Xəbər haqqında
30 Noyabr 2017 - Cümə axşamı 23:47 102 nəfər oxuyub
 
Azərbaycan nefti cüzi ucuzlaşdı
GÜNEY AZƏRBAYCAN Xəbəri
Azərbaycan nefti cüzi ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 29-da 64,5 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,42 dollar/barel azdır.

Xeber365.com bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 29-da 63,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 29-da 61,01 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 28-də 63,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.

Mənbə: Müəllif: XƏBƏR365
Azərbaycan, nefti, cüzi, ucuzlaşdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı