301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
16 Oktyabr 2017 - Bazar ertəsi 14:08 973 nəfər oxuyub
 
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Zahid Oruc yazır...
BAXIŞ Xəbəri
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc

KREDİTLƏ QURULAN ORDU: KÖLƏLİK AZADLIQDAN BAHA BAŞA GƏLİR...

 

“Exo Moskva” radiosunun baş redaktoru, səs-küylü açıqlamaları ilə diqqət çəkən Aleksey Venediktovun Putin, Qarabağ və silah mövzusunda müsahibəsi Azərbaycanda layiqli əks-sədasını tapmadı. Görünür, rusiyalı jurnalistin 20 il öncəki hərbi cinayətlər haqqında dedikləri 90-cı illər Rusiyasının mafiya stili ilə idarə olunmasına görə o vaxtlar müəllimi Sobçakla paytaxta yenicə gələn sovet çekisti “komissar Katani”nin dərin yaddaşı haqda sözlər kimi qəbul olunub.Halbuki, Yeltsin dərəbəyliyinin öz ölkəsini beynəlxalq irtica qarşısında necə təslim etməsini sona qədər araşdırmaq heç kəsə müyəssər olmadı. Satqın siyasətçilər, quldur məmurlar və ölməz mafiya ilə çarpışarkən öz barışmazlığı, dürüstlüyü və cəsarəti ilə böyük Siciliya qəhrəmanı Korradodan fərqli olaraq, onun rusiyalı həmkarı Vladimir Putin ölməyi deyil, qalib gəlməyi qarşıya məqsəd qoyduğundan aqibəti də fərqli oldu.

 

Venediktov ötən əsrin sonlarında Yeltsinin təmir üçün Murmanska göndərilən tankların “yollarını azaraq” Qarabağda necə peyda olmasını araşdırmağı tapşırır.Özü də kimə? Hələ Qaydar terapiyasının şokundan ayılmamış böyük bir imperiyanın mirası üstündə boğuşan paytaxt bürokratiyası və çekist şəbəkəsinə deyil,o vaxtlar inqilab mərkəzi sayılan proletariat vilayətinin yetirməsinə “əsrin xəyanətləri”nin izinə düşmək göstərişi verilir. Qəribədir, deyilmi? Cümlə pisliklərin baiskarları yuxarıda oturub günahkarları kənarda axtarmaq üçün məxfi xidmət orqanlarına azdırıcı yol göstərirlər.Halbuki, öz ölkəsinin vətənpərvəri - yüzlərlə alim,millət vəkili və gözəgörünməz cəbhənin adamları alkaş Çarın vasitəsilə dəyər-dəyməzinə satılan sərvətlərin hesabını hər addımda sormağa çalışırdılar.Lakin “mafiya ölməzdir” şüarı təkcə qədim Romanın sirli və bədheybət qala divarları üçün deyil,həm də Bizans imperiyasının varisliyinə can atan Moskvada da doğru idi.Taleyin hökmündən Yeltsin Putini seçir və yeni əsrin yol ayrıcında-son Pasxa müraciətini taxt-tacını sabiq sovet kəşfiyyatçısı Vladimir Vladimiroviçə təhvil verməklə özünü və əyanlarını edam kötüyündən qorumağa nail olur.

 

Ancaq ortada mütəşəkkil formada təşkil olunmuş və dövlətin ən yüksək zirvəsinin də qarışdığı bənzərsiz talançılığın qarşısını almaqdan ötəri Putinə qədər bir çox həqiqi generallar az qala hayqırırdılar. Dünyada demokrat imici qazanmaq naminə Vətəni tərəziyə qoyan möhtəkirlərlə-liberal ideologiya pərdəsinə bürünmüş çete ilə savaşa ilk çıxan Dövlət Duması Müdafiə komitəsinin sədri Lev Roxlin oldu.

 

Əfqanıstan və Çeçenistanda qanlı savaşlardan rəşadətlə keçən qızıl ulduzlu generalın ağlına da gəlməzdi ki,onu gözləyən vuruşlar hələ qabaqdadır.Özü də hərb meydanında yox,əsrlərlə çarların və bir kitelli sovet rəhbərinin canını tapşırdığı Kremlin divarları arasında o daha amansız düşmənlə üz-üzə qalacaqdı.Başı bədənindən üzülməmiş kürsüsünü tərk edən rus rəhbərləri kimi Boris Yeltsin də gələn dalğanı yaxşı hiss edirdi. O,bolşeviklərin əlində ailəlikcə qətliama uğrayan çar 2-ci Nikolayın aqibətini yaşamaq istəmirdi,lakin tarixin ironiyasına baxın ki,Leninin ac tərəfdarları vaxtilə Kremlin qeyri-ideoloji arxitekturasını dəyişikliklərə uğradarkən 2 pud qızılı,minlərlə qiymətli daşları, həmçinin,o vaxt üçün böyük dəyərə malik olan gümüş plitələri,bir sözlə “kilsə zənginliyini” yağmalayıb baş binadan çıxardıqları kimi onların varisləri də talançılıq ənənəsinə sadiq qalaraq, oğurlamağı həyat idealına çevirmişdilər.

 

Lev Roxlin 1997-ci ilin aprelin 2-də parlamentin qapalı iclasında Ermənistana verilən külli miqdarda texnika və döyüş sursatı ilə bağlı təkzibolunmaz faktlar təqdim etdi.O, Rusiya dövlətinin büdcəsinə və nüfuzuna vurulan zərbələrin baiskarlarının cəzalandırılması üçün Baş prokurorluğa, Federal Kəşfiyyat Xidmətinə və Müdafiə nazirliyinə çoxsaylı deputat sorğuları göndərir. Sonralar, ”ermənigeyt” adını almış bu beynəlxalq qalmaqalın dövlətin ali eşalonlarında əyləşən şəxsləri necə ifşa etdiyi məlum məsələdir, lakin Riçard Niksonun “uotorgeyt işi”ndən fərqli olaraq,müasir rus liderləri demokratiya dalğasında gəldiklərini iddia edərək heç bir qanundan və cəzadan qorxmurlar. Lakin qarşılarındakı parket generalı deyil.Roxlin sona qədər getməkdə israrlıdır.

 

İndi hər kəs üçün əlçatan olan hesabatda deyilir ki, Ermənistan SSRİ-nin çöküşündən sonra qalan mirasın bölgüsündən ona çatan payı ala bilmədiyini bəhanə gətirərək,davamlı şəkildə Moksvaya hücum çəkir,bütün səviyyələrdə azərbaycanlıların onlardan düz 20 dəfə artıq silah-sursata malik olması haqqında dezinformasiyalar yayır. Yeltsin,Çernomırdinə məxfi qriflə yazılı tapşırıq verir ki,məsələni həll etsin.O vaxta qədər Qarabağ müharibəsindən milyardlar qazanan voenşina artıq qarşısında heç bir maneə görmür və hərbi-hökumət mafiyası dişlərini qıcardaraq işə keçir.Materiallardan aydın görünür ki,silahlı kommersantlara bütün səviyyələrdə yardım göstərilib ki,”yük ünvanına çatsın”.Onların siyahısına nələr daxil deyil:92-94 cü illərdə daşınan raket-artilleriya silahları 9.5 min ədəd.Sonra Gümrü bazasından 25 ədəd T-72 tankı,rusların Vazianidə dislokasiya olunmuş hərbi hissəsindən 5 ədəd tank və 33 ədəd BMP,sonra yeni göstərişlərlə əlavə olaraq,17 ədəd BMP,tonlarla ehtiyat hissələri və döyüş sursatları Ermənistana təhvil verilir.Artıq işə ağır təyyarələrin və hərbi dəniz qüvvələrinin qoşulmasının vaxtıdır.Ən yaxın ərazi isə çeçen müharibəsinə görə hərbi resursların toplandığı Şimali Qafqazdır. Mozdok hava limanından qalxan İl-76 və AN-12 təyyarələri 70-ə yaxın reys edərək hərbi müttəfiqlərini döyüşdə tək qoymurlar.Çox keçmir təhqiqatlar nəticəsində Novorossiysk və Batumidən “general Ryabikov” gəmisi ilə Gürcüstan ərazisindən keçməklə İrəvana aparılan hərbi yüklər haqqında məlumatlar ələ keçirilir.

 

Təkcə 1995-ci ilin noyabr və 96-cı ilin yay aylarında AN-24 təyyarəsi ilə Jasmin aerodromundan Zvartnosa(Ermənistan) 50 T-72 tankı,36 ədəd D-30 qaubitsası,18 ədəd Qrad qurğusu,40 ədəd İqla zenit raket kompleksləri və 12600 artilleriya qurğusu və sair daşınır..

 

Cinayətin coğrafiyasına Axtubinskən tutmuş İrkutsk, Volqoqrad, Sverdlovsk, Perm və digər vilayətlər daxildir.Göründüyü kimi,Lev Roxlin bütün ölkə səviyyəsində təkcə Qafqazda iki xalqın axan qanı üzərində milyardlar qazananları deyil,eləcə də dövləti dağıdanlarla və Rusiya silahlı qüvvələrini dünənə qədər savaşdığı Şimali Avroatlantik orduları qarşısında əli yalın qoyanlarla üz-üzə gəlib.Hər halda Yeltsinin xaos epoxası yalnız bundan ibarət deyildi.Sonralar Birləşmiş Ştatlara su qiymətinə satılan 500 ton zənginləşmiş uranla bağlı da aparılmış məxfi razılaşmalardan hətta qaniçən Pavel Qraçovu əvəz edən İqor Radionovun özünün belə xəbəri olmamışdı.Kiloqramı 24 dollara razılaşdırlan nüvə məhsulu imperiya varisinin təkcə strateji sərvətləri deyil,ölkənin təhlükəsizlik maraqlarını da necə hərraca qoyduğunu təsdiq edirdi.

 

Roxlinin hesabatında adları keçənlər əvvəlcə onu elitar ziyafətlərə dəvət edərək,cəsarətli mövqeyindən dolayı ona təriflər yağdırır,izi özlərindən uzaqlaşdırmağa çalışır və dəbdəbə içərisində onu ram edəcəklərinə bel bağlayırdılar, lakin bunlar keçməyəndə “qaranlıq keçmişi” barəsində səs-küylü komrpamat yazıları Kremlin birbaşa diktəsi altında olan dövlət qəzetlərinə ötürülür, Dumanın yüksək rütbəli adamına qarşı hücum və qaralama kampaniyasına start verilir.Öz xalqının qatili olmaq istəməyən adamı “diz çökdürəcəkləri”ni deyəndə heç kəsin ağlına gəlməzdi ki,öz işini görmək üçün seçilən mavr onun həyatda ən yaxın silahdaşı qadın olacaq!

 

Məhz o illər generala hər cür informativ-siyasi və mənəvi dəstək verən rəsmi Bakının beynəlxalq səviyyələrdə qaldırdığı etirazlara və düşmənə edilən yardıma siyasi qiymət verilməsi tələbinə Qərbdən heç bir reaksiya olmamışdı.Hələ o vaxtlar Krım və Donbas fəhlələri özünün sakit və qayğısız günlərini yaşayırdılar və bütün Avropa keçmiş sovet respublikalarında “nə qədər çox vuruşsalar,bir o qədər əldən düşüb bizə tabe olacaqlar” fəlsəfəsi ilə hərəkət edirdi.Çox sonralar Çernomırdin balkanlarda böhranla bağlı Bakıya gələndə Heydər Əliyevin sərt siyasi ritorikası qarşısında “ o silahlar sizə deyil,Qərbə qarşı yönəlib” deyərək,diplomatiyada çox az hallarda özünü göstərən açıq danışıqla mənsub olduğu dövlətin üzünü örtməyə çalışmışdı.Ona görə də Roxlinin qətlə yetirilməsi “demokrat”ların hakimiyyətinin linç edilməsinə və Rusiyanın dünyada,məsələn, polloniumla zəhərlənib öldürülən Litvinenko qədər rüsvayçılığına səbəb olmadı.Halbuki 1 milyard dollarlıq cinayətin içərisində yer alan adamlar sonra çeçen müharibəsində “Nord-Ost”a gedib çıxan hərbi dəstələrin hamisi kimi çıxış edirdilər.Basayevin səsini paytaxtda eşidəndə Yeltsinin yüksək kürsüsünü tərk etməkdən başqa yolu qalmadı.Bax, Venediktov məhz həmin tarixlərdə familiyasını çox çətinliklə yada saldığı adamı öz radiosunda müsahibəyə çağırıbmış ki,görsün,ondan nə məlumat qopara bilir.Müsahibi isə efirə gəlir,lakin çox sonralar nifrət etdiyi jurnalistə deyir ki,”düşmən sənin qarşında olanda,sən onunla vuruşub sonda sülh bağlayırsan.Xəyanətkarı isə məhv edirsən.Venediktov sən düşmənsən”!

 

Gerçəkdən də demokratlardan sonra ölkədə intizam yaratmaq o qədər də asan olmadı.Putin təmizləmə əməliyyatına Kremldən başladı,lakin Qroznıda qalib gələn kimi bütün Qafqaz üzərində hakimiyyətini bərqərar etmək üçün əvvəlki illərdə oğurluq yollarla İrəvana gedən silah qatarına rəsmi və açıq razılığını bildirdi.Mərhum Roxlinin tələbinə görə qısa bir müddət dayandırılmış ticarət yolu yenidən bərpa edildi.

 

İndi rusiyalı ekspert Vladimir Yevseyev Moskvanın sanksiyalardan və aşağı neft qiymətlərindən bir qədər sıxılmış büdcəsindən İrəvana pay ayırdığı 100 milyon dollarlıq hərbi kreditə son dərəcə aydın bir izahat verib.O deyir ki, aprel döyüşlərindən sonra Ermənistan Azərbaycanın qarşısında hərbi geriliyini İskəndər raketləri vasitəsilə aradan qaldırandan sonra rəsmi Bakı İsraildən daha çox döyüş aviasiya qurğuları alır.Ona görə də hava məkanından gələn təhlükəni qarşılamaq üçün başqa yol yoxdur.Dəqiq və konkret deyilib.Yaxşı ki,yəhudilərin İran əleyhinə Azərbaycanı forposta çevirmək versiyası ağıla gəlməyib.Yoxsa,onu da Cənubi Qafqazın militaristləşdirilməsi kimi elan edərdilər.Ya da rəsmi Bakının NATO-nun regiondakı maraqları müstəvisində hərəkət etdiyi iddiasını ortaya atmaq da rus qırıcılarını Ağrı dağının ətəyində yerləşdirməyə əsas verərdi.Hər necəsə,nəticə dəyişmir!

 

Hələ iki əvvəl aldığı 200 milyon dollarlıq maliyyə yardımı ilə Ermənistan “Smerç” reaktiv sistemləri,”İqla-S” zenit raket qurğuları,TOS-1 a kimi alovsaçan ölüm silahlarını əldə edə bilmişdi.Lakin 4 oktyabrda erməni parlamentində ratifikasiya edilən sənədlə, rus-erməni silahlı birləşmələri ilə bir xalqın ordusu üzərində suverenlik hüququnu əlindən alan Rusiya Razdan meydanında onun əleyhinə donquldayan amerikapərəstləri mənən sındırıb məhv etdi.Yüz illik köləlikdən çıxmaq haqda düşünənlərinsə əlindən alınan təkcə müstəqillik deyil, həmçinin boyunlarına yüklənən borc öhdəliyidir ki,bu da “başqa orduları saxlamaq həmişə baha başa gəlir” kəlamını bir daha yada salır.

 

Hər bir ölkənin iqtisadi sistemini və vətəndaş rifahını nümayiş etdirən əsas göstəricilərdən birinin xarici dövlət borcu olduğunu inkar edən yoxdur.2017-ci ilin rəsmi rəqəmləri Ermənistanda düşünən beyinləri həyəcan təbilini çalmağa vadar edir.5.4 milyard dollarlıq öhdəliyi müstəqillikdən sonrakı 3-cü hakimiyyət sahibləri də xalqa miras qoyaraq,səhnəni tərk edirlər.Halbuki Serj Sarkisyan düşmən kəsildiyi sələfləri qarşısında çox böyük iddialarla hakimiyyəti zəbt etmişdi.O ələ keçirdiyi torpaqları nə özü yeyə bildi,nə də Bakıya qəbul elətdirdi.Xatırladaq ki,ÜDM-in 60 faizini təşkil edən borcun qorxu səciyyəsini inkar edənlər BVF-nin başqa bir hesablama qaydası ilə razılaşmağa məcburdular.Belə ki,xarci borcun ixracın dövriyyəsinə nisbəti 300 faiz təşkil edir.Bu o deməkdir ki, Ermənistan tankın və topun kölgəsində gələcəyini xəcləyib qurtarmaqda davam edir.

 

Çox az düşünən beyinlərdən biri və qoca Şərqin tarixindən baş çıxaran suriyalı seyid Levon ter Petrosyan isə hər növbəti çıxışında xəbərdarlıq edir: "Məgər ayılmağınız üçün ötən 18 il bəs etmədimi?Axı Ermənistanın boşalmasının səbəbi təkcə ağır sosial vəziyyət,yoxsulluq,ədalətsizilik deyil,eləcə də yenidən alovalanmaq qorxusu olan müharibədir.İndi “ordu-millət” yaratmaq xülyası ilə səngərdə ölən əsgərlərimizin ailələrinə vermək üçün yığılan 1000 dram vəsait rüsvayçılıq və dövləti biyabır etməkdir”.
Bəli, Rusiya İran-İrak müharibəsində olduğu kimi hər iki tərəfi sürətlə silahlandırmaqda davam edir.Çünki Qarabağ Qafqaza nəzarətin ən yüksək nöqtəsidir. Halbuki,Yaxın Şərqdə sülh üçün vuruşan rus əsgərinin xilaskarlıq missiyası tələb edir ki, o bütün region xalqlarının qorxusunu deyil, sevgisini qazansın. Azərbaycan əsgəri vətən döyüşündə qarşısında rus əsgərini görməyi arzulamır. Çünki yeni əsri təzə sətirdən - dostluq və qardaşlıqdan başlamaq hər iki dövlətin xeyrinədir. Azərbaycan burada yaşayan bütün xalqların, o cümlədən, rusların da vətənidir!

 

Düz 20 ildir birinci Qarabağ savaşını qazandığını düşünən erməni əsgəri səngərdə ömrünü çürüdərək,üstündə oturduğu tankı və torpağı yeyə bilmədiyindən özünə sığınacaq əvəzinə məzarlıq qazır.

 

Hər halda, köləlik azadlıqdan baha başa gəlir!
 

Mənbə: Müəllif:
Azərbaycan, və, Rusiyanın, yeni, sətirdən, -, qardaşlıqdan, başlaması, hər, iki, dövlətin, xeyrinədir-, Zahid, Oruc,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı