azərbaycandan olan Araşı Aysel Teymurzadəylə birlikdə səhnəyə çıxartmaqla da bir mesaj vermiş olduq, yəni cənublu-şimallı Azərbaycanı göstərdik. Yenə də qalib gəlmədik. Adi bir sevgi mahnısı ilə birinciliyi qazandıq. Biz Avropanın bizə necə yer verdiyinə bələdik.
Bu dəfə Səmranın çıxışı sadəcə iştirak xatirinə idi. Təmsilçi seçimi yaxşı idi, ancaq ortaya konsepsiya qoyulmamışdı. O, sadəcə iştirakçı idi və Avropanın zövqündə olan bir mahnı oxuyub-oynamalı idi. O qızın çiyninə bu qədər yük qoymaq olmaz”.

 

“Artıq nəyəsə üsyan etmək gecdir”

Modelyer Gülnarə Xəlilovanın fikrincə müsabiqədə Azərbaycana xas elementlər çox olmalıdır: “Mən düşünürəm ki, təmsilçimizin geyimi nə qədər müasir olsa da, bizə xas milli ornamentlərdən istifadə edilməlidir. Bizim tariximizi, mədəniyyətimizi özündə əks etdirən elementlərdən istifadə edilməsi yaxşı olardı. Bununla biz bizi var edən ənənələrimizə sadiq qalardıq. İkincisi, çox istərdim ki, o geyimləri bizim yerli dizaynerlərimiz hazırlasın. Geyimlərin seçimi bizə həvalə edilmədiyi üçün daha çox fikir yürütmək olmur. Məlumdur ki, hər bir layihənin üzərində çalışan komanda öz ideyasına qulluq edir, fikirlərinə uyğun mahnı, geyim seçir. Komanda düzgün seçiləndə bu, geyimlərdə də özünü göstərir. 

Səmranın səhnə geyimi açıq-saçıq deyildi. Hər kəs yaxşı bilir ki, o geyimin altında bədən rəngində astar vardı. Xarici müğənnilər kimi açıq bədənə geyilməmişdi. Bunu görməmək mümkün deyildi. Digər geyimlərini isə izləyə bilməmişəm. Xanım geymlərinə özü qərar verməyib. Ona hansı kostyum verilirsə, onu da geyinir. Mən başa düşmürəm ki, insanlar necə həm müasirlik tələb edir, həm də hay-həşir salır? 
Bilmirik ki, komanda bu çıxışda nəyi əsas tutub: mahnınımı, geyimimi, işığımı, rəqsimi? Biz bunu bilmirik. Buna qərar verən insanlar var. Burda nəyəsə üsyan etmək gecdir. Məncə, hər detala bu qədər böyük təpki verilməməlidir. Ən başlıcası, bu qədər mübahisə yaranmasın deyə işin başından hər şeyi yaxşı düşünmək lazımdır”.

 

“Təmsilçilərimizi müsabiqəyə niyə belə yola salırlar?”

Modelyer Fəxriyyə Xələfova isə deyir ki, təmsilçimizin geyimlərinin müəllifi, dizayneri ilə bağlı məlumatımız olandan sonra bu barədə şərh vermək olar. Onu düşündürən suallar var: “Xanım təmsilçilərimizin geyimlərini kim hazırlayır? Bu geyimlərin, məhz, bu formada hazırlanmasına kim qərar verir? Təmsilçilərimizi beynəlxalq müsabiqəyə niyə bu formada yola salırlar? Məsuliyyət daşıyan komanda bizə məlum olandan, onların qənaəti ilə tanış olandan sonra hər hansı fikir yürüdə bilərəm. Belə yox”. 

Bu müsabiqədə Azərbaycan təmsilçisini seçmək, ölkəmizi təmsil eləmək İctimai Televiziyanın öhdəsinə düşdüyünə görə biz də haqlı olaraq bütün məsuliyyəti öz üzərinə götürən bu kanalın rəhbərliyinə üz tutduq ki, suallarımıza cavab tapaq. Ancaq İTV-nin baş direktoru Cəmil Quliyev suallarımıza cavab vermək üçün vaxtının olmadığını bildirdi. Məncə, bayaqdan bəri sadaladığımız problem də məhz burdadır, örtülü bazarda. Bu bazarda isə “qurban” Səmra oldu. İndi fikirləşin görək, Səmranı bağışlamaq olar, yoxsa yox?!

Mənbə: Müəllif: Sevinc Fədai
, Azərbaycan, “Avroviziya”da, iki, hədəfdən, hansına, çatdı?,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı