Xəbər haqqında
13 Noyabr 2017 - Bazar ertəsi 11:17 215 nəfər oxuyub
 
Azərbaycan-Rusiya sərhədində əməliyyat
GÜNDƏM Xəbəri
Azərbaycan-Rusiya sərhədində əməliyyat

Hüquq mühafizə orqanları Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyat keçirir. Sərhəd-Sipər adlanan əməliyyatın keçirilməsində məqsəd sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsidir.
 

Xeber365.com bildirir ki, genişmiqyaslı əməliyyata görə ölkənin şimal rayonlarında polis postları qurulub. Bildirilir ki, Sərhəd-Sipər əməliyyatı transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, daxilolma kanallarının müəyyənləşdirilib, qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.

 

Hüquq mühafizə orqanlarından verilən məlumata görə əməliyyat noyabrın 19-dək davam edəcək. Sözügedən tədbirlər Rusiya ilə Azərbaycan arasında qəbul olunmuş razılaşmaya əsasən aparılır.

 

Mənbə: Müəllif:
Azərbaycan-Rusiya, sərhədində, əməliyyat,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı