301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
25 Yanvar 2016 - Bazar ertəsi 17:13 2430 nəfər oxuyub
 
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
Xeyir və şəri müəyyən etmək üçün birinci xeyirə aid olan əməlləri icra etməlisiniz. Allahın dediyi qaydaları icra etməlisiniz, onda xeyirlə şərin hansısa müqayisəsini aparmaq imkanına sahib olursunuz. Bir siyasətçi üçün Xeyir-Şər məsələsindən daha önəmli ölkənin hansı şəkildə qorunmasıdır.
MÜSAHİBƏ Xəbəri
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”

Ölkə sərhəddini adlayan maliyyə-iqtisadi böhranla əlaqədar olaraq Milli Məclis son iki həftədə yalnız bir dəfə müzakirə aparıb, müəyyən qanunlara dəyişikliklər edib. Bəs davamı necə olacaq, gözləntilər nədən ibarətdir? Suallarımızı Böyük Quruluş Partiyasının başqanı, millət vəkili  Fazil Mustafaya ünvanladıq.  

 

-    Fazil bəy, prezident İlham Əliyev 18 yanvar müşavirəsində “Hər bir dövlət ayağını yorğanına görə uzatmalıdır” deyə bildirdi. Necə düşünürsünüz, bugünkü böhran fonunda Azərbaycan dövləti - 2006-cı ildən- neft gəlirləri ölkəyə gəlməyə başlayandan bəri ayağını yorğanına görə uzatdımı? 

-    Bilirsiniz ki, dövlətçilik təcrübəmiz çox deyil. Ona görə də hansı gəlirin nə vaxt və necə istifadə olunmasında müəyyən dərəcədə təcrübəsizlik, yaxud qəsdən israfçılıq müşahidə olundu. Etiraf olunmalıdır ki, kifayət qədər yanlış layihələrə yer verildi. Əvvəlcədən də cəmiyyətdə narazılıqlar vardı ki, bunlar edilməsə, yaxşı olar. Məsələn, daha çox insan kapitalından danışılırdı, amma ən az dəyər verilən insan kapitalı oldu. Əvəzində daha çox yol təmiri, tikintiyə yer ayrıldı. Hətta eyni binalar üzlənəndən sonra yenidən sökülərək üzləndi, yüzlərlə tikilən obyektlərdə yenidən təmir işləri aparıldı. Sadaladıqlarımın hamısı israfçılıq idi. Hesab edirəm ki, neft gəlirləri üzərində nəzarət mexanizmi kifayət qədər ciddi olmadı. Ciddi olmamağın da səbəbi bugünkü böhranda üzə çıxdı. Diqqət edin, ölkəyə bu qədər vəsait daxil olduğu halda, xeyli işlər görülməsinə baxmayaraq, əksər sahələrdə problemlər qaldı. Qazlaşma, yol çəkilişi yarımçıq qaldı, kommunal xidmətlərdə bir irəliləyiş olmadı, bələdiyyə strukturu inkişaf etmədi, bank sektoru tamamilə yarımçıq vəziyyətə salındı. Adi bir misal: qaçqınların problemləri həll olunmalıydı, amma yenə də vətəndaşların evlərində, baxçalarda qalan məcburi köçkünlər var. Yəni hansısa problemi köklü şəkildə həll edərək gələcəyə saxlamamaq lazım idi.
-    Deməli, israfçılıq nəticəsində milyonlar göyə sovruldu? 

-    Təbii, xeyli vəsait lüzumsuz yerə xərcləndi. “Neft bumu”nun müsbət tərəfləri ilə yanaşı ən böyük faciəsi Azərbaycanın dünya səviyyəsində normal universitetinin, təhsil sisteminin yaradılmaması oldu. Yaxud sağlıq sisteminin böyük valyuta itkisinə məruz qalmasını xatırlamalıyıq. Mükəmməl sağlıq sistemi qura bilmədiyimizə görə İran və Türkiyəyə axan valyutamızın indi dəyərini bilməyə başlayırıq. 

-    Bir sözlə, zaman da itirdik...

-    Bəli, zaman itirdik. Bunların peşmançılığını biz sonra çox çəkəcəyik. 

-    İkinci devalvasiyadan sonra Facebookdakı statuslarınızın birində həm də milləti israfçılıqda suçlayıb vicdan proqramına ehtiyac olduğunu qeyd etmisiniz. Oxuyanlar deməzmi ki, deputat Fazil Mustafa Sabunçudakı evindən şəhərin mərkəzinə köçəndə, maşınını dəyişəndə israfçılıq barədə düşünürdümü, yaxud vicdanı ağrıyırdımı? Axı, o zaman da onun seçiciləri əhalinin başqa kateqoriyaları kimi heç də yaxşı yaşamırdı? 

-    Bunu deyənlərin böyük qismi savadsızdır. Çünki informasiya almadan belə fikir söylənməz. Mənim yaşam şərtlərim belədir ki, 10 il əvvəl nəyi yaşayırdımsa, onu da yaşayıram. Sabunçudakı evimi satmışam, şəhərdə iş yerimə yaxın ev almışam. Eyni zamanda, seçici dairəsində də anamın evində qeydiyyatdayam. Maşınım da köhnədir, 2010-cu ilindir, sürücüm və qulluqçum da yoxdur. Belə məsələlərdə kiminsə ürəyində nə qalırsa, onu ifadə etmək əvəzinə problem üzərinə daha dolğun və daha dəqiq getmək daha faydalıdır. Mən milləti nədə israfçı olmaqda ittiham edirəm? Biz çalışdıq ki, müəyyən xeyir-şər məclislərindən tutmuş bir sıra məsələlərdə insanlar bir az qənaətə öyrənsinlər. Başa düşdük, korrupsionerlər, məmurlar dağıtdılar, amma mən yüzlərlə yoxsul insan tanıyıram ki, öz yasını normal səviyyədə keçirə bilmədi. Öz çevrəmdə hətta qohumlar da var ki, 70-80 min manatlıq borca girib maşın alıb, nədi-nədi, bu adamın bahalı maşın sürdüyü görünsün. Özlərinə də deyirdim ki, statusunuz yoxdur, amma maşınınız mənim avtomobilimdən 5 dəfə bahadır, hansı risklə buna getdiniz?! Bu gün həmin adamlar  yazıq günə qalıblar, banka kredit ödəyə bilmirlər. 

-    Seçicilər də deputatları hər sessiyada öz əməkhaqlarını artırmaqda suçlayırdı...

-    Əksinə, son vaxtlarda deputatların maaşları qalxmayıb. Hətta bu dəfə sual veriləndə bildirdim ki, bunu etmək mənəvi baxımdan yanlışdı, birinci növbədə sosial vəziyyəti ağır olan insanların taleyini düşünmək lazımdır, deputat ötüşər. Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda deputatın maaşı da, təminatı da çox aşağıdır.  Rusiyayla müqayisədə 4-5 dəfə aşağıdır. Rusiyada deputatlara verilən imtiyazların çox cüzi bir hissəsi Azərbaycan deputatlarına verilib.

 

“Ölkə monopoliyanın əlində boğulur,  hər yer inhisarçıların əlindədir”

 

-    Ancaq Ermənistanda orta əməkhaqqı Azərbaycanda orta əməkhaqqından yüksəkdir...

-    O yüksəkdir, söhbət ondan gedir ki, biz məsələlərə müqayisə zəminində baxırıq. Mən vətəndaşlara vurulan zərbənin, zərərin mahiyyətini başa düşürəm. Məlum layihələr doğru istiqamətlənsəydi, insanlar daha yaxşı yaşayardı.

-    Niyə zamanında bu məsələləri parlamentdə kəskin şəkildə qoymurdunuz?

-    Bu fikir də müəyyən mənada informasiyasızlıqdan irəli gəlir. Parlamentin protokollarına baxmaq kifayətdir. 3 il əvvəl mənim “Adamyeyən” yazım vardı, üzlüklərin vurulması ilə bağlı gözlənilən faciələrdən yazmışdım, ona görə Milli Məclisdə (MM) əleyhimə xeyli çıxışlar da oldu. Həm də hökumətin hesabatlarında bu məsələləri dilə gətirirdik.
-    Reaksiyalar...?

-    Heç əhəmiyyət verən də olmurdu. Üstəlik də MM-in televiziyası olmadığından Az.TV özünə uyğun şəkildə yalnız  tərifi verirdi. Sonuncu iclasda da dedim ki, ölkə monopoliyanın əlində boğulur, bunu açmaq lazımdır, hər yer inhisarçıların əlindədir, azərbaycanlılar qabiliyyətlidir, imkan verin, özləri mal gətirib satsınlar.
-    İnhisarçıların adını çəkə bilərsinzimi? 

-    Hakimiyyətdə oturan nazirlərin əksəriyyəti inhisarçıdır. 

-    Bir neçəsinin adını çəkin.

-    Axı Azərbaycanda rəsmi olaraq tanınan inhisarçı yoxdur ki, adını çəkim. Məsələn, Amerikada holdinqlər var ki, inhisarçı hesab edilir. Bizdə isə ad çıkilmir, heç birinin rəsmi adı yoxdur. Amma tam məsuliyyətlə deyirəm ki, dövlət vəzifələrində olanların əksəriyyəti müəyyən bir sahədə inhisara rəhbərlik edir. 

-    Hətta Ramiz Mehdiyev də?

-    İndi kimin hansı sahəyə baxdığını mən bilmirəm.
-    Ancaq mətbuat dəfələrlə bu barədə yazdısa, Fazil Mustafa bunu bilmirmi?

-    Mətbuat bilir. İndi hüquqi ifadə işlətməlisən ki, bu kimdir, nəyə baxır. Kim nəyə baxır, mən də bilirəm, amma hüquqi cəhətdən inhisarçılıq özü də tanınmalıdır. 

-    Bütün hallarda ad çəksəniz, sizi məhkəməyə verməzlər...

-    Söhbət məhkəmədən getmir, məsuliyyətdən gedir. Siz bilirsinizmi Azərbaycanda milyarderlər kimlərdir?

-    Rəsmən yoxdur.

 

“Bu gün niyə Bütöv Azərbaycan ideyası irəliləmədi? Çünki bugünkü dövlətimiz İranda olan azərbaycanlı üçün modelə çevrilmədi”

 

-    Rəsmən yoxdursa, kiminsə yaxasından tutub desən ki, milyardersən,vergi qaçaqçısısan, hansısa bir işlə məşğulsan, bunun məsuliyyətini daşıyırsan. Ona görə təqribən kimlərin bu işin üzərində olduğu bilinir. 

-    Fikirlərinizin tez-tez dəyişməsinin, rabitəsizliyinin şahidi oluruq. Məsələn deyirsiniz ki, iqtisadi komanda istefa verməlidir, ardınca “müxalifətə xaos yaratmağa imkan vermək lazım deyil”. Ikinci açıqlama ilə birincini yumşaltmaq istəyirsiniz sanki. 

-    Müxalifət sözü işlənməyib. Başlığa da çıxarılıb ki, xaotik aksiyalara imkan vermək olmaz. Vətəndaşlar normal şəkildə müraciət edib mitinqlərini keçirə bilər. Bunu ona görə deyirəm ki, təcrübə var. Bu gün hər hansı bir siyasətçi məsuliyyətsizliyin altına girsə, Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər. Orda da müəyyən aksiyalar belə başladı da.

-    Bu təhlükə nə qədərdir?

-    Çox böyükdür, çünki çevrədə olan dövlətlər Azərbaycanın o vəziyyətə düşməyinə xüsusi maraq göstərirlər.

-    Bəs prezidentin, hökumətin və Milli Məclisin qərar və fərmanları mövcud vəziyyətə adekvatdırmı?

-    Müəyyən  qərarlar normaldır. Məsələn, əmanətlərin sığortalanması. Amma bəziləri böhrandan çıxış proqramı kimi götürülə bilməz. Məsələn, banklardan 50 mindən artıq vəsait çıxardan 20-ə qədərini icbari təhvil verməldir. Bu, heç bir investorun ölkəyə vəsait qoymayacağı deməkdir. Çünki banka 1 milyon qoyan, sonra onu götürəndə 200 min dollar itirəcək. Ən böyük təhlükələrdən biri bankların manatla kredit verməməsidir. Devalvasiyanın səbəbi həmin iqtisadi blokdur, hərənin bir bankı var və hər biri dollarla kredit verdi, düşündülər ki, devalvasiya da olanda dollar üzərindən qazanacaqlar. Elə də oldu. Ona görə devalvasiyanın 50-70 olması onların vecinə deyil. Amma bu devalvasiya vətəndaşın “belini qırdı”. Bax, bizim yanaşmamız odur ki, xaotik aksiyalara gedib zorakılıq halına yol verilməsi problemin çözülməsi deyil. İqtisadi böhran baş verib, çıxış üçün bütün təbəqələr soyuqqanlı şəkildə işləməlidir. Əgər hökumət müxalifətin hansısa təkliflərini nəzərə almırsa, pisdir. Hətta mən görüş də təklif etdim, amma reaksiya olmadı və bu, hökumətin yanlışıdır, bəlasını da çəkəcək. 

-    Çox qəribə vəziyyət yarandı. Əvvəl aksiyaları müxalifətin təşkil etdiyi bildirildi, sonra həmin bəyanatı gündəmdən çıxartdılar. Ardınca müxtəlif adamlar vasitəsilə hakimiyyətdaxili qrupların qarşıdurması üzə çıxarıldı. Bunları sezirsinizmi və nədən irəli gəlir?

-    Təbii ki, belə şeylər var. Azərbaycanda siyasi müxalifətin respublika miqyasında aksiya keçirmək imkanı çox məhduddur. Seçki ərəfəsində “Məhsul” stadionunda bunu gördük. Sonuncu aksiyalar sırf sosial narazılıqdan irəli gəlmişdi və buna qarşı çox aqressiv olmaq da yanlış idi. İnsanları dinləmək və problemini həll etmək lazımdır. İnsan nə etməlidir, evinə çörək aparmalıdır. 

-    Bəs yaxın zamanlarda vəziyyətin daha da pisləşəcəyini gözləyirsinizmi?

-    Doğru qərarlar alınmasa, durum pisləşməyə doğru gedəcək. Mən artıq əvvəlki kimi ümidli deyiləm. Düşünürdüm ki, iqtisadi böhranı yaradan komandadan imtina olunacaq. Prezidentin iqtisadi blokda olanları yeni düşüncəli insanlarla əvəz edəcəyini düşünürdüm. Hətta mən müstəqil iqtisadçıları gətirib islahatı onlarla bir yerdə keçirilməsini daha vacib hesab edirəm.

-    Yəqin ki, Nazirlər Kabinetinin iclaslarına baxırsınız. Bir-iki nəfər istisna olmaqla qalanı 60 yaşdan yuxarıdır. Prezident niyə bunları dəyişmir, qocalarla işləmək daha rahatdırmı?

-    Söhbət qocalarla işləməkdən getmir. Nüfuz dairələrinə sahib insanların hakimiyyətdən uzaqlaşdırılması iqtidarın özü üçün bir təhlükəyə çevrilə bilər. Bu, bir idarəetmə üslubudur və təcrübədən çıxış ediblər ki, hakimiyyəti belə saxlamaq daha rahat olur və davam edilir. Həm də hakimiyyət xalqa xidmətdən keçir, yəni burda yalnız hakimiyyəti 20-30 il saxlamaq ideyası yox, xidmət ideyası olmalıdır.
-    20 ildir Azərbaycan xalqına xidmət edirlərmi?

-    O baxır xidmət hansı aspektdə götürülür. Ola bilsin, sosial və başqa sahələrdə durum ideal deyil. Amma bütövlükdə Azərbaycanın qarşısında dayanan əsas problem- regionda baş verən hadisələr fonunda dövlət olaraq ayaqda qalmaq, münaqişənin ölkə ərazisinə girməsinə imkan verməməkdir. Bu gün Azərbaycan kimi dövlətin prioritet prinsipi demokratiya yox, təhlükəsizlikdir. Bütün hallarda ölkəni münaqişə bataqlığının içərisinə soxmamaqdır. Bu hakimiyyətin yerinə mən də, başqası da olsa, mütləq bunu prioritet kimi götürər. 

-    Deməli, demokratiyaya ehtiyac yoxdur?

-    Yox, var. Amma prezidentli respublika modelindən demokratiyaya keçidin tək bir şərti var-parlamentli respublikaya keçid. 

-    Azərbaycan ona hamilədirmi?

-    Yox. Çünki cəmiyyətin siyasiləşmə dərəcəsi hələ bunu tələb etmir. İnsanlar bu tələbi qoya bilsələr, tamam başqa vəziyyət yaranar.

-    Bəlkə müqayisəm doğru deyil, amma xatırladım, Nazarbəyovun sonuncu addımlarını yəqin ki, görürsünüz. Parlamenti buraxdı, müəyyən sərt islahatlara getdi və dövləti də saxladı. O istiqamətdə getmək olmazmı?

-    Qazaxıstan demoqrafik baxımdan bir az homogen cəmiyyət deyil, orda bir az fərqlidir, rus məsələsi var. Ona görə Nazarbəyov belə manevrlər etməyə məcburdur. Azərbaycan bir az daha statik yol seçib, amma mən bunu təqdir etmirəm. Çox istərdim ki, hökumətlər koalision modelə keçsin, daha məsuliyyətli hökumət olsun. Bu gün hökumət heç kimin qarşısında real hesabat vermir.   

-    Mövcud hakimiyyət heç nəyi bölüşmək istəmirsə sizin vicdan proqramınız buna nə deyir?

-    Yox, bilirsiniz, bizim kimi dövlətlərdə belə olur: 20-30 il əvvəl Azərbaycanı sadəcə heç nəylə hesablaşmayan və diqqət yetirməyən bir ölkə kimi görürdük. Bir az da reallaşmayan idealları ora qoşmuşduq, bunların gerçəkləşəcəyini fikirləşirdik. Diqqət edirsinizsə, bu gün Azərbaycan cəmiyyətində Bütöv Azərbaycan ideyası o qədər populyar deyil. İnsanlar daha realist proqramları anlamağa başlayırlar. Ölkəmiz Şirvanşah İbrahimin durumunda olub həmişə, hamıya müəyyən dərəcədə bac-xərac verərək ölkənin müstəqilliyini qorumaq zorundayıq. Bəlkə nefti də BP-yə əlverişli şərtlərlə vermirik, bəzən Rusiya ilə münasibətlərdə əlverişli şərtlərlə, bərabər tərəfdaş kimi müəyyən işlər görmürük. 

-    Siz güney məsələsinə toxundunuz, amma 2011-ci ilin 18 oktyabrında MM-də çıxışınızda 35 milyonluq xalqdan və birləşməkdən danışırdınız. Sonra lent.az saytında “Bütöv Azərbaycan: davam, yoxsa tamam” başlıqlı yazınız çıxdı. Fikirlərinizi tez-tez dəyişməniz nədəndir. 3 il sonra tamam başqa fikrə gələ bilərsinizmi? 

-    Tamamilə gələ bilərəm. 

-    Belə çıxır ki, Fazil Mustafa fikirlərini paltar kimi dəyişir?

-    Əlbəttə, kirlənmiş paltarları da dəyişmək laızmdır. 

-    O zaman Bütöv Azərbaycan ideyası da kirlənib?

-    Yox, Bütöv Azərbaycan ideyası kirlənmir. Bu ideya həmişə xalqımızın mənafeyi üçün qorunmalıdır. Bu gün Güney Azərbaycanda bu ideyanın tələbi cəmiyyətin neçə faizi səviyyəsindədir, birinci bu məsələyə baxırsan. İkinci, 10 il əvvəl Amerikanın İran üzərindən sanksiyalar götürəcəyini düşünərdikmi? Demək olar ki, İranın parçalanma modelindən əl çəkdilər. Belə bir vəziyyətdə 35 milyonluq xalqımızı hansısa avantüranın qurbanına çevirə bilmərik. Çalışmalıyıq ki, mədəni haqlar əldə edərək İranda azərbaycanlılar kifayət qədər gücə çevrilsinlər.
-    Yəni Elçibəyin vaxtilə söylədikləri səhv olub?

-    Xeyr, Elçibəyin dedikləri ideyalardı. İdeyaların gerçəkləşmə vaxtını siyasətçilər müəyyən edirlər.
-    Siz necə, ideyalardan imtina etdinizmi, vaxtilə mənə imtina etdiyinizi demişdiniz...

-    Yox, ideyalardan imtina etmirik, onlar bizimdir. Biz Turan, Bütöv Azərbaycan qurmaq istəyirik, hamısı bizim ideyalardır. 

-    Yenə o fikirlərdə qalırsınız?

-    Bəli, yenə o fikirlərdə qalıram. Amma mən həm də İran məsələsinə Elçibəydən fərqli yanaşıram. 

-     2000-ci ilə qədər isə eyni fikirdəydiniz...

-     Bəli, eyni fikirdəydik. 

-    Nə dəyişir  sizi?

-    Məni dəyişən Azərbaycanın reallıqlarıdır. Necə edək ki, Azərbaycanı yeni bir faciənin içinə soxmadan burdakı dövləti gücləndirərək ora nümunəyə çevirə bilək. Bu gün niyə Bütöv Azərbaycan ideyası irəliləmədi? Çünki bugünkü dövlətimiz İranda olan azərbaycanlı üçün modelə çevrilmədi.
-    Azərbaycan reallıqları demişkən, sabah orta əsrlər modelinə keçilsə, əl çalacaqsınız?

-    Azərbaycanda ümumiyyətlə feodal dövlət qurulma perspektivi yoxdur. Bir şey deyim, bu cür bəsit yanaşma ilə ki, feodalizmə gedəcəyik, dəyərlər itəcək, belə gözlənti yoxdur. Çünki bugünkü qlobal dünyada ya Şimali Koreya kimi təcrid olunub gülüş obyektinə çevrilməlisən, ya da... Azərbaycan isə ən azı neft ölkəsi olduğuna görə dünyaya açılmalıdır. 

-    Axı neft pullarının talandığını, israfçılığa yol verildiyini dedinizsə, bu reallıq deyilmi?

-    Reallıq belədir ki, neft hansı ölkədə varsa, onun təyinatında korrupsiya halları genişdir. 

-    Ancaq Norveç nümunəsi də var...

-    Norveç nümunəsi var. Norveç ənənəvi oturuşmuş bir dövlətdir, bu dövlətin əhalisi və insanları da korrupsiya prosesinin işində iştiraka çox maraqlı deyillər. Ona görə də dövlətlə vətəndaş arasında ictimai müqavilə vətəndaşın marağına xidmət edir və ona daha çox azadlıq verir. Biz də bu yöndə bir az problemlər var.

-    3 ildən sonra Azərbaycan dövləti fərdin, vətəndaşın marağına xidmət göstərməsə, Fazil Qəzənfəroğlu fikirlərini yenə kirlənmiş paltar adıyla dəyişəcək?

-    Bütövlükdə nadanlar və cahillər 20 il əvvəlki mövqeni dəyişmirlər. Guya ki, onlar bu prinsipin ardıcıllarıdır. Bunlar hamısı bolşevizmdən doğulmuş insanlardır. Normal cəbhəçilər, insanlar o dövrün şüarıyla bu dövrün şüarını qarışdırmamalıdırlar. 90-cı illərdə siyasətçi “hamı müharibəyə getsin” desəydi,  normal qarşılanardı.
-    Xeyir və şər məsələsi də var axı...

-    Xeyir və şəri müəyyən etmək üçün birinci xeyirə aid olan əməlləri icra etməlisiniz. Allahın dediyi qaydaları icra etməlisiniz, onda xeyirlə şərin hansısa müqayisəsini aparmaq imkanına sahib olursunuz. Bir siyasətçi üçün Xeyir-Şər məsələsindən daha önəmli ölkənin hansı şəkildə qorunmasıdır. Məsələn, Rəsulzadə modeli var, o, bir çərçivədə Azərbaycan bayrağını yaratdı. Amma müəyyən dövr gəldi ki, mənfi münasibət bəslədiyimiz nərimanovçuluq müəyyən dərəcədə ölkənin SSRİ tərkibində mövcud olmasına təminat verdi. Struktur və siyasi vahid olaraq qorudu. 70 ildən sonra cızılmış ərazi üzərində müstəqilliyimizi bərpa etdik. Ona görə siyasətə qısa müddətli zaman kimi yanaşmaq olmaz. Nə realdırsa, faydalıdırsa, həyata keçirmək mümkündürsə, o istiqamətdə çalışmaq lazımdır. 

-    Sabah putinizm gəlsə, o istiqamətdə də çalışmalıyıq?

-    Azərbaycana putinizm gələ bilməz. Çünki Azərbaycanda ordu ənənəsi siyasət üzərində deyil.

-    Amma “beşinci kolon” var...

-    Təbii ki, “beşinci kolon” var, biz də buna qarşı mübarizə aparırıq. Məsələn, Rusiya yönümlü siyasi xətt izlənməsi müşahidə olunur, buna qarşı cəmiyyətimizin dirəniş gücündən çox şey asılıdır.
-    Siz “beşinci kolon”a qarşısınızmı?

-    Əlbəttə, bütün çıxışlarımda da mövqeyimi qoyuram.

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
“Azərbaycan, Suriyanın,, Liviyanın, vəziyyətinə, düşə, bilər”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı