Xəbər haqqında
26 Oktyabr 2017 - Cümə axşamı 23:28 50 nəfər oxuyub
 
Azərbaycanda ÜDM-in adambaşına düşəcək həcmi açıqlandı
GÜNDƏM Xəbəri
Azərbaycanda ÜDM-in adambaşına düşəcək həcmi açıqlandı

"Moody's" beynəlxalq reytinq agentliyi 2017-2018-ci illərdə Azərbaycanda adambaşına düşəcək ÜDM-in həcmini açıqlayıb. Təşkilatın qiymətləndirməsinə görə, analoji dövrdə Azərbaycanda adambaşına düşəcək ÜDM-in həcmi 4 min dollardan çox təşkil edəcək.


Xeber365.com “Report”a istinadən məlumat verir ki, bunu "Moody's Investors Service" bank qrupunun direktoru Yaroslav Sovqira bildirib.


Şirkətin qiymətləndirməsinə görə, analoji göstərici Rusiyada 10 min dolları ötəcək, Qazaxıstanda 8 min, Belarusda 6 min dollar təşkil edəcək. Ermənistanda bu göstərici təqribən 4 min dollara yaxınlaşacaq. Ukraynada ÜDM-in həcmi MDB ölkələri arasında ən aşağı düşəcək - adambaşı 2 min dollar.

Mənbə: Müəllif: XƏBƏR365
Azərbaycanda, ÜDM-in, adambaşına, düşəcək, həcmi, açıqlandı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı