The document has moved here.
|
||
Azərbaycan Yüksəliş Partiyası Türkiyəyə başsağlığı mesajı verdi | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Yüksəliş Partiyası İraqın Qara bölgəsində PKK terrorçularının sığınacağından 13 Türkiyə vətəndaşının nəşinin tapılması ilə əlaqədar başsağlığı mesajı verib.
"Xəbər365" xəbər verir ki, Azərbaycan Yüksəliş Partiyasının mesajında bildirilib: "Türkiyə Silahlı Qüvvələrinin İraqın Qara bölgəsində PKK terrorçularına qarşı keçirdiyi “Pençe Kartal-2” əməliyyatında 3-ü “yüksək səviyyəli səlahiyyətli”lər olmaqla 48 terrorçu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirilib.
TSK-nın hərbi əməliyyatları zamanı terrorçuların sığındığı mağaradan 13 Türkiyə vətəndaşının cəsədi də aşkarlanıb.
Xain terrorçular günahsız 13 mülki şəxsi amansızlıqla qətlə yetirməklə qorxunc və qəddar simalarını bir daha nümayiş etdiriblər.
Azərbaycan Yüksəliş Partiyası qətlə yetirilən soydaşlarımıza Tanrıdan rəhmət, yaxınlarına səbir diləyir, əmin olduğunu bildirir ki, TSK bu günahsız insanların qanını yerdə qoymayacaq. Başın sağ olsun, Türkiyə!" |
||
|
||
Azərbaycan, Yüksəliş, Partiyası, Türkiyəyə, başsağlığı, mesajı, verdi, |
|