The document has moved here.
|
||
Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı artır | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı getdikcə artır.
Xeber365.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının Bakıda keçirilən 20-ci iclasında bildirilib.
Qeyd edilib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaxşı dinamikaya malikdir.
Xatırladılıb ki, 2020-ci illə müqayisədə ötən il Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı 6,3 faiz artıb. Cari ilin ilk rübündə isə 7 faiz artımın qeydə alınıb.
İclasda Azərbaycan-Rusiya ticari-iqtisadi əlaqələrinin çox müsbət dinamikaya malik olduğu diqqətə çatdırılaraq, ticarət dövriyyəsinin 2021-ci ildə 12 faizdən çox artaraq 3 milyard ABŞ dollarına çatdığı qeyd edilib. Bu müsbət tendensiyanın cari ilin ilk rübündə də davam etdiyi bildirilərək qarşılıqlı ticarətin 8 faizə yaxın artdığı vurğulanıb. |
||
|
||
Azərbaycandan, Rusiyaya, meyvə-tərəvəz, ixracı, artır, |
|