Xəbər haqqında
04 Dekabr 2017 - Bazar ertəsi 23:00 92 nəfər oxuyub
 
Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır
İŞ DÜNYASI Xəbəri
Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 1-də 65,76 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,27 dollar/barel çoxdur.

 

Xeber365.com bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 1-də 65,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 1-də 62,04 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,05 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 1-də 64,52 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,3 dollar/barel çoxdur.

Mənbə: Müəllif: XƏBƏR365
Azərbaycan, neftinin, qiyməti, 66, dollara, yaxınlaşır,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı