The document has moved here.
|
||
Azərbaycan və Türkiyə nəqliyyat, kibertəhlükəsizlik və rabitə üzrə əməkdaşlığı müzakirə ediblər | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyəyə səfər edib. O, səfər çərçivəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüş keçirib.
"Xəbər365" xəbər verir ki, bu barədə R. Nəbiyev "Facebook" hesabında yazıb.Nazir bildirib ki, görüşdə tranzit və nəqliyyat, kibertəhlükəsizlik və rabitə sahələrində qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib“Qardaş Türkiyə ilə əməkdaşlığımızın daha da genişlənəcəyinə ümid edirəm”, - deyə R. Nəbiyev qeyd edib.Nazir həmçinin Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşüb. Görüşdə İKT və innovasiyalar üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Nazir qeyd edib ki, layihələrin həyata keçirilməsi və Türkiyənin uğurlu təcrübəsinin Azərbaycanda tətbiq edilməsi barədə razılıq əldə olunub. |
||
|
||
Azərbaycan, və, Türkiyə, nəqliyyat,, kibertəhlükəsizlik, və, rabitə, üzrə, əməkdaşlığı, müzakirə, ediblər, |
|