The document has moved here.
|
||
Azərbaycanda Zəfər günü qeyri-iş, Anım günü isə iş günü olacaq | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Prezidenti İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
"Xəbər365" xəbər verir ki, məcəlləyə dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.
Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir. Digər bir dəyişikliklə isə məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilib. Belə ki, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir. |
||
|
||
Azərbaycanda, Zəfər, günü, qeyri-iş,, Anım, günü, isə, iş, günü, olacaq, |
|