Xəbər haqqında
13 Sentyabr 2017 - Çərşənbə 15:45 140 nəfər oxuyub
 
Azərbaycan yeni qızıl yatağında hasilata başladı
İŞ DÜNYASI Xəbəri
Azərbaycan yeni qızıl yatağında hasilata başladı

Ötən il Azərbaycanın Gədəbəy rayonu ərazisində kəşf olunan “Uğur” qızıl yatağında hasilata başlanılıb.

 

Xeber365.com bildirir ki, bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti məlumat yayıb.

 

Qeyd olunub ki, “Uğur” yatağı artıq şirkətin ümumi hasilatına böyük qatqı verir.

 

Sentyabrın 1-10-da orta gündəlik qızıl hasilatının həcmi qızıl külçəsi formasında 212 unsiya təşkil edib ki, bu da əvvəlki səkkiz aydakı orta gündəlik hasilatdan 116 (iki dəfədən artıq) çoxdur. “Uğur” yatağının tam həcmdə hasilata cəlb edilməsi ilə orta gündəlik hasilatın daha da artması gözlənilir.

 

Qeyd edək ki, son qiymətləndirməyə əsasən, yataqda ümumi mineral ehtiyatlar 199 min unsiya qızıl və 1,049 mln. unsiya gümüşdən ibarətdir.

 

“Uğur” yatağının kəşfi barədə ötən ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.

Mənbə: Müəllif:
Azərbaycan, yeni, qızıl, yatağında, hasilata, başladı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı