The document has moved here.
|
||
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq" | ||
Borclanma istiqamətində proses gedir. Məsələ burasındadır ki, iqtisad dünyasında borclanmaya getmək amili qeyri-adi bir şey deyil. Bu, bəzi hallarda inkişaf etmiş ölkələrdə də baş verir. Ancaq biz bu gün borclanmaya makro-iqtisadiyyatımızın pozulduğu üçün getməyə məcburuq. Getdikcə borclanma daha da böyüyür və bu borc tənəzzül dövründə əmələ gəlib. Bu, çox pis haldır, normal deyil. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
2016-cı ilin 1 yanvar tarixinə beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 10,3 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 6,9 mlrd. ABŞ dolları olub. İmzalanmış sazişlər üzrə xarici dövlət borcu ÜDM-in 28,5 faizini, istifadə edilmiş kreditlərə görə 19,8 faizini təşkil edib. Hazırda adambaşına imzalanmış sazişlər üzrə xarici dövlət borcunun miqdarı ilk dəfə olaraq min dolları aşaraq 1030 dollar təşkil edir.
"Dövlətin xaricə olan borcunun əsas hissəsi 2025-ci ilədək qaytarılmaldır" İqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, 2014-cü illə müqayisədə ötən il xarici dövlət borcu 273,1 mln. ABŞ dolları artıb, eyni zamanda ÜDM-in xarici valyutada nominal dəyərinin azalması xarici dövlət borcunun ÜDM-də xüsusi çəkisini kəskin şəkildə artıraraq onun beşdə birinə çatdırıb: "Nəzər alsaq ki, bu il iqtsiadiyyatda tənəzzülə görə ÜDM-in azalır, xarici dövlət borcları isə sürətlə artır, o halda ilin sonuna istifadə edilmiş kreditlərə görə xarici dövlət borcları ÜDM-in ücdə birindən, istifadə edilmiş kreditlərə görə isə dördə birindən çox olacaq. İmzalanmış müqavilələrə uyğun olaraq, xarici dövlət borcunun 58,6 faizi və ya 6 milyard dolları 10 ilədək olan müddətdə ödənilməlidir. Beləliklə də, götürülmüş öhdəliklər üzrə dövlətin xaricə olan borcunun əsas hissəsi 2025-ci ilədək qaytarılmaldır, bu isə ildə orta hesabla 600 milyon dollar vəsaitin bu məqsədlər üçün istifadə ediləcəyini deməyə əsas verir. Azərbaycan hökuməti əlavə olaraq boclanmaya getmək üçün hazırda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə intensiv danışıqlar aparır. Eyni zamanda Azərbaycan və Asiya İnkişaf Bankı ölkənin enerji sisteminin yenidən qurulması üçün 1 milyard dollarlıq investisiya proqramı üzrə anlaşma memorandumu imzalanıb".
"Bu borc inkişaf etmək üçün yox, tənəzzülə uğradığımız üçün yaranıb" İqtisadçı Fuad İbrahimov isə problemi və çıxış yolunu belə görür: "Borclanma istiqamətində proses gedir. Məsələ burasındadır ki, iqtisad dünyasında borclanmaya getmək amili qeyri-adi bir şey deyil. Bu, bəzi hallarda inkişaf etmiş ölkələrdə də baş verir. Ancaq biz bu gün borclanmaya makro-iqtisadiyyatımızın pozulduğu üçün getməyə məcburuq. Getdikcə borclanma daha da böyüyür və bu borc tənəzzül dövründə əmələ gəlib. Bu, çox pis haldır, normal deyil. Azərbaycanın gələcəyi, gələcək nəsillər üçün əlverişli məqam deyil. Yəni bu proses neqativ hal kimi qəbul olunur. Bir var borclanmaya investisiyalara görə, hansısa prosesin gələcəkdə inkişafına doğru yönəltmək üçün gedəsən, bir də var tənəzzülə uğradığın üçün. Neftin qiymətinin qalxması belə hazırkı borclanmaya müsbət fon yarada bilməz. Neftin qiyməti bu gün 80 dollara qalxsa və bir il bu qiymətdə qalsa belə, ölkənin makro-iqtisadiyyatını bərpa etmək artıq mümkün deyil. Çünki bütün sahələr tənəzzül mühitindədir. İqtisadiyyatda "yırtıq hovuz" termini var. Yəni bu hovuza nə qədər su töksən də, qalmır, axıb gedir. Gərək suyu boşaldıb hovuzu bərpa edəsən. Yəni iqtisadiyyatımızda gərək kompleks tədbirlər aparılsın. Başqa yolu yoxdur". |
||
|
||
"Azərbaycan, "yırtıq, hovuz"a, nə, qədər, su, töksə, də,, dolmayacaq", |
|