Xəbər haqqında
05 Dekabr 2017 - Çərşənbə axşamı 23:57 109 nəfər oxuyub
 
Azərbaycan nefti ucuzlaşdı
İŞ DÜNYASI Xəbəri
Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də 64,66 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,1 dollar/barel azdır.

 

Xeber365.com bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də 64,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,1 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 4-də 60,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,06 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 4-də 63,41 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,11 dollar/barel azdır.

Mənbə: Müəllif: XƏBƏR365
Azərbaycan, nefti, ucuzlaşdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı