The document has moved here.
|
||
"Azərbaycan Dəmir Yolları"nın zərəri 39 azalıb | ||
- Xəbəri | ||
![]() |
||
|
||
“Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ili 228,418 milyon manat zərərlə başa vurub.
"xəbər 365" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 38,6 azdır.
Ötən il ADY-nin əməliyyat gəlirləri 406,039 milyon manat (illik müqayisədə təxminən eyni), əməliyyat xərcləri 459,504 min manat (11,1 az), digər xərcləri 171,17 milyon manat (34 az), mənfəət vergisi ödəmələri isə 3,783 milyon manat (2,4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə ADY-nin aktivləri 4 856,831 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,2 çoxdur. Bunun 4 127,678 milyon manatı qurumun əmlak, tikili və avadanlıqlarının dəyəridir. 2019-cu ildə bu rəqəm 18,25 artıb.
Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,9 azalaraq 2 978,916 milyon manata düşüb, balans kapitalı isə 54,4 artaraq 1 877,915 milyon manata çatıb.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100 dövlətə məxsusdur. |
||
|
||
"Azərbaycan, Dəmir, Yolları"nın, zərəri, 39, , azalıb, |
|