Xəbər haqqında
06 Dekabr 2017 - Çərşənbə 23:10 75 nəfər oxuyub
 
Azərbaycan Rusiyada iki mehmanxana tikəcək
DÜNYA Xəbəri
Azərbaycan Rusiyada iki mehmanxana tikəcək

Azərbaycan Rusiyanın Stavropol diyarında iki mehmanxana inşa edəcək.

 

Xeber365.com Trend-ə istinadən bildirir ki, bunu "Rusiya İxrac Mərkəzi"nin baş direktoru Pyotr Fradkov deyib.

 

Onun sözlərinə görə, Azərbaycan və Stavropol diyarı turizm sahəsində əməkdaşlığı və ticari-iqtisadi münasibətləri fəal şəkildə inkişaf etdirirlər: "Bunu bu yaxınlarda imzalanmış Kislovodskda və Jeleznovodskda iki mehmanxananın tikintisi haqqında saziş də sübut edir".

 

P.Fradkovun sözlərinə görə, hazırda Stavropol diyarı Azərbaycana bir milyon tondan çox taxıl ixrac edir ki, bu da respublika əhalisinin tələbatını tamamilə təmin edir.

 

Onun fikrincə, yeni mehmanxanaların tikintisindən sonra Azərbaycandan Stavropola turist axını artmalıdır.

Mənbə: Müəllif: XƏBƏR365
Azərbaycan, Rusiyada, iki, mehmanxana, tikəcək,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı