Xəbər haqqında
06 Dekabr 2017 - Çərşənbə 23:46 30 nəfər oxuyub
 
Azərbaycan neftinin son qiyməti
İŞ DÜNYASI Xəbəri
Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 64,59 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,07 dollar/barel azdır.

 

Xeber365.com bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 63,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 5-də 60,9 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 5-də 63,34 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.

Mənbə: Müəllif: XƏBƏR365
Azərbaycan, neftinin, son, qiyməti,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı