The document has moved here.
|
||
Azərbaycan UNESCO-nun komitəsinin üzvü oldu | ||
YARADICI Xəbəri | ||
![]() |
||
|
||
Noyabrın 30-u və dekabrın 1-də UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.
Xarici İşlər Nazirliyindən bldirilib ki, iclas çərçivəsində UNESCO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Komitə üzvlüyünə Azərbaycanın da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan növbəti 4 il müddətinə Komitəyə üzv seçilib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasına da üzv seçilib.
Hər iki seçkilərdə əldə edilmiş yüksək səs sayına əsaslanan qələbələr Azərbaycanın UNESCO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir. |
||
|
||
Azərbaycan, UNESCO-nun, komitəsinin, üzvü, oldu, |
|