301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
10 Oktyabr 2017 - Çərşənbə axşamı 11:32 1171 nəfər oxuyub
 
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Prof. Qafar Çaxmaqlı
BAXIŞ Xəbəri
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?

Məgər biz bilmirik ki, Cənubi Qafqaza erməniləri köçürən kimdir? Sayına qədər bilirik. Məgər bilmirik ki, “Ermənistan” adlı bu dövləti bizim dədə-baba torpaqlarımızda kim yaradıb? Məgər bilmirik ki, Dağlıq Qarabağı əlimizdən alıb ermənilərə verən, burada qanlı facilərə imkan yaradan  və 25 ildir bu işğalı davam etdirən kimdir? İndi isə Ermənistanla Rusiya birgə ordu qurur. Biz torpaqlarımızı azad etmək üçün kimlə savaşacağıq, əcəba? Ermənistanla, yoxsa Rusiya ilə? Bütün bunlar son günlərin, bəlkə də son ayların sualı olmalı idi. Amma əksini gördük. Bəzi xainlər yenə də Rusiyaya bel bağlayaraq, onun bizə nicat gətirəcəyinə ümid edir. Adam erməni ilə birgə ordu qurur! Televizyada bu müzakirələrə baxdım və diqqətinizə bu sətirləri  çatdırmağı borc bildim.

 

…Bölgəmizdə  son günlər gedən siyasi, hərbi və iqtisadi prosesləri bir-birinin ardınca sıralasaq, uzun bir gəlişmə zənciri alınar. Bu zəncirin o başında da, bu başında təcavüzkar Ermənistandır. Bir neçə ay əvvəl Rusiya bütün beynəlxalq normaları çeynəyərək Ermənistanla birləşmiş qruplaşmanın yaradılması qərarını verdi. Bu bölgə ölkələri üçün, ilk növbədə, Azərbaycan və Gürcüstan üçün böyük bir təhdid idi. Rusiyanın Cənubi Qafqazda yeganə legitim hərbi bazası məhz Ermənistandadır (102 saylı Gümrü və Erebuni hava bazası). Bundan başqa, işğalçı ölkənin Türkiyə və İranla sərhədini Rusiya hərbçiləri qoruyur və Ermənistanın hava məkanı bütünlüklə Moskvanın nəzarətindədir. Rusiya forpost olaraq istifadə etdiyi Ermənistanda hərbi cəhətdən  tam oturuşubsa, təcavüzkar ölkənin təhlükəsizliyinə də yüz faiz zəmanət veribsə, xaricdən daha hansı təhdid ola bilər ki? Sabah Azərbaycan Ermənistanla savaşa girsə kim bilmir ki, Rusiya onun tərəfində duracaq? Bu ideyanın haradan qaynaqlandığı barədə düşünərkən ağla yenə ermənilərin təcavüzkarlıqlarını ört-basdır etməsi və özünü tam qarantiya altına alması fikri gəlir. Amma Rusiya, gerçəkdənmi, son ana qədər onun təhlükəsizliyini təmin edə bilər? Bu da bir sualdır. Dünyada gedən proseslərin gözlənilməzliklərinə baxsaq, o cəhətə ümid edə bilərik ki, buralarda da nə vaxtsa bizim hesablamadığımız fövqəladə hadisələr ola bilər. Bu məsələ, yəni Ermənistanla birgə hərbi birləşmə yaratmaq ideyası gündəmə gələrkən rusiyalı bir ekspert söyləmişdi ki, Ermənistanla strateji ortaq olmağımıza baxmayaraq bizim Qarabağla bağlı Ermənistan qarşısında heç bir öhdəliyimiz yoxdur.  Bu da o deməkdir ki, Azərbaycan Dağlıq Qarabağı – öz ərazisini terrorçu və bölücülərdən təmizləmək üçün heç kimdən icazə almayacaq.  Kim kimlə hansı ordunu, hərbi qruplaşmanı qurursa-qursun!  Amma bu arzularımız hələ həyata keçməyib və indi Ermənistan Milli Məclisi  Rusiya ilə ortaq ordunun qurulması ilə bağlı qanun layihəsini təsdiq etmək üçün müzakirə edir. Bu, artıq faktdır və bizləri tədbir görməyə sövq etməlidir.

 

 Keçən həftə Bakya gəlib içki masası arxasında poz verən erməni  xanım deputat, “Yelk” blokunun  üzvü  Mane Tandilyan Azərbaycanda Qarabağla bağlı danışıqlara nə xalqın, nə də hakimiyyətin hazır olmadığını “müşahidə edib”. Bakı səfərində Tandilyanla birlikdə “erməni izi” axtaran digər deputat, həm də S.Sarkisyanın partiyasında onun müavini olan  Armen Aşotyan da erməni cəmiyyətinə bu mesajı verib ki, Azərbaycan  Dağlıq Qarabağdan vaz keçməyəcək. Demək, ermənilər Azərbaycanın bu qərarlılığına qarşı əks tədbirlərini görməlidirlər. Bu tədbirlərdən biri Rusiya ilə birgə ordu qurmaq layihəsidir və bu, artıq müzakirə edilməkdədir. Bu müzakirələr zamanı belə bir məsələ də ortaya çıxdı ki, Ermənistan Rusiya ilə belə gizli ordusu varmış və bunu heç kəs bilməsə də biz bilməli idik.  Hələ 1997-ci ildə belə gizli bir anlaşma imzalamışdı. 2001-də isə bu anlaşma də gizli şəkildə yenilənmişdi. Bunu Serj Sarkisyanın bir zamanlar həbsdə “çürütməyə” cəhd etdiyi “Haykakan jamanak” qəzetinin baş redaktoru Nikol Paşinyan müzakirə sırasında açıq söylədi. Bu, əslində ciddi bir qalmaqala səbəb olmalı məsələ idi. Olmadı.  Şovinist erməni cəmiyyəti belə şeylərə alışqandır. Bu gizli anlaşmanı sorğulamaq istəyənlərə isə baxın, Sarkisyanın  həyasız sözçüsü  Eduard Şarmazanov necə cavab verib: “Bəlkə, Azərbaycanın da Türkiyə ilə belə gizli anlaşmaları olub?” Əgər mövzu Azərbaycan və Türkiyədirsə, deməli mübahisə kəsilir, demək,  məsələ yoxdur.  Bizim ölkələrin adı yeri gəldi-gəlmədi çəkilərsə, cinayət də olsa, bu məsələnin üstündən keçiləcək.

 

Erməni məclisində qurulan bu ordunun hansı beynəlxalq qanuna uyğun olmasından bir kimsə danışmır. Bizimkilər də danışmır. Əslində, Rusiya ilə Ermənistanın ortaq ordu qurması heç bir beynəlxalq qanuna uyğun deyil. Başqa sözlə, dünya ictimaiyyəti tərəfindən qınanmalı, onun imzalanmasına imkan verilməməlidir. Həm də müxalif kimliyinə sahib Tandilyan “Lragir”ə  cəsarət taparaq onu deyib ki, Ermənistan MM-də Ermənistan-Rusiya ordusu yaradılması barədə müzakirələri mənasızdır. Onlar bu layihənin MM-dən keçməsinə qarşı olduqlarını belə əsaslandırıblar ki, Rusiya erməniləri aldadır, 2016-nın aprelində olduğu kimi! Daha demir ki, bu, heç bir beynəlxalq prinsipə uyğun deyil. Deyir ki, Rusiya Ermənistanla bağladığı bütün hərbi anlaşmalara görə, bu döyüşdə (aprel 2016) ermənilərin müdafiasinə qalxmalı idi.  Gələcəkdə də belə olacaq. “Rusiya hələ də Azərbaycana silah satır…” Heç dəxli var? Rusiya dəfələrlə bəyan edib ki, o dünyanın silah istehsalçısıdır, pulu buradan çıxır. Kim alsa, ona da satacaq.   

 

Politoloq Artak Zeynalyan isə “mamul.am” saytına deyib ki, erməni-rus ordusu yaradılması barədə razılaşma həddən çox təhlükəlidir. Onun nəyi nəzərdə tutduğunu da anlamaq çətin deyil. Belə bir ordu yaradılarsa, Azərbaycanla Türkiyə də alternativ adımlar ata bilərlər və son zamanlar Ermənistanın Qərbə doğru atdığı addımların bir oyun olduğu ortaya çıxar. MM-də müzakirə  zamanı bu fikir də elə-belə səslənmədi ki, Sarkisyan hakimiyyəti “odla oynayır”. Amma hakimiyyət də iddia edir ki, apreldə bizi müdafiə etməsə də, təhlükəsizlik baxımından bizim Rusiyadan başqa seçənəyimiz yoxdur. Onu nəzərə alsaq ki, son zamanlar erməni toplumunda Rusiyaya qarşı “kontrollu” hücumların sayı çoxalıb və ermənilər Rusiyanı onunla hədələməkdədirlər ki, onların Avropa İttifaqına “girmək” planları var. Bundan Rusiya narahat olacaq və Azərbaycan satdığı silahları geri alacaq. Bu da fiaskoya uğranmaqdadır. ATƏT-in Minsk qrupunun bölgəyə son səfəri zamanı Azərbaycanın birinci şəxsinin ağzından səsləndirildi ki, işğalçı ordu Qarabağdan rədd olub getməyənə qədər və Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində məsələ həll olunmayana qədər bu bölgədə sabitlik olmayacaq. 

 

Azərbaycan bu məsələdə haqlı olaraq Avropa İttifaqının da öz mövqeyini dəqiqləşdirməsini istəyir. Əks təqdirdə bu birliklə ilişkilərinə və perspektivlərinə  yenidən baxmağa qədər gedəcək və burada qalıb-qalmamaq məsələsinə baxa da bilər. Çünki Avropa İttifaqında lövbər salmış  erməni lobbi qrupu Azərbaycanı şantaj etməkdə davam edir. Hər halda, erməni yanlısı bu şəxslərin çoxu  Azərbaycan prezidenti İlham Əliyevlə bu son görüşdən müəyyən nəticələr çıxardılar… Ən böyük nəticəni isə Ermənistan çıxaracaq. Sözçü Şarmazanov  deyib: “Ermənistan tam şəkildə öz müdafiəsini təmin edə bilmir. Biz bu və ya başqa bir blokun tərkibində olmalıyıq. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) seçdik, çünki onun alternativi Türkiyədir, bizimsə orda işimiz yoxdur”.

 

İndi bu adamlar Rusiya ilə ortaq ordu qurmaq proyektini onaylamaqla məşğuldurlar… Azərbaycan torpaqlarından çıxıb getməyənə qədər bu ölkə onun-bunun qucağında olmaq məcburiyyətindədir. Bu, hələlik ilkin qənaətimizdir.  Ermənistanda da belə düşünənlərin sayı artmaqdadır.

 

 

Mənbə: Müəllif:
Azərbaycan, torpaqlarını, qaytarmaq, üçün, kiminlə, savaşacaq:, Ermənistan,, yoxsa, Rusiyayla?,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı