301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
27 Sentyabr 2017 - Çərşənbə 22:28 4528 nəfər oxuyub
 
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
BAXIŞ Xəbəri
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?

Son günlər Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavini, eyni zamanda, adıçəkilən dövlət qurumunda hüquq şöbəsinin sədri postunu tutan Füzuli Tanrıverdiyevin Şimali İraqda keçirilən “referendum”a və Məsud Bərzani separatçılığına dəstək nümayiş etdirməsi ölkə ictimaiyyəti tərəfindən  birmənalı qarşılanmadı. Füzuli Tanrıverdiyevin sosial şəbəkədə “Kürdüstan” və “Bərzani sevgisi” qıcıq doğurdu. Hətta Tanrıverdiyevin cəzalandırılacağı ilə bağlı verilən bəyanatlar da, milli çoxluq olan Azərbaycan türklərinin hikkəsini soyuda bilmədi.

 

Dövlət idarəsində məsul post tutan bir şəxsin separatçılıq meylləri medianın gündəmini zəbt etdi. Əsas müzakirə mövzusuna çevrildi. Məsələnin önəmini duyaraq Azərbaycanda yaşayan azsaylı kürd etnik qrupları haqqında məlumat toplamağa çalışdıq.

 

Araşdırmaçı ekspert Eyvaz Mirzəyevin sözlərinə görə, Azərbaycanda yaşayan kürdlər, əsasən, Laçın, Kəlbəcər və Qubadlı rayonlarının sakinləridir. Onlar da Şimali İraqdakı kürdlərdən fərqli olaraq, müsəlmandırlar və yəzidi kürdlər hazırda Azərbaycan sərhədləri içərisində, demək olar ki, barmaqla sayılacaq qədərdir:

 

“Həmin rayonların işğalından sonra azsaylı toplum olan etnik kürdlər ölkənin müxtəlif rayon və kəndlərinə səpələndilər. İndi onlar dağınıq halda yaşayırlar. Kürd mədəniyyət mərkəzi fəaliyyət  göstərir. Passiv şəkildə fəaliyyətləri var. Tahir Süleymanın nəşr etdirdiyi “Diplomat” qəzeti isə kürd, Azərbaycan və rus dillərində çap olunurdu. Bir müddət əvvəl onun da fəaliyyəti dayandırıldı”.

 

Ekspert deyir ki, bir də “Ronahi” Kürd Mədəniyyət Mərkəzi var. Onlar dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olduqlarını desələr də, müəyyən mənada təxribatlara əl atıblar:

 

“Hətta restoranlarda keçirdikləri Novruz şənliklərində İraqdakı kürd muxtariyyətinin və PKK-nın bayrağını asıblar. İndi həmin təşkilatın üzvləri arasında da parçalanma baş verib. İki cəbhəyə ayrılıblar. Öz aralarında mərkəz davası aparırlar”.

 

Xeber365.com Azərbaycandakı kürdlərin XX əsrin əvvəllərindən bu günə qədər separatizm cəhdlərini araşdırmağa çalışıb. Məlum olub ki, Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra Laçın rayonunda “Qırmızı Kürdüstan” adı altında  qəzet çap olunmağa başlayıb. 1929-cu ildə Laçın və Kəlbəcərin bir neçə kəndindən ibarət kürd nahiyyəsi planı ortaya atılıb və 1931-ci ildə Laçın və Kəlbəcər rayonlarının yaradılması ilə bu plan süquta uğrayıb. Maraqlı məqamlardan biri də ermənilərin Laçın ərazisində kürd nahiyəsinin yaradılmasına etiraz etməsidir. Bakı Kom.Sovetindəki ermənilər kürdlərin bu ideyasını Moskvanın “əli” ilə neytrallaşdırıblar.

 

Ötən əsrin 50-ci illərində Qubadlı bölgəsində bir neçə kənddən ibarət “Zəhmətkeş Kürdüstan” inzibati ərazi vahidliyinin yaradılması planının qarşısını isə  Mərkəzi Komitənin birinci katibi İmam Mustafayev kəsib. 1980-ci illərin sonlarında azsaylı etnik kürdlər müəyyən qədər fəallaşsalar da, ermənilərin  Azərbaycana –Qubadlı, Laçın və Kəlbəcər istiqamətinə hücumları onları bu fikrindən yayındırır. Bütün diqqət Qarabağ müharibəsinə yönəlir. Əldə etdiyimiz məlumata görə, 1988-94-cü illəri əhatə edən birinci Qarabağ savaşında 400-dən çox kürd kökənli vətəndaşımız şəhid olub. İndi əsasən kürd etnik qrupuna mənsub olan ailələrin Bakı, Sumqayıt və Kürdəmirdə daha çox məskunlaşdığı deyilir.

 

Bəs bu gün Azərbaycanda kürd etnik qrupunun mərkəzdənqaçma meylliliyi hansı şkala ilə “ölçülür”? Azərbaycan üçün belə bir təhlükə varmı?

 

Prezidentin keçmiş müşaviri, politoloq Qabil Hüseynli Xeber365.com-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda, demək olar ki, kürd yoxdur. Özlərini kürd adlandıranların bir çoxu dillərini unudublar:

 

“Bildiyim qədəri ilə ölkəmizdə ümumilikdə 10 min civarında kürd millətinin nümayəndəsi yaşayır ki, onlar da Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşının söylədikləri təxribat xarakteri daşıyır. O cür rəsmi səlahiyyəti olan şəxslərin səsləndirdiyi fikirlər bir başa öz dövlətinə, vətəndaşı olduğu ölkəyə xəyanətdir. Füzuli Tanrıverdiyev vətəninə xain çıxmış şəxsdir. İnanıram ki, bu cür xainlərin “dərsini verəcəklər”. Ən azından, tutduğu vəzifədən azad edilməlidir. Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavininin atdığı addım separatçılıqdan və siyasi səbatsızlıqdan başqa bir şey deyil. Azərbaycan separatizmdən əziyyət çəkir. Biz erməni bölücülüyünün qurbanı olmuşuq. Ona ar olsun. Hazırda Azərbaycanda Rusiya və Ermənistan xüsusi xidmət orqanları azsaylı xalqları qızışdırmaq üçün müxtəlif oyunlardan çıxırlar. Bunun üçün güclü maliyyə vəsaitləri də ayrılır. Azərbaycan multikulturalizminə ciddi zərbə vurmağa can atırlar. Bu ölkədə azsaylı xalqların hər biri üçün lazımi şərait yaradılıb. Cəmi sayları on min olan kürdlərin hər hansı separatizm cəhdləri edəcəyini düşünmürəm. Bunun üçün şərait də yoxdur. Hər şey nəzarət altındadır. Bununla yanaşı ayıq-sayıqlığı əldən vermək olmaz. Hətta bu işdə Türkiyə təcrübəsindən yararlanmalı, onlar qədər ayıqlıq nümayiş etdirməliyik”.

 

Politoloq deyib ki,  Bərzaninin “referendum”unu dəstəkləyən həmin məmur onun üç il sonrakı halını təsəvvür edə bilirmi?! Bərzani İraqdakı ərəblərin və Kərkükdə yaşayan soydaşlarımızın ərazilərini tutaraq orada özünə “dövlət” qurmağa cəhd göstərir:

 

“Bir müddət sonar həmin ərazilərin demoqrafik tətbiqi aparılacaq. Türkiyə, İraq və İran bu məsələdə əsas söz sahibləri olacaq. Məlum olacaq ki, kürdlərin məskunlaşdığı ərazilər əslində Bərzaninin “referendum” keçirdiyi torpaqlardan 3,5 dəfə azdır. Kürdləri də əvvəl yaşadıqları məkana çəkib aparacaqlar. Məsud Bərzaniyə də İraq dövlətinin sərhədlərini zorla dəyişdirmə cəhdinə görə, ömürlük cəza verəcəklər. Bəlkə də bu, ölüm cəzası ilə əvəz olunacaq. Baş verən proseslər onu göstərir ki, yaxın günlərdə İraqın ərazi bütövlüyü bərpa ediləcək. Heç bir dövlət referendumun nəticələrini tanımır və onu legitim hesab etmir”.

 

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə, Azərbaycanda gündəlik məişət səviyyəsində, iş yerlərində kürd-türk problem yoxdur. Bu ölkənin insanı bir-biri ilə qaynayıb-qarışıb:

 

“Vaxtilə nə qədər “Sovet Kürdüstanı”, “Qızıl Kürdüstan” faktoru ortaya atılsa da, bu amil özünə yer tapmayıb. Amma Azərbaycana qarşı bu cür mərkəzlər işləyir. Ola bilər ki, saxta piar təşkil edib o “ideyanı” ön plana ata bilərlər. Hazırda Azərbaycan mediası bir süqut ərəfəsindədir. Media yerində deyil və ortada bir boşluq var. Həmin boşluq da bu cür ssenariləri Azərbaycan insanının beyninə yeridilməsi üçün yaradılıb. Medianın süqutu informasiya əsrində ölkənin dayaqlarının zədələnməsi anlamına gəlir. Kürd-türk qarşıdurmasının bu ölkədə baş qaldırmasına inanmıram. Ola bilsin ki, mərkəzlər ictimai rəydə Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vura bilərlər. Biz bunlara hazır olmalıyıq. Hazırda milli təhlükəsizliyimiz təhdid olunur. Başımız neftə qarışıb, amma dəyərlərimiz əldən gedir. Füzuli Tanrıverdiyevi ortaya atmaqla bizə qarşı iş görən mərkəzlər Azərbaycanda bölücülüyün əsasını qoyur. Bütün bunlar Türk Dünyasının, Türk Birliyinin dayaqlarını zədələməyə yönəlmiş addımlardır. Füzuli Tanrıverdiyev kimi məmurların saldırıları durdurulmalıdır. Millət öz dəyərlərinə sahiblənməlidir”.

 

Zəlimxan Məmmədli bildirib ki, Füzuli Tanrıverdiyev Azərbaycanın çörəyini yeyib:

"Allah bilir, qaçqın adı ilə məmur qismində nə qədər evlər yıxıb. İndi də bu ölkənin çörəyinə dirsək göstərir. Bir gecənin içində sevincini ifadə etməsi, separatçıları dəstəkləməsi, eyni zamanda Azərbaycanı təhdid edən qüvvələrlə işbirliyində olması təsadüfi deyil. Həmin şəxsin ağlının məhsulu ola bilməz. Onun idarə olunduğu mərkəz sadəcə olaraq Füzuli Tanrıverdiyevə “pas” verib. Laçın etnik tərkibinə görə də Azərbaycan türklərindən faiz etibarı ilə xeyli aşağıdır. Zəngəzura, Qubadlıya, Laçına kürdlərin yaşadığı bölgə deyirlər – hamısı yanlışdır. Həmin ərazilər içərisində az bir qism kürd kəndləri olan türk oylaqlarıdır. Biz kürdlərlə iç-içə, qardaş kimi yaşamışıq. Qarabağda bir səngərdə savaşmışıq. Qız verib qız almışıq. Aramızda ayrıseçkilik olmayıb. Dost və kirvə olmuşuq. Nə ermənilər, nə də kürdlər bu ayrıseçkiliyi kürd faktoru ilə apara bilməyiblər. Erməni faktoru ilə aparmaq mümkün olsa da, kürd faktoru ilə mümkün olmayıb. Görünən odur ki, Türkiyə və Azərbaycan işbirliyini pozmaq, Ankaranın içərisində şübhə toxumu səpmək üçün bu ölkədən bir məmur çıxmalıdır. Həmin məmura da təlimatları prezident aparatı verib. Şübhələnməyə kifayət qədər əsaslarım var”.

 

Zəlixan Məmmədli hesab edir ki, bir neçə QHT-lərdə, dövlət orqanlarında, hətta mediada belə Füzuli Tanrıverdiyev simasında “nüvələr” mövcuddur:

 

“Həmin insanları da hakimiyyət öz qanadı altına alıb və bəsləyir. Azərbaycanda casus şəbəkəsi bəslənilir. Bu ölkənin MTN-də, ordusunda casus yuvaları aşkarlanırsa, deməli, məmurların oturduğu icra hakimiyyəti orqanlarında casusların olması şübhəsizdir. O baxımdan da İraq türkmənlərini təhdid edən “hədəfimiz Kürdüstan” sloqanını Azərbaycana yönəltməklə diqqəti yayındırmağa çalışırlar. Bunun adı Bakı ilə Ankaranı bir –birindən  ayırmağa cəhd edən bir casus məmurun havası ilə oynamaqdır. Bu gün türkmənlər Şimali İraqda ölüm-qalım savaşı verirlər. Diqqəti onların üzərindən yayındırmaq istəyirlər. Bu, məkrli plandır. Görünən odur ki, Füzuli Tanrıverdiyevin ifadələri Azərbaycanın milli maraqlarını təhdid edir. Bu da Ankara-Bakı birliyini daima sarsıtmağa çalışan bir mərkəzin işidir”.

 

Hələlik aidiyyatı orqanların məsələ ilə bağlı hər hansı ölçü götürüb-götürmədiyini açıqlamır. Qeyd edək ki, Azərbaycanda 20-dən çox azsaylı etnik qrup qeydə alınıb ki, onların inanc və mədəniyyətləri, adət-ənənələri dövlət səviyyəsində diqqətdə saxlanılır. Kürd icması isə 1992-ci ildə rəsmi olaraq qeydiyyatdan keçib. Buna baxmayaraq, onların ictimai-mədəni fəaliyyətində müəyyən sönüklük müşahidə olunur.

Tural

Mənbə: Müəllif: XƏBƏR365
Azərbaycandakı, Kürdüstan, aşiqləri, –, onlar, nə, dərəcədə, təhlükəlidir?,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı